Kilian Mbapenin karyerası ilə bağlı daha bir variant ortaya çıxıb.
"Football-plus.az" xəbər verir ki, o, PSJ-də qalacağı halda klubdan sədaqət bonusu alacaq.
“Le Parisien” qəzetinin yaydığı xəbərə görə, fransalı hücumçu komandada qalsa, təxminən 80-100 milyon avro məbləğinlə mükafatlanacaq.
Onun PSJ ilə müqaviləsinin müddəti bu ilin iyununda sona çatacaq. Kilianın adı “Real” və “Liverpul” ilə birgə hallanır. 25 yaşlı futbolçu indiyədək PSJ-də 233 matç keçirib.
Yeri gəlmişkən, o, gələcəyi ilə bağlı hələ qərar vermədiyini açıqlayıb.