Basketbol Liqasında 9-cu turun daha bir oyunu keçirilib.
“Football-plus.az" xəbər verir ki, Cəlilabad Olimpiya İdman Kompleksində “Cəlilabad” komandası meydana çıxıb.
Adıçəkilən klub doğma azarkeşləri önündə “Xırdalan”ı qəbul edib. Görüş ev sahiblərinin 98:90 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular “Cəlilabad”dan Tomas Kobi (32 xal, 11 ribaund), “Xırdalan”dan isə Teyvion Kirk (26 xal, 7 ribaund) olublar. Hazırda hər iki komandanın hesabında 13 xal var.
Qeyd edək ki, 9-cu tura sabah keçiriləcək “Şəki” – “NTD-İndiqo” oyunu ilə yekun vurulacaq.