Fernando Reces Avropa karyerasını başa vurub.
"Football-plus.az" xəbər verir ki, “Sevilya” təcrübəli futbolçu ilə yolları ayırıb. 36 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında qüvvədən salınıb.
İspaniya mənbələri braziliyalı oyunçunun karyerasını vətənində davam etdirəcəyini iddia edir.
Reces Avropa karyerası ərzində “Mançester Siti”, “Qalatasaray” və “Portu”da da çıxış edib.