Millimizin forvardı Mahir Emrelinin çıxış etdiyi "Dinamo" yoxlama oyunu keçirib.
“Football-plus.az” xəbər verir ki, Zaqreb təmsilçisi Sloveniya "Roqask"ı ilə qarşılaşıb. Matç "Dinamo"nun qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu Sandro Kulenoviç vurub.
Oyun hər biri 30 dəqiqədən ibarət 3 hissədə keçirilib. Həmyerlimiz də görüşün iştirakçısı olub.