• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

20-12-2023, 21:0

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" arxada qoyduğumuz həftənin maraqlı sitatlarını təqdim edir:

Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Real” böyük tarixinə görə Çempionlar Liqasında qələbəyə əsas namizəddi. Biz həmişə ÇL-in qalibi olmaq üçün mübarizə aparırıq. Qrupda yaxşı çıxış etdik. Bəli, bu turnirdə qalib gəlmək həmişə çətindi, lakin bizdə sona qədər mübarizə aparmaq və rəqabətədavamlı olmaq üçün lazımi keyfiyyətlər var. Yeni müqavilə? Rəhbərlik mənimlə danışıqlara başlamaq istəsə, buna hazıram. İndi qarşıdakı oyunlarda necə qalib gəlmək və bayramları qeyd etmək haqda düşünürəm”.
Enrike Sereso, “Atletiko”nun prezidenti: “Atletiko” satılmır. Hər şey aydındı? Qrizmann? Onunla yeni müqavilə ilə bağlı danışıq aparmırıq. Lazım gələrsə, müqaviləni imzalayacaq. Antuanı Di Stefano, Kaka və Zidandan başqa “Atletiko”nun Araqones və Qarate kimi sabiq oyunçuları ilə müqayisə edə bilərik”.
Kriştiano Ronaldo, “Əl-Nəssr”in hücumçusu (2023-cü ildə 50-ci qolunu vurması ilə bağlı sosial şəbəkə hesabında yazdığı fikirləri): “Möhtəşəm qələbə və 2023-cü ildəki 50-ci hədəfimi elan etməkdən çox məmnunam. Bütün bunlar komanda yoldaşlarımın, azarkeşlərimin və ailəmin sarsılmaz dəstəyi sayəsindədi! Bu il daha bir neçə qol üçün vaxt var. “Əl-Nəssr”ə daha əvvəl gəlmədiyimə görə çox təəssüflənirəm. Amma indi çox xoşbəxtəm. “Əl-Nəssr”də gücümü Avropadakından iki dəfə çox göstərəcəyəm”.
Fransesk Fabreqas, İspaniya yığmasının sabiq yarımmüdafiəçisi: “Cud artıq böyük futbolçudu. O, futbolun gələcəyini indidən əlinə alan inanılmaz istedaddı. Bellingemin fantastik karyerasının olacağına şübhə etmirəm”.
Joze Mourinyo, “Roma”nın baş məşqçisi: “Yanvar bazarı? Məsələ onda deyil ki, mən bir şey istəyirəm, sahiblər isə başqa şey. Mən qısqanc deyiləm, amma “Mançester Siti” Fillipsə 80 milyon avro xərcləyib və indi Pep onu satıb yeni oyunçu almağı düşünür. Biz isə fərqli bir reallıqda yaşayırıq. Tezliklə daha 3-4 futbolçunun komandaya qoşulmasını istərdim. Biz heyəti yaxşılaşdırmaq istəyirik, lakin bununla bağlı çətinliklərimiz var. Müdafiəçi alsaq, xoşbəxt olaram”.
Ferran Torres, “Barselona”nın hücumçusu: “Məşqçimizi və onun ideyasını sona qədər dəstəkləyirik. Məşqçini tənqid etmək asandı, amma meydanda olanlar futbolçulardı. “Barselona”ya təzyiq göstərirlər. Biz “Barselona”nın hansı klub olduğunu bilirik. Bizi məhv etməyə, əsəbiləşdirməyə çalışırlar. Amma bundan sonra vəziyyəti dəyişəcəyik. Həmişə çoxlu xarici səs-küylər olur, lakin bununla yaşamalıyıq”.
Roberto De Zerbi, “Brayton”un baş məşqçisi: “Avropa Liqasında qrupda 1-ci yeri tutmaqla pley-offa adlamaq klubumuz üçün tarixi məqamdı. İlk turda evdə AEK-ə məğlubiyyətdən sonra çox şeyi dəyişdik və 4 oyunda top buraxmadan qalib gəldik. Bu, sadəcə, inanılmaz nəticədi”.
İvan Samorano, “İnter”in sabiq hücumçusu: “İnter” A seriyasındakı rəqiblərini bütün komponentlər üzrə qabaqlayır. İnzaqinin komandasını skudetto uğrunda mübarizədə favorit hesab edirəm”.
Qari Lineker, İngiltərə yığmasının sabiq hücumçusu: “Nə üçün müdafiəçilərlə müqayisədə hücumçulara topa təsadüfən toxunmağa icazə verilmir? Niyə belə vəziyyətlərdə qol ləğv edilir? Qaydaları müəyyən edənlər bu işdə qəribə nüanslar nəzərdə tuturlar. VAR-dan istifadəni xoşlamıram. Bu sistem futbolu korlayır”.
Kristof Düqarri, Fransa yığmasının sabiq hücumçusu: “Onu işə belə münasibətinə görə qınayıram. Bilirəm, onun üçün statistika vacibdi. Kilian “Borussiya” ilə oyunda ondan çox şey gözlənildiyini bilirdi. O, PSJ-nin lideri olmalı idi. Futbolçu kimi müsbət keyfiyyətləri çoxdu, amma bu oğlanı müdafiə ilə bağlı məsələ narahat etmir. Mbappe komandasının arxa xəttinə zərrə qədər də yardım etmir. Dortmundlularla oyunda çox qeyri-fəal olan hücumçu məni məyus etdi. Lider hər planda komandası üçün nümunə olmalıdı və Kilian bunu anlamalıdı. Bu yerdə Zidan yadıma düşür. O, daim hərəkətdə olurdu, ora-bura vurnuxur, yeri gələndə müdafiəşilərə yardım edirdi. Zizu komanda oyunçusu idi, Mbappe isə fərdiyyətçidi”.
Əli Dursun, “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun agenti (müştərisinin xəstəliyi bəhanə gətirərək ÇL-in “Antverp” ilə oyununu buraxdığı haqda iddiaya reaksiyası): “Bu cəfəngiyyatdı. Son vaxtlar Frenki barədə yazılan ən axmaq fikirdi. O, həqiqətən də xəstələnib. Onda qızdırmanın simptomları aşkar edilmişdi. Bu səbəbdən harasa gedə və oynaya bilməzdi. Frenki peşəkardı, nümunəvi oyunçudu. Yeri gəlmişkən, idman direktoru Deku ilə münasibətlərimiz yaxşıdı”.
Lotar Matteus, “Bavariya”nın sabiq müdafiəçisi: “O, “Ayntraxt” il matçda nə meydanda göründü, nə də oyundan sonrakı mətbuat konfransında. Yəqin ki, bunlar səbəbsiz deyil. O, gizlənir. Halbuki əvvəllər komandanın məğlub olduğu oyunlardan sonra da kameralar qarşısına çıxaraq fikrini aydın şəkildə dilə gətirirdi. Buna yarım il və ya bir il əvvələ qədər alışmışdıq. Kimmix son iki ildə bizdən az tənqid eşitməyib. Ona görə ki, ondan gözlənilən əvvəlki effektli oyununu sərgiləyə bilmir”.
Leroy Sane, “Bavariya”nın yarımmüdafiəçisi (Matteusun fikrinə reaksiyası): “Kimmix həmişə məsuliyyəti üzərinə götürür. Meydanda müxtəlif funksiyaları yerinə yetirir, istənilən vəziyyətdə topla oynamağa can atır, heç vaxt gizlənmir. O, uzun illərdi sabit oyunu ilə seçilir və komandamızın vacib bəndi sayılır”.
Serxio Riko, PSJ-nin qapıçısı: “Xəstəxanada müalicə aldığım müddətdə 20 kiloqram çəki itirmişdim. Qəzadan (futbolçu bir neçə ay əvvəl atdan yıxılması nəticəsində başından ciddi xəsarət almışdı – R.Y.) əvvəl 92 kiloqram idim, xəstənada qaldığım müddətdə çəkim 73-ə qədər düşmüşdü. İndi isə ağırlığım 88 kiloqramdı. Həkimlərin və həyatımı xilas edənlərin göstəriş və məsləhətlərinə qulaq asıram”.
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Yunion” layiqli qələbə qazandı (Belçika klubu Avropa Liqasının qrup mərhələsinin son oyununda 2:1 hesabı ilə qalib gəlib – R.Y.). Heyətimizdə kifayət qədər dəyişikliklər olmuşdu, bu səbəbdən oyun ritmimizi heç cür tapa bilmədik. Üstəlik, yersiz qollar da buraxdıq. Hərçənd matçın sonlarında hesabı iki-üç dəfə bərabərləşdirmək şansımız oldu. Oyundan sonra qapımıza vurulan ilk qol epizodunda ofsayd ola biləcəyini eşitdim. Təkrara baxacağıq, amma bu, artıq heç nəyi dəyişməyəcək”.
Rafael Leao, “Milan”ın hücumçusu: “Bizim üçün vacib olan nəticəni reallaşdırmalı idik və “Nyukasl”a qalib gəldik. Qrupun Dortmundda keçirilən digər oyunu heç-heçə sona çatdığı üçün “Milan” mübarizəni Avropa Liqasında davam etdirəcək. Komandamız heç vaxt bu turnirdə qalib gəlməyib. İndi buna nail olmağı çox istəyirik”.
Lautaro Martines, “İnter”in hücumçusu: “Yuventus”un çempionluq uğrunda mübarizədə “İnter”in yeganə rəqibi olduğunu deməzdim. Biz həm “Milan”, həm də “Napoli” ilə yarışırıq. Bu komandaları hesabdan silmirik. Bir də ki, çempionat çox uzun marafondu. Hələ ilk dövrə sona çatmayıb”.
Biksant Lizarazyu, Fransa yığmasının sabiq yarımmüdafiəçisi: “Mbappenin etdikləri fenomenaldı. O, meydanda istifadə etdiyi fantastik gücə malikdi. Kilian rəqib müdafiəçiləri təşvişə salmaqla komanda yoldaşlarının öz gücünə əminliyini artırır. O, Kriştiano Ronaldo kimi effektlidi və qalib mentallığına sahibdi”.
Serxio Riko, PSJ-nin qapıçısı: “Xəstəxanada müalicə aldığım müddətdə 20 kiloqram çəki itirmişdim”.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-06-2023, 19:0

Qrizmann “Atletiko”dan gedir?

Maraqlı

28-11-2023, 19:0

Ötən həftənin sitatları

Dünya futbolu

19-03-2022, 21:0

ÇL-də həftənin ən yaxşı oyunçusu və rəmzi komandası müəyyənləşdi

Aktual
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
Son xəbərlər
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
Daha çox
Oxunub: 352
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 210
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə