Mahir oynadı, komandası bərabərə qaldı

12.01.2023 23:56 261
Ölkə futbolu
Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo” yoxlama oyunu keçirib.

Football-plus.az xəbər verir ki, Zaqreb klubu Sloveniya “Çelye”si ilə qarşılaşıb. Üç hissədən ibarət matç heç-heçə başa çatıb - 1:1.

Həmyerlimiz görüşə start heyətdə başlayıb. O, 61-ci dəqiqədə əvəzlənib.