• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Derbi ümidləri doğrultmadı – TURUN ŞƏRHİ

Dünya futbolu

27-12-2023, 19:0

Tur şənbə günü keçirilən üç qarşılaşma ilə start götürdü.

“Football-plus.az” xəbər verir ki, ötən tur meydanı yarımçıq tərk edən və buna görə həm texniki məğlubiyyət alan, həm də 3 xalı silinən “İstanbulspor” Sivasdan xalla qayıtmağa yaxın olsa da, son anlarda təzyiqə tab gətirməyərək qol buraxdı. Şota Arveladzenin təyinatı hələ ki “Fatih Karagümrük”ə ciddi xeyir gətirməyib. Gürcü məşqçinin debüt oyununda “Qalatasaray”a uduzan İstanbul təsmsilçisi bu dəfə öz meydanında gözlənilmədən ortabab “Qaziantep” önündə fiaskoya uğradı.

Günün əsas oyunu Trabzonda keçirildi. “Trabzonspor” “İstanbul BŞ” ilə ev oyununda erkən qol buraxsa da, hələ fasiləyə qədər hesabı bərabərləşdirdi. Mərkəz müdafiəçisi Batista Mendi Türkiyə karyerasında ilk qolunu vurdu. Amma davamını gətirmək mümkün olmadı. Bundan əvvəlki ev oyununda “Kayserispor”a boyun əyən qaradənizlilər Abdulla Avcının başçılığı altında 2022-nin mayından bəri ilk dəfə ardıcıl 2 ev matçında qələbəyə həsrət qaldılar. Ümumiyyətlə, qeyd edək ki, “İstanbul BŞ” 2015/16-dan bəri “Trabzonspor”un superliqada ən az məğlub etdiyi komandadı (17 oyun, 2 qələbə, 7 heç-heçə, 8 məğlubiyyət).
Bazar gününün ilk iki oyunu meydan sahibləri üçün uğurlu alındı. “Konyaspor” “Kayserispor”u evə 2 cavabsız qolla yola saldı. Ötən tur “Fənərbaxça”ya uduzan Kayseri təmsilçisinin ardıcıl 2-ci turu xalsız tamamlaması diqqəti çəkdi. Halbuki komanda bu seriyaya qədər keçirdiyi 8 oyuna cəmi 1 dəfə uduzmuşdu. Yığmamızım qapıçısı Şahruddin, nəhayət, Türkiyə çempionatında keçirdiyi 5-ci oyunda ilk dəfə qələbəyə sevindi. Onun şərəfini qoruduğu “Adana Dəmirspor” 6 oyunluq qələbəsiz seriyaya “Antalyaspor”la ev matçında son qoydu. Antalya təmsilçisinin isə əksinə, 7 oyunluq məğlubiyyətsiz seriyası qırıldı.

Günün, turun və ilk dövrənin, heç şübhəsiz, ən böyük maraqla gözlənilən dueli Kadıköydə keçirildi. Amma bəribaşdan deyək ki, derbi ümidləri qətiyyən doğrultmadı. Bu oyun cari mövsümdə iki “əjdaha”dan hansının daha güclü olması sualına cavab tapmağa imkan vermədi. Çünki komandalar meydana qalib gəlmək yox, ilk növbədə məğlub olmamaq hədəfi ilə çıxmışdılar. Bu, elə ilk dəqiqələrdən bəlli oldu. Komandalar bir-birinin qapısına yaxın dura bilmirdilər. Mübarizə əsasən mərkəzdə gedirdi və çoxlu qayda pozuntusu üzündən temp yüksəlmirdi. İlk yarıda qayda pozuntularında hesab 10:10 oldu! Qapılara isə qol vurulmadı. Qol necə vurula bilərdi ki, fasiləyə qədər tərəflərdən heç biri “çərçivə”yə zərbə endirmədi... Qol epizodları, ümumiyyətlə, yaranmadı. İkinci hissədə meydanda futbola bənzər nəsə getməyə başladı. Qonaqların heyətində ən fəal oyunçulardan olan Kərəm Dəmirbay uzaqdan qapıya vurduğu zərbələrlə diqqəti çəkdi. “Fənər”in oyundakı ən real fürsəti 61-ci dəqiqədə yarandı. Sağ cinahdan qurulan hücum zamanı topu qəbul edərək zərbə mövqeyinə çıxan Şimanskiyə azca dəqiqlik çatmadı. Müdafiəçilərin hücumçuları bir baş üstələdiyi qarşılaşmada Kinqin uzaq küncə gündərdiyi, amma “çərçivə”yə düşməyən zərbəsi də yaddaqalan oldu. Zaha meydana çıxandan sonra “Cim-Bom” bir qədər fəallaşsa da, bu, qol vurmaq üçün yetərli olmadı. Son çempion ən real fürsəti 77-ci dəqiqədə yaxaladı. Kərəmin cərimə zərbəsindən asması zamanı Əbdülkərim başla topu yaxın küncə göndərə bilərdi. Amma Livakoviç əla oynadı. Beləliklə, derbi qolsuz başa çatdı. Oyunun ən diqqətçəkən məqamı isə 90 dəqiqə ərzində 45 qayda pozuntusunun qeydə alınması oldu. Topun meydanda olduğu müddətin cəmi 43 dəqiqə olduğunu nəzərə alsaq, bu, o deməkdi ki, hər dəqiqə qayda pozulub! “Fənər” matçı “çərçivə”yə zərbə vurmadan, qonaqlar isə cəmi 1 dəqiq zərbə ilə tamamladılar. Bu, cari mövsüm superliqada qapıya ən az dəqiq zərbə endirilən qarşılaşma oldu. Bu nəticənin kimə sərf etdiyini söyləmək çətindi. Amma reallıq budu ki, daha yaxşı top fərqinə malik olan “sarı-lacivərdlilər”in liderliyi davam edir. Onu da xatırladaq ki, bu komandalar dekabrın 29-da Səudiyyə Ərəbistanında Superkubok çərçivəsində yenidən üz-üzə gələcək.

18-ci tur
Fənərbaxça – Qalatasaray 0:0
Fənərbaxça: Livakoviç, Osayi-Samuel, Ciku, Oostervolde, Fərdi Kadıoğlu, Krespo, İrfan Can Kahveci, Cengiz Ündər (İsmayıl Yüksək, 46), Şimanski, Tadiç (Kinq, 69), Ceko (Batşuayi, 90+4).
Qalatasaray: Muslera, Boe, Nelsson, Əbdülkərim Bardakcı, Barış Alpər Yılmaz, Kərəm Dəmirbay (Ndombele, 90+1), Torreyra (Kaan Ayhan, 86), Ziyeş (Bakambu, 86), Mertens (Zaha, 67), Kərəm Aktürkoğlu (Xəlil Dərvişoğlu, 90+2), İkardi.
Trabzonspor – İstanbul BŞ 1:1
Mendi, 34 – Pelkas, 11.
Trabzonspor: Uğurcan Çakır, Strüger Larsen (Mehmet Can Aydın, 46), Mendi, Densvil, Ərən Elmalı, Berat Özdəmir, Bakasetas, Visça (Pepe, 81), Abdulkadir Ömür (Bardi, 81), Trezeqe, Onuaçu (Enes Destan, 72).
Adana Dəmirspor – Antalyaspor 2:1
Akintola, 1. Əmrə Akbaba, 45 – Ərdoğan Yeşilyurt, 85.
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev, İsmayıl Çokçalış, Semih Gülər, Sisse, Yusuf Ərdoğan, Stambuli, Mişu (Tayfun Aydoğan, 65), Yusuf Sarı (Zeneli, 39), Əmrə Akbaba, Akintola, Yusuf Barası (Nani, 76).
Hatayspor – Beşiktaş 1:2
Hociç, 80 – Kiliksoy, 30. Kolli, 53.
Sivasspor – İstanbulspor 1:0
Manay, 86.
Fatih Karagümrük – Qaziantep 0:3
Draquş, 27. Qradel, 49. Nkulu, 87.
Konyaspor – Kayserispor 2:0
Çikalleşi, 50-p.; 63-p.
Kasımpaşa – Çaykur Rizəspor 2:2
Hayradinoviç, 30. Da Koşta, 60 – Qayç, 45+2; 73.
Alanyaspor – Samsunspor 3:1
Özdəmir, 14. Aydın, 27. Janvye, 90+3 – Muandilmaci, 86.
Pendikspor – Ankaragücü 1:1
Öztürk, 79 – Bəkiroğlu, 18.
1. Fənərbaxça 17 14 2 1 44-14 44
2. Qalatasaray 17 14 2 1 32-9 44
3. Trabzonspor 17 9 3 5 31-20 30
4. Kayserispor 17 8 5 4 24-20 29
5. Beşiktaş 17 9 2 6 25-23 29
5. Adana Dəmirspor 17 7 6 4 31-22 27
7. Çaykur Rizəspor 17 7 5 5 22-23 26
8. Antalyaspor 17 6 6 5 23-19 24
9. Kasımpaşa 17 6 5 6 29-33 23
10. Sivasspor 17 5 6 6 20-27 21
11. Ankaragücü 17 4 8 5 22-22 20
12. Alanyaspor 17 5 5 7 18-25 20
13. Hatayspor 17 4 7 6 25-24 19
14. İstanbul BŞ 17 5 4 8 19-22 19
15. Qaziantep 17 6 1 10 20-27 19
16. Konyaspor 17 4 6 7 18-22 18
17. Fatih Karagümrük 17 4 5 8 18-18 17
18. Samsunspor 17 4 3 10 19-29 15
19. Pendikspor 17 3 5 9 18-39 14
20. İstanbulspor (-3) 17 2 2 13 11-31 8
Bombardirlər: İkardi (Qalatasaray), Ceko (Fənərbaxça), Tiam (Kayserispor) – 12, Aytac Kara (Kasımpaşa) – 9.

Növbəti turun oyunları yanvarın 9-11-i aralığında keçiriləcək: Çaykur Rizəspor – Beşiktaş, Sivasspor – Qalatasaray, Fənərbaxça – Konyaspor, Trabzonspor – Samsunspor, Fatih Karagümrük – Kayserispor, Adana Dəmirspor – İstanbulspor, Alanyaspor – Ankaragücü, Kasımpaşa – İstanbul BŞ, Pendikspor – Antalyaspor, Hatayspor – Qaziantep.

Turun rəqəmi
3 – “Qalatasaray” bir ara uzun illər Kadıköydə bərbad nəticələr əldə edirdisə, son dönəmlərdə vəziyyət dəyişib. “Cim-Bom” əzəli rəqibi ilə səfərdə keçirdiyi son 7 superliqa matçının yalnız birində uduzub (3 qələbə, 3 heç-heçə). Ən əsası “Fənər” əzəli rəqibə ardıcıl 3-cü oyunda qol vura bilmədi. Bu hal çempionat çərçivəsində 1981-ci ildən bəri ilk dəfə baş verir! Xatırladaq ki, ötən mövsüm keçirilən hər iki derbidə “Qalatasaray” 3:0 üstün olmuşdu.

Turun ulduzu
Sokol Çikalleşi (Konyaspor) – bu tur adından söz etdirən futbolçuların sayı o qədər də çox olmadı. Biz penaltidən də olsa, 2 qol vuran albaniyalı forvarda üstünlük veririk. 2015-dən bəri Türkiyədə top qovan və yalnız ötən mövsümü Səudiyyə Ərəbistanında icarə əsasında keçirən Çikalleşi bu yay yenidən “Konyaspor”a qayıtdı. Albaniya yığmasının da əsas qol silahlarından sayılan bu forvard “Konyaspor”un superliqada vurduğu son 7 qoldan 4-nün müəllifidi. Superliqada bu mövsüm onun hesabında artıq 8 top var. Çikalleşinin bu turnirdə bir mövsüm ərzində şəxsi rekordunu təkrarlaması üçün cəmi 2 qola ehtiyacı var.

Turun sitatı
Uğur Meleke, futbol şərhçisi: “Komandalar ilk yarıda, ümumiyyətlə, heç nə göstərmədilər. İkinci hissədə bir qədər fəallaşsalar da, ümumi götürəndə çox maraqsız bir derbi oldu. Bu tura qədə ikisi bir yerdə 32 oyunun 28-ni qazanmış, superliqanın yeni xal rekordunu müəyyənləşdirmiş komandaların duelinin daha əyləncəli keçəcəyini gözləmək olardı. Ümid edirəm ki, Səudiyyə Ərəbistanının futbol rəsmiləri bu bərbad derbini izləmədilər. Çünki izləsələr, Superkubok üçün təklif etdikləri pulu geri çəkərlər. Bəlkə o zaman biz də ayılarıq və cümhuriyyətin 100-cü ildönümündə belə oyun “Atatürk Olimpiya” stadionunda keçirilər...”

Oyundan sonra
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Doğma fanatlarımız önündə oynayırdıq və bütün planımızı qazanmaq üzərinə qurmuşduq. Erkən qol vurmaq planımız baş tutmadı. Rəqib oyunçular özlərini yerə ataraq vaxtı öldürməyə və sürətimizi kəsməyə çalışdılar. İlk yarıda “Qalatasaray” mərkəzdə üstün idi. Fasilədə o mövqeyə İsmayıl Yüksəyi buraxdıq. Oyunumuza dinamizm və hərəkət qatdı. İkinci hissədə topa daha yaxşı nəzarət etdik. Cinahlardan da yaxşı yararlandıq. Qol vura biləcəyimiz bir neçə epizod oldu. Sadəcə, son qərarları düzgün vermədik. İki komanda da yaxşı mübarizə apardı. Futbolda bir deyim var ki, qalib gələ bilmirsənsə, məğlub olma. Nəticə etibarilə liderliyimiz davam edir. Sonda bir statistikaya diqqət yetirdim. Top cəmi 43 dəqiqə oyunda qalıb. Bu, çox azdı. Çempionatın orta göstəricisindən çox aşağıdı. Həmkarım onların xeyrinə penalti verilmədiyini deyir. Epizodun təkarına baxdıq. Penaltilik bir şey görmədik. Amma mən də deyirəm ki, Boe və Torreyra qovulmalı idi. Nə üçün qovulmadılar? Bizimkilərə çox asanlıqla vərəqələr göstərilirdi. Rəqib oyunçulara isə göstərilmirdi. Mövsüm uzundu. Əsas oyunlar irəlidədi. Bu gün 2 xal itirdiyimizi, yoxsa 1 xal qazandığımızı zaman göstərəcək. Superkubokda strategiyamız fərqli olacaq. Həm də artıq Fred də bizlə birlikdə olacaq”.
Okan Buruk “Qalatasaray”ın baş məşqçisi: “Bura 3 xal üçün gəlmişdik. Qələbəyə layiq futbol sərgiləyən bir komanda var idisə, o da biz idik. Oyun bizim üstünlüyümüzlə keçdi. Amma ümumi götürəndə sərgilənən futbol heç kimi məmnun etmədi. Qol epizodları az oldu. 90 dəqiqə ərzində rəqibə “çərçivə”yə zərbə vurmağa imkan vermədik. İlk yarıda xeyrimizə penalti verilmədi. Boks rinqindəki kimi oyunçumuzun üzünə zərbə endirildi. “Bein Sports” sona qədər də həmin epizodun təkrarını normal göstərmədi. Kameraların sayı azdısa, bunu onlar düşünməlidi. Bu qədər önəmli bir matçda insanlar o epizodu yaxından görə bilmədi. Belə penaltini verməmək VAR üçün də, TFF üçün də üzücüdü. Amma xal itkisini hakimlə əlaqələndirmək istəmirəm. Biz özümüz də yetərli oyun ortaya qoymadıq. Cərimə zərbələri, etirazlar çox oldu. Oyun sürətlənmədi. Amma derbilər, adətən, belə keçir. İkinci oyunu öz meydanımızda keçirəcəyik. Ona görə də bugünkü nəticə az da olsa, bizim üçün üstünlükdü. Superkubokun dekabrın 29-na salınması ilə bağlı narazılığımı daha öncə dəfələrlə dilə gətirmişəm. İki derbinin dalbadal olması Superkubokun önəmini bir qədər azaldır. Liqanın ən çox yorulan iki komandası dincəlmək əvəzinə məcburiyyətdən başqa ölkəyə yollanıb bir-biri ilə oynayacaq. Çox mənasız qərardı. Amma yenə də muzeyimizə daha bir titul qoymaq üçün əlimizdən gələni edəcəyik”.
Abdulla Avcı, “Trabzonspor”un baş məşqçisi: “Öz sistemi ilə seçilən iki komandanın mübarizəsini izlədik. Pis oynamadıq. Əks-hücumdan bir qol buraxdıq. Bizim şanslarımız daha çox oldu. Dirəkdən dönən, qapıçının qaytardığı toplar oldu. Qələbəyə daha yaxın olan tərəf biz idik. Əvvəlki matçlardan daha yaxşı oynadıq. Amma 3 xal üçün kifayət etmədi. İli qələbə ilə tamamlamaq gözəl olardı. Mən qayıtdıqdan bu yana cəmi 1 məğlubiyyətimiz var. Qış fasiləsəini yaxşı şəkildə dəyərləndirib növbəti oyunlara hazırlaşacağıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

24-09-2023, 23:0

İkardi adını Türkiyə çempionatının tarixinə yazdırdı

Dünya futbolu

8-06-2023, 22:0

“Trabzonspor” mövsümü 6-cı pillədə tamamladı, Çalımbay “Sivasspor”dan ayrıldı - ŞƏRH

Dünya futbolu

14-03-2023, 21:0

“Qalatasaray” 63 illik rekordu yenilədi – TƏHLİL

Dünya futbolu

8-11-2023, 11:0

“Trabzonspor” yenə “Fənərbaxça”nı zirvədən saldı! - TURUN ŞƏRHİ

Aktual
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramov ilə komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 204
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 175
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə