• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ayaq həmin ayaqdı, Emin o Emin deyil! - KÖŞƏ

Manşet / Yazarlar

29-12-2023, 10:0

Misli premyer-liqasında 2-ci dövrəyə yekun vuruldu və komandalar qış fasiləsinə yollandı. Yəni mövsümü yarıladıq. Həyəcanlı həftələri geridə qoyduq. Xeyli sürpriz nəticə də qeydə alındı.

Futbolçulara gəlincə, kəşflər də oldu, gözləntiləri qarşılamayanlar da... “Qarabağ”ın Juninyosu, “Səbail”in Ramalinqomu, “Turan Tovuz”un Conu, “Kəpəz”in Papunaşvilisi, “Sabah”ın Volkovu özünü yaxşı tərəfdən göstərən legionerlər sırasındadı. Bunu qol və məhsuldar ötürmə statistikasına əsasən deyirik. Qısası, vəziyyət budu. Amma başqa cür olması gözlənilirdi. Yəni bir futbolçu var ki, onun bu siyahıda olacağına şübhə edilmirdi. Söhbət “Neftçi”nin Emin Mahmudovundan gedir. Statistik göstəricilərə əsasən ondan daha az təcrübəyə malik olan oyunçulardan xeyli geri qalan kapitandan...

Gəlin, məhz bu məsələyə toxunaq. Çünki çempionatda avqustdan dekabrda qədər ən çox tənqid olunan klub adını çəkmək lazım gəlsə, hamının birağızdan “Neftçi” deyəcəyinə əminəm. Bu üzdən komanda haqda mənfi rəy bildirmək niyyətində deyiləm. İslanmışın yağışdan nə qorxusu? Onsuz da “haqqın yolunu tapıblar”. Tənqidlərin zirvə nöqtəsində baş məşqçini qurban verib daha bir neçə ay qazanırlar və sonda eyni ssenari yaşanır...

Emin bu mövsümdən əvvəl “Neftçi” ilə olan müqaviləsini yeniləməyə tələsmirdi. Klubun “Emin bizlə çalışarsa, premyer-liqanın ən yüksək maaş alan futbolçusu olacaq” vədindən bir müddət sonra müqaviləsini yenilədi. Sonra da “şir ürəyi yeyib” dedi ki, “öncə başqa təklifləri dəyərləndirmək istəyirdim. Lakin fərqlilik və pulu yox, “Neftçi”ni seçdim”. Düzdü, heç kim öz ayranına turş deməz, amma bu qədər yox da, ay Emin! Əyri oturaq, düz danışaq...

Premyer-liqada 17 dəfə meydana çıxan (10-cu turda “Səbail”lə matçda sarı vərəqə cəzalısı idi – red.) yarımmüdafiəçi cəmi 4 məhsuldar ötürməylə yadda qalıb. Qolların sayını isə deməyə utanıram... Kimsə xəcalət çəkməlidi, ya yox?!

Xatırladım ki, Emin ötən mövsüm 17 qol, 9 məhsuldar ötürmə müəllifi olub. İgid basdığını kəsməz. Emin “Neftçi”də qol vurmağın dadını unutsa da, əsas millimizdə bunu bacarıb. Yığmanın AÇ-2024-ün seçmə mərhələsində İsveçlə qarşılaşmasında imza atdığı qol uzun müddət unudulmayacaq. O, bununla bütün stadionu ayağa qaldırmışdı. Azarkeşlər mənəvi borcunu belə ödəmişdi. Meydançanın mərkəzindən vurulan zərbəylə çətin rəqibin qapı torunu silkələmək hər kişinin işi deyil. Bu həm də Eminin nəsə bacara bildiyinin aşkar sübutu idi. Bəs, “Neftçi”də niyə alınmır? Bəlkə premyer-liqadakı rəqiblər İsveç millisindən üstündü? Düzü, Eminin bunu yoxlayıb-yoxlamadığına şübhəylə yanaşıram. Çünki onun nə həvəslə meydanın bu başından o başına qaçdığını görmüşəm, nə də qol vurmaq üçün var gücünü sərf etdiyini. Adam süstdü. Yorğun gözləri gecənin bir yarısı yuxudan oyanıb yenidən yatmağa çalışan insanı xatırladır.

Onun psixoloji cəhətdən də eyni vəziyyətdə olduğu bəllidi. Mətbuatla da arası yoxdu. Ona yalnız millinin oyunlarından əvvəl sual ünvanlamaq mümkün olur. Nə qədər eyni cavabları təkrarlamaq olar? Hələ də azarkeşlərin eşitmək istədiyi sözlər eşitmirik. Yəni problemi desə də, həll yolunu demir.

“Neftçi”nin ənənəvi mətbuat konfransları keçirdiyini və hər dəfə başqa futbolçuları jurnalistlərin önünə çıxardığını bilirsiz. Nədənsə Emin Mahmudova sıra gəlmir ki, gəlmir. Ən azı narazılıqlara münasibət bildirilməli, gözləntilərin qarşılanmamasının səbəbləri izah edilməliydi.

Yuxarıda bəsh etdiyimiz qola qayıdaq. Kapitanın etdikləri arasında “dişə vurulası” uğur hələ ki budu. Həm də yarımmüdafiəçi həmin qol sayəsində ortaya qoydu ki, ayaq həmin ayaqdı. Belə çıxır ki, Emin həmin Emin deyil. 31 yaşlı oyunçu çox yorğundu. Bunu əminliklə iddia etmək mümkündü. Əsas sual isə budu: Emin, futbol oynamaqdan yorulmusan, yoxsa “Neftçi”dən?

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

26-12-2023, 23:0

Çempion onsuz də bəllidi, ikinci yerə iddialıların sayı çoxdu - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

16-10-2022, 19:0

“Neftçi” və “Qarabağ”dan qələbə - YENİLƏNİB

Ölkə futbolu

19-12-2023, 16:0

"Neftçi"nin əvəzediciləri böyüklərin qisasını aldı - YENİLƏNİB

Premyer-liqa / Manşet

4-05-2023, 19:0

“Zirə” ağır zərbə aldı, “Neftçi”nin mövsümü “bürünc”lə bitirəcəyi təsdiqləndi – TURUN ŞƏRHİ

Premyer-liqa

18-09-2023, 12:0

Misli premyer-liqasında iki rekord qeydə alındı

Aktual
Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
“ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
“Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
“Turan Tovuz” finala çıxmaq istəmirdi?
Son xəbərlər
  • Bu gün, 17:23
    “Aston Villa” 9-a, Uotkins 100-ə çatdı - İCMAL
  • Bu gün, 16:52
    "Gəncə"də ayrılıq
  • Bu gün, 16:31
    Çempionluq intriqası son həddə çatdı - İCMAL
  • Bu gün, 16:10
    Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da
  • Bu gün, 15:59
    “Sabah” “Qarabağ”ı titulsuz qoydu! - REPORTAJ
  • Bu gün, 15:28
    PSJ həm uduzdu, həm də Vitinyanı itirdi - İCMAL
  • Bu gün, 14:57
    Ölkə kubokunun final oyununun nominal meydan sahibi məlum oldu
  • Bu gün, 14:27
    İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
  • Bu gün, 13:56
    AFFA rəsmisi UEFA-nın tədbirində
  • Bu gün, 13:37
    “Bavariya” son 14 ildə 13-cü, tarixinin 35-ci çempionluğunu qazandı! - İCMAL
  • Bu gün, 13:16
    “Türkiyənin DÇ-yə vəsiqə qazanması təsadüf deyil” - Montella məşqçi karyerasını bitirməyi planlaşdırırmış
  • Bu gün, 12:56
    Arda Gülərin tarixi çıxışı manşetlərdə
  • Bu gün, 12:25
    “İmarət” stadionunun tikintisinə başlanıldı
  • Bu gün, 11:54
    Yayda klubunu tərk edəcək
  • Bu gün, 11:23
    Dünya çempionatını buraxa bilər
  • Bu gün, 10:52
    “Qarabağ “Neftçi” ilə oyunu təxirə salanda çempionluğu itirmişdi” - “köhlən atlar”ın xanım azarkeşi sevimli komandasını tənqid etdi
  • Bu gün, 10:31
    Yeni mövsümdə MS-yə gərək olmayacaqlar
  • Bu gün, 10:00
    Arbeloanı əvəzləməyə kim daha çox şanslıdı?
  • Bu gün, 01:00
    “ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
  • Bu gün, 00:06
    10 il əvvəlki çempion 3-cü diviziona düşdü!
  • Dünən, 23:32
    Milli komandada istefa
  • Dünən, 23:01
    Günay Qurbanova bürünc medal qazandı - AÇ
  • Dünən, 22:15
    "Kolambus Kryu" Nərimanı təbrik etdi
  • Dünən, 21:37
    Qaliblər vətənə döndü! - 2 qızıl, 3 bürünc, 133 xal
  • Dünən, 20:42
    Zaur Axundov futzalın qara gününü niyə ört-basdır edir?! – YAZI
  • Dünən, 20:11
    Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
  • Dünən, 19:40
    Cəbrayılda cüdo üzrə kəmər imtahanı keçiriləcək
  • Dünən, 19:19
    Rəhim Həsənov Rəvan Həmzəzadədə səhv tapmadı - VİDEO
  • Dünən, 18:48
    “Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
  • Dünən, 18:17
    LNZ ilk 15 dəqiqədə qol buraxanda həmişə qələbəyə həsrət qalır - İCMAL
  • Dünən, 17:46
    ''Beşiktaş'' prezidenti icarədə olan oyunçular və Fernandeş haqda nə dedi?
  • Dünən, 17:15
    Cokoviçlə Alkaras Madrid turnirindən çəkildi
  • Dünən, 16:44
    Millimiz Belarusla qarşılaşacaq
  • Dünən, 16:13
    MBA-nın oyunlarını Amerikada 170 milyon adam izləyib!
  • Dünən, 15:42
    Makdevid mövsümün bombardiri, Makkinnon snayperi oldu
Daha çox
Oxunub: 620
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 271
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 186
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 182
Arzuolunmaz kürəkən... – REPLİKA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə