• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ramin Musayev: “Ən sadiq canlılar olan atlarım və itlərim ilə vaxt keçirirəm”

Manşet / Müsahibə

10-12-2022, 23:0

Birvaxtlar "Neftçi"də icraçı direktor, vitse-prezident olan, ardınca 14 il Peşəkar Futbol Liqasına rəhbərlik edən, bu ilin iyulunda isə səhhətiylə bağlı tutduğu postdan istefa verən Ramin Musayevdən çoxdan xəbər yoxdu.

Bu boşluğu aradan qaldırmaq məqsədiylə onunla əlaqə saxladıq. Duzlu-məzəli açıqlamaları ilə gündəm yaradan Ramin bəylə budəfəki söhbətimiz necə alındı? Özünüz qərar verin.

- Ramin müəllim, hazırda nə işlə məşğulsuz?
- Novxanıdakı bağ evimdəyəm, heyvandarlıqla məşğulam. Ən sadiq canlılar olan atlarım və itlərim ilə vaxt keçirirəm.

- Səhhətiniz necədi?
- Şükür, salamatçılıqdı. Özümü yaxşı hiss edirəm.

- Demək istəyirsiz ki, futboldan uzaq qalmaq sizə düşərli olub?
- (gülür) Belə də demək olar.

- Ölkə çempionatını izləyirsiz?
- Vaxt olduqca baxıram. Sevindirici haldı ki, premyer-liqada həm komandaların sayı, həm də səviyyə artıb. Maraqlı çempionat gedir.

- Komandaların çıxışını necə qiymətləndirərdiz?
- "Qarabağ"ın səviyyəsi hamıya bəllidi. Ona görə "köhlən atlar" haqda əlavə nəsə deməyə ehtiyac yoxdu. Murad Musayev "Sabah"da yaxşı, döyüşkən komanda formalaşdırıb. Onun məşqçi fəaliyyəti mənə ləzzət edir. "Neftçi"dən daha yaxşı çıxış gözləyirəm, amma hələ ki komanda “qara zolaqdadı”. "Turan Tovuz" ilə "Kəpəz"in yenidən elitaya qayıtması sevindiricidi. Ayxan Abbasovu tovuzlu azarkeşlər böyük coşquyla qarşıladı. Bunun nəticəsidi ki, "Turan Tovuz"un ev oyunlarında azarkeşlər stadionu doldurur. Ayxan müəllim döyüşkən kollektiv yaratmaqla yaxşı mübarizə aparır. "Kəpəz" mövsümə yaxşı başlamadı. Çoxları bunu baş məşqçi Yaşar Vahabzadə ilə bağlasa da, mən belə düşünmürəm. Yaşar müəllim pis məşqçi deyil, sadəcə, bəxti gətirmədi. Onu Tərlan Əhmədov əvəzlədi. Hazırda millimizin sabiq kapitanı "Kəpəz"i dirçəltməkdədi. Düşünürəm ki, qışdan sonra daha güclü "Kəpəz" görəcəyik. Həmin sözləri "Səbail" haqda da təkrarlayardım. "Zirə" ilə "Qəbələ" mükafatçılar sırasına düşmək üçün sona qədər döyüşəcək. Hazırda narahatlıqla izlədiyim komanda "Sumqayıt"dı. "Kimayaçılar" daha yaxşı çıxış etməliydi, amma hamını təəccübləndirdilər. İnanıram ki, Samir Abasov komandanı toparlayaraq son pillədən yuxarı qaldıracaq.

- "Qarabağ" son turda səfərdə "Neftçi"ni darmadağın etdi. Oyun haqda təəssüratınız maraqlıdı.
- Oyuna baxmışdım. Yuxarıda qeyd etdiyim kimi, ağdamlıların gücü, səviyyəsi hamıya bəllidi. Onlar çempionatda bütün komandaları üstələyir. Qurban müəllim uzun illərin əməyi sayəsində hazırkı güclü "Qarabağ"ın əsas memarıdı və komandası sabit çıxış edir. Təbii ki, "Neftçi"nin 4 qol buraxaraq uduzmağını çoxları kimi mən də gözləmirdim. Düşünürəm ki, "Neftçi" daha yaxşı çıxış edə bilərdi.

- Bir vaxtlar rəhbərliyində təmsil olunduğunuz "ağ-qaralar" hazırda niyə tənəzzül yaşayır?
- Xalqımızın əksəriyyətinin ürəyində "Neftçi" sevdası var. Odu ki, komandanın hazırkı çıxışı azarkeşləri məyus edir. "Ağ-qaralar" sovetlər dönəmində də, müstəqillik illərində də ilklərə imza atıb. Düşünürəm ki, klubun rəhbərliyi hazırkı vəziyyətdən çıxış yolları axtarır. Ümid edirəm ki, komanda qış fasiləsində toparlanacaq.

- Yığmamızın 2022-ci ildəki çıxışını necə qiymətləndirərdiz?
- Son oyunların hamısında qələbə qazanıblar. Səhv etmirəmsə, ardıcıl 5 oyunda. Bu isə ilkdi. Çoxları baş məşqçini qınayır, onun yola salınmasını istəyrdi. Amma mən fərqli mövqedəyəm. Yığımanın səviyyəsi baş məşqçidən yox, birbaşa ölkə çempionatından asılıdı. Hazırda premyer-liqamızın səviyyəsi artıb. Bunun nəticəsidi ki, yığma yaxşı nəticələr göstərir. Mənim fikrim budu ki, gələcəkdə Azərbaycan millisindən uğurlar istəyiriksə, bölgələrdə futbolu inkişaf etdirmək, klublara güclü maliyyə dəstəyi göstərmək, elita klublarının sayını artırmaq lazımdı. Nə qədər güclü çempionatımız olacaqsa, elə də millimiz olacaq.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

29-07-2022, 11:0

Ramin Musayev istefa verdi

Ölkə futbolu

30-07-2022, 11:0

"Ramin Musayevi hansı vəzifəyə çəkiblərsə, özünü doğruldub"

Aktual
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramov ilə komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 211
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 175
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə