• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ukraynalı tennisçi rus həmkarına ərə gedir

İdman

29-12-2023, 22:0

Daha bir tennisçi cütlük münasibətlərini nigah bağlamaq həddinə qədər inkişaf etdirib.

"Football-plus.az" xəbər verir ki, dünyanın 172-ci raketkası Katarina Zavatskaya ilə heç adı reytinqə də düşməyən Alen Avidzbanın toya hazırlaşması haqda xəbər bəlkə də başqa vaxt heç kimin diqqətini çəkməzdi. Ancaq indiki reallıqlar fonunda belə ittifaq hansısa mənada ekzotik görünür: qız Ukraynadandı, oğlan Rusiyadan. Əlbəttə, idmanda belə beynəlmiləl cütlük çoxdu. Ancaq belə nigahların əksəri ötən ilin fevralına – yəni Rusiya işğalçı müharibəyə başlayana qədər bağlanıb.

Alen ukraynalı xanıma evlilik təklifini hələ noyabrın sonunda Maldiv adalarında edib. Cütlük nişanlamaları haqda xəbəri bugünlərdə birgə video vasitəsi ilə sosial şəbəkələrdə çatdırıb. Katarina həmin videoda qumlu dəniz sahilini və bir-birinin əlindən tutan kişi ilə qadını çəkir. Qadının əlində üzük də var. Üzük və YES yazısı çarxın adında da görünür.

Videonun altında 50-dən artıq təbrik mesajı yazılıb. Bunların arasında nəinki neqativ, heç neytral xarakterli hansısa mesaj da yoxdu. Hər kəs xoş ab-havada gələcəyin ər-arvadını təbrik edir. Şərhlər rus, Ukrayna və ingilis dillərində yazılıb. Ukraynadan olan bir başqa tennisçi – dünya reytinqində 53-cü olan Nadya Kiçenok da şəklin altında ürək smayliki qoyub.

Alenlə Katarina artıq 6 ildi görüşür və heç vaxt da münasibətlərini gizlətməyiblər. 23 yaşlı Zavatskaya Lutskda dünyaya gəlib. Hələ ki heç bir böyük turnirin qalibi olmayan qız müntəzəm milli komandanın tərkibinə çağrılır. O, 2020-ci ilin fevralında reytinqdə ən yüksək nəticəsini göstərib, 103-cü pilləyə qalxıb. Həmin il Katarina “Rolan Qarros”la “US Open”in ilk mərhələlərində oynasa da, irəliləyə bilməyib.

Soçi doğumlu Alen Avidzbanın da tennis uğurları azdı. Məsələn, yeniyetmələr arasında keçirilən “Christmas Cup”ın qalibi olub, 14 yaşa qədər tennisçilər arasında komanda dünya çempionatında bürünc medal qazanıb. Ancaq böyüklər arasında özünü parlaq göstərə bilməyib. İndiyə qədər reytinqdə ən yüksək mövqeyi 380-ci yer olub ki, bu da 2019-a aiddi. Alen hazırda böyük turnirlərdə çıxış etmir.

Alenlə Katarina Fransada – “All Inn” tennis akademiyasında tanış olublar. 2008-ci ildə keçirilən “Australian Open”in finalçısı Jo-Filfrid Tsonqa bu akademiyanın inkişafına yaxından kömək edir. Tez-tez bu korta başqa məşhur oyunçular da baş çəkir. Məsələn, dekabrın əvvəlində dünya tennisinin parlamaqda olan ulduzu Mirra Andreyeva burda fitnes məşqləri keçib.

Əlbəttə, Alenlə Katarinanın evlənmək həddinə çatması bu iki ölkədən olan tennisçilərin münasibətlərinin yaxşılaşması anlamına gəlmir. Lesya Surenko iki gün əvvəl daha bir qəzəbli çıxış edib. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rusiyalı tennisçilərin Paris Olimpiadasına neytral statusla qatılmağa icazə verməsi onu özündən çıxarıb: “Düşünmürəm ki, ukraynalı idmançılar Rusiya və Belarusdan olan idmançılarla eyni gözləmə otağında dayanmağa razılıq verələr. Hələ mən birbaşa əməkdaşlığı demirəm. Nələrin baş verəcəyini kimsə deyə bilməz. 2022-ci ildə mən Rusiya bayraqlarının tribunada dalğalandığı bir neçə turnirdə iştirak etdim. Və bu məni dəlilik həddinə çatdırdı. Oyunlara köklənmək əvəzinə təşkilatçıların üzərinə qaçırdım. Əminəm ki, buna oxşar hadisələr Olimpiadada da baş verəcək”.

Görünür, BOK-un mövqeyinə təsir edə bilməyəcəsini anlayan Lesya birbaşa rusiyalı tennisçilərə müraciət edərək onları Parisdə neytral bayraq altında çıxış etməkdən könüllü imtinaya çağırıb. Ukraynalı tennisçinin fikrincə, rusiyalı həmkarları məhz belə etməklə vətənpərvərliklərini göstərərdilər. Düzdü, Surenkonun bu çağırışı o qədər məntiqəuyğun görünmür. İşğalçılıq təfəkkürü ilə zəhərlənən ruslar iki ilə yaxındı beynəlxalq turnirlərdə neytral bayraq altında çıxış edirlər. Məgər Olimpiadada fərqli addım atarlar?

Rusiyalı tennisçiyə ərə getməyə hazırlaşan Katarina Zavatskaya siyasi mövzuda kəskin bəyanatlarla yadda qalmayıb. Bəli, sosial şəbəkələrdə onun rusiyalı oyunçuların milli kimliklərindən məhrum edilməsinə dair sözləri (ötən il fevralın 28-də - müharibə başlayandan 4 gün sonra paylaşıb) var. Bəlkə də ona görə ki, belə uzaqlaşdırma qərarı gələcək ərini sevimli işindən uzaq sala bilər. Zavatskayanın başqa sözləri də var: “Hesab edirəm ki, pis xalqlar yoxdu, pis adamlar var. Bütün rusların pis olduğunu demək səhvdi”.

Paylaş:
Digər xəbərlər

İdman

20-07-2022, 22:0

Ukraynalı tennisçi rusların cəzalanmasına haqq verdi

İdman

30-03-2023, 21:0

Rusiyalı tennisçi daha Fransanı təmsil etmək istəyir

İdman

26-08-2022, 18:0

Daha bir tennisçi çəkildi

Aktual
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
Son xəbərlər
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 9-08-2026, 22:0
    Romadan Milana üz tuta bilər
  • 9-08-2026, 22:0
    "Səbail" 4 legioner transfer etdi
  • 9-08-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 9-08-2026, 21:0
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • 9-08-2026, 20:0
    Rahil Məmmədov "Turan Tovuz"da
Daha çox
Oxunub: 275
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 100
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə