• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ölkə futbolu indiki durumda olmamalıdı

Ölkə futbolu / Yazarlar

20-12-2023, 21:0

Millinin baş məşqçisi məsələsinə futbolda kompleks tədbirlərin, işlərin görülməsinin tərkib hissəsi kimi baxıla bilər.

Ölkə futbolu illərdi eyni cavabdehlər tərəfindən bataqlığa sürüklənir. Belə durumda strateji yanaşma mütləqdi! Ən yaxşı halda lokal müzakirələrlə futbolun dirçəlməsi mümkün deyil. Elementar məntiq var, futbol anlayışında milli son, üst mərhələdi, bünövrə, mərtəbələr keyfiyyətli deyilsə, dam örtüyü necə salına bilər?! Azərbaycan futbolu idarəedici anlamda faktiki bataqlığa çevrilibsə, yığma komanda da havasızlıqda paraşütsüz eniş edir. Aşağıda xarabalıq, yuxarıda kainatın ucsuz-bucaqsız qaranlığı, soyuğu, vahiməsi... AFFA millinin baş məşqçi təyinatı ilə bağlı yox, ölkə futbolunun xilası naminə, geniş futbol ictimaiyyəti nümayəndələrinin, mütəxəssislərin, jurnalistlərin prosesə cəlb edilməsini təmin etməliydi. İşçi Qrup ideyasını ən azı 2-3 il öncə mətbuat vasitəsi ilə irəli sürmüşəm, hazırkı qaydada deyil, daha geniş, bütün qüvvələrin futbol ətrafında birləşməsi şərti ilə. Hətta federasiyasız da bu işləri həyata keçirmək mümkündü. Futbol ictimaiyyətinin Ümumrespublika Forumu keçirilir, AFFA rəsmiləri ilə yanaşı müvafiq qurumların nümayəndələri dəvət edilir, futbolun dirçəlməsi yolunda çıxış yolları göstərilir, səsvermə yolu ilə İşçi Qrupun sayı, tərkibi müəyyənləşdirilir və beynəlxalq futbol qurumlarına məlumat verilir. Qeyd olunanlar FİFA/UEFA qaydalarına zidd deyil və belə hallarda yerli federasiya məsələni nəzarətə götürür, birgə çıxış yolları axtarılır. Qeyd olunanları niyə geniş xatırladıram? AFFA-da səlahiyyət sahibləri futbolu idarə edə bilmədiklərini dərk edib könüllü getməyəcəklər. Bunu düşünmək sadəlövhlük olar. Digər tərəfdən, narazılıqlar, emosiyalar ciddi nələrəsə gətirib çıxara bilməz, ancaq anarxiya yaradıla bilər. Bütün məsələlər qanuna söykənməli və bu çərçivədə hərəkət edilməlidi. Strategiyasız, plansız qlobal işlər görülə bilməz! Təəssüf ki, futbol ictimaiyyəti, əsasən də futbolda olanların əksəriyyəti müxtəlif səbəblərə görə vahid komanda halında birliyin yaradılmasına hazır deyil.

AFFA-da şəxsi mövqelərini güdənlər də bundan illərdi istifadə edirlər. Hazırkı İşçi Qrupun yaradılması da ümumi futbola yox, futbolda kök salmış müəyyən qrupların maraqlarına qulluq edir. İşçi Qrupun tərkibi böyük ölçüdə deyilənlərə sübutdur. Bir daha xüsusi vurğulayıram, bu gün millinin baş məşqçi təyinatı deyil, ümumi futbolda mövcud olan mənzərə müzakirəyə çıxarılmalıdı və futbolda köklü islahatların baş verməsi üçün qarşıdan gələn Hesabat-Seçki Konfransına bütün futbol ictimaiyyəti olaraq hazırlıq görülməlidi. Necə ki, nə qədər məsələlər qaldırılırsa, sonda qərarlar Icraiyyə Komitəsində verilir. Konfrans isə AFFA-da ən yüksək, ali orqandı. Qanunları bilmədən futbolda ciddi dönüşün yaradılması mümkünsüzdü! Dövlətin federasiyaya, klublara göstərdiyi qayğı, verdiyi dəstək, milyonlarla vəsaitin ayrılması müqabilində ölkə futbolu indiki durumda olmamalıdır. Millidən söhbət gedirsə, Albaniyanı finallara daşıyan De Byazi "xilaskar" kimi gətirilmişdisə, kasıb albanlar italyansız da finallara yenidən vəsiqə qazanıblar. Yığmamız isə yerində sayır. Azərbaycan futboluna "xilaskar" yox, sistem, işlək mexanizm gətirilməlidi. Bu sistemi formalaşdıra biləcək, məsuliyyəti öz üzərinə götürəcək təcrübəli, bacarıqlı, futbolu, idarəçilik sistemini dərindən bilən, xalqa, dövlətçiliyə dəyər verən milli ruhlu mütəxəssislərimiz yox deyil. Şəxsi mövqelər kənara qoyulmalı, futbolu düşünən bütün qüvvələr bir olmalı, çıxış yolları axtarılmalıdı. Azərbaycan futbolunun inkişafı istənilirsə...
Yuxarıda qeyd etdiyim kimi, müzakirələrin bu şəkildə aparılması ancaq AFFA-da lövbər salmış dağıdıcı qüvvələrə sərfəlidi. Əcnəbi və ya yerli, fərq etməz, Azərbaycan futbolunun problemləri daha qlobaldır. Öncə bunlar həll edilməlidir.

Əcnəbi məşqçi məsələsinə gəlincə, bunun dərin qatlarında futbola heç bir aidiyyatı olmayan münasibət dayanır. Federasiyada elə qüvvələr var ki, onlar nəinki futbolu bilmirlər, milli-ideoloji cəhətdən Azərbaycan futbolunun genefondunu məhv ediblər. Yerli futbolçu bazasını yaratmaq, təmin etmək, yetişdirmək əvəzinə Azərbaycana heç bir aidiyyatı olmayan yüzlərlə legioner futbolçular “milliləşdirilib” və heç bir nəticə əldə olunmayıb. Bu, tək futbola qarşı deyil, xalqa, dövlətçiliyə edilən düşmənçilikdi!

Azərbaycan futbolunda nə uğurlar qazanılıb, 99 faiz yerli mütəxəssislərin sayəsindədi. Bir dəfə girilən bataqlığa ikinci dəfə girilməz! Azərbaycan futbolunun xilası radikal dəyişikliklərdən, köklü islahatlardan, düzgün kadr seçimindən keçir.

TAHİR SÜLEYMANOV

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

6-10-2022, 20:0

“Yaşıl meydanlarda zəif olsalar da, AFFA ideoloqları kabinet savaşlarında yığmaya iddialılardan daha güclüdülər” - Tahir Süleymanov

Aktual / Manşet

19-03-2022, 12:0

"Ölkə çempionatı millinin dirçəlməsi baxımından çox önəmlidi" - "Çaykur Rizəspor"da oynayan azərbaycanlı

Aktual / Manşet

6-07-2022, 14:0

Tahir Süleymanov: “Stuxlik komandasının son akkordları idi, bitib artıq” - AÇIQLAMA

Yığma / Manşet

20-06-2022, 13:0

Millinin baş məşqçisi Azərbaycanın futbola maraq göstərən ölkə olmadığını düşünür

Premyer-liqa / Manşet

9-01-2023, 19:0

"Uşaq futbolu arzuolunan durumda deyil"

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • 29-07-2026, 23:0
    "Şamaxı" müdafiəçi transfer etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə