• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Artıq çəkini atmaq və "Kür-Araz"a kömək etmək oynayıram”

2-ci liqa / Manşet

22-12-2023, 20:0

Ölkə kubokunun 1/8 finalının "Kəpəz" - "Sabah" oyununu izləyənlər arasında "bayquşlar"ın sabiq futbolçusu, hazırda isə 2-ci liqada “Kür-Araz”ın şərəfini qoruyan Cavid İmamverdiyev də var idi.

Onunla ölkə çempionatının axarı, "Qarabağ"ın Avropa Liqasındakı çıxışı və başqa məsələlər ətrafında danışdıq.

- Oyunla bağlı fikirlərin maraqlıdı.
- Maraqlı və məhsuldar oyun alındı. "Sabah"ın Akademiyasında məşqçi olduğumdan bu komandanın qələbəsini istəyirdim. Çətinliklə də olsa, qələbə qazandıq.
- Premyer-liqada mövsümün ilk yarısı tamamlanmaq üzrədi.
- Desəm ki, hər turun oyunlarını izləyirəm, yalan olar. Amma baxdığım oyunlar və ümumi mənzərəsi haqda danışsaq, elitanın səviyyəsi yüksəlib. Hər tur gərgin, oyunlar maraqlı və ağır keçir. Sevindirici haldı ki, "Qarabağ"a müqavimət göstərən komandalar var. Qısası, elitada nə qədər güclü rəqiblər olacaqsa, ölkə futbolu bir o qədər inkişaf edəcək, çempionatımız da maraqlı keçəcək.
- Demək istəyirsən ki, "Qarabağ" bu mövsüm asan çempion olmayacaq?
- Çempionluq asanlıqla başa gəlmir. Odu ki, heç vaxt heç bir komandanın rahat çempion olması mümkün deyil. Sadəcə, xal fərqinə görə kimsə irəliləyə, kimsə aşağıda ola bilər. İrəlidə olan və fərqin azalmasına imkan verməyənlər də əziyyət çəkib, meydanda can qoymaqla buna nail olur.
- Məşqçiliklə yanaşı, hazırda 2-ci liqada mübarizə aparan "Kür-Araz"da oynayırsan. İmişli təmsilçisindəki çıxışınla bağlı nə deyərdin?
- Peşəkar karyeramı bitirmişəm. Gələcəkdə əsas işim məşqçilik olacaq. Sadəcə, sağlamlıq, artıq çəkini atmaq və "Kür-Araz"a kömək etmək oynayıram.
- Onsuz da 2-ci liqada "Marxal-Şəki"də oynayırdın, elə orda qalsan, olmazdı?
- Şəki təmsilçisinin prezidenti Elgün Hüseynovla şəxsi tanışlığım, qarşılıqlı hörmətimiz var. "Marxal-Şəki"də az oynadım. Əsas məqsəd o idi ki, Şəkidə futbolu tanıdaq, jurnalistlər bu haqda yazsın. Qısası, təbliğat və reklam üçün orda oldum. Amma "Kür-Araz"da daha çox futbol oynamaq niyyəti güdürəm, 7 qol da vurmuşam.
- Yaxşı formadasan, 2-ci liqanın daha iddialı klubuna və ya 1-ci liqa təmsilçilərinə keçmək haqqında düşünürsənmi?
- Yox (gülür). Gələcəkdə əsas işim məşqçilik olacaq.
- Sabiq komandan "Neftçi"nin hazırkı durumu haqqında nə deyərdin? Adrian Mutu "Neftçi"ni iddialı edə biləcəkmi?
- İnanmıram ki, ulduz futbolçu "Neftçi"ni zirvələrə qaldırsın. Çünki komandanın heyətinə, sərgilədiyi oyuna və potensialına baxanda hər şey görünür. "Ağ-qaralar"ın legionerləri klubun tarixindəki ən zəif futbolçulardı. Onların yerli oyunçulardan heç bir üstün tərəfi yoxdu. Bizim vaxtımızda belə legionerlər nəinki "Neftçi"nin formasını geyə, heç klubun qapısından da içəri girə bilməzdilər. Qısası, flaqmanın hazırkı durumu çox acınacaqlıdı.
- "Qarabağ" axır ki Avropa Liqasının qrupundan çıxdı. Bu barədə nə deyərdin?
- Ölkə çempionatında "Qarabağ" bizə rəqibdi, təbii ki, onun büdrəməsində maraqlıyıq. Amma ölkə xaricində hansısa klubumuz çıxış edirsə, bütün Azərbaycanı təmsil edir. Ona görə də istənilən komandanın qitəmiqyaslı yarışlarda iştirakı, uğuru xalqımıza aiddi. O cümlədən Avropa Liqasında uğur qazanan "Qarabağ" da hamımızındı. Çox sevincliyəm, uğurların davamı gəlsin.
- Canni de Byazi Azərbaycan yığmasına heç bir fayda vermədi və getdi. Səncə, ölkənin əsas komandasına yerli, yoxsa əcnəbi rəhbərlik etməlidi?
- Həmişə düşüncəm o olub ki, yığmada yerli mütəxəssislər çalışsa, daha faydalı olar. Ad çəkməyəcəm, amma 3-4 məşqçimiz var ki, Azərbaycan yığmasına fayda verə bilər. Səmimi deyim ki, indiki heyətdə yaxşı futbolçular var, onlarla irəli getmək olar. Sadəcə, futbolçuların potensialından düzgün yararlana biləcək mütəxəssislər lazımdı.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

25-08-2023, 12:0

"Bu il maraqlı, gərgin çempionat keçəcək"

Premyer-liqa

21-07-2023, 16:0

Premyer-liqada mövsümün tam təqvimi

Manşet / Müsahibə

10-12-2022, 23:0

Ramin Musayev: “Ən sadiq canlılar olan atlarım və itlərim ilə vaxt keçirirəm”

Premyer-liqa / Müsahibə

17-08-2023, 14:0

"Azarkeşlər üçün baxımlı, komandalar üçün gərgin mövsüm keçəcək" - MÜSAHİBƏ

Premyer-liqa / Manşet

28-04-2023, 16:0

“Qarabağ”ın çempionluq yolu hamar deyil, “Qəbələ” isə “Zirə”dən bir addım öndədi - TƏHLİL

Aktual

27-09-2023, 00:0

“Peşəkar futbolu iki-üç il əvvəl silmişəm” – het-trik etdi və belə dedi

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 405
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 195
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə