• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zəhmətinin bəhrəsini görən Əliyar - KÖŞƏ

Ölkə futbolu / Yazarlar

19-12-2023, 00:0

Yola saldığımız həftə Azərbaycan futbolu üçün iki önəmli hadisə ilə yadda qaldı.

Birinci hadisə o oldu ki, həmyerlimiz Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası Avropanın nəhəng klublarından sayılan “Mançester Siti”nin iştirakıyla Çempionlar Liqası qarşılaşmasında ədaləti qorudu. Digəri isə adət etdiyimiz kimi, Qurban Qurbanovun və onun çalışdırdığı “Qarabağ”ın adıyla bağlı oldu. Hər bir azərbaycanlının Avropadakı qüruruna çevrilmiş “Qarabağ” Avropa Liqasının qrup mərhələsində uğurla çıxış edərək, qrupda ikinci yeri tutmağı bacardı. Bu isə o deməkdi ki, Azərbaycan komandası Leverkuzen “Bayer”i ilə birlikdə qrup səddini uğurla aşıb ali mükafat uğrunda mübarizəni davam etdirəcək.

Əliyar Ağayevin uğuru hər birimizi fərəhləndirdi. Biz Ağayevin istedadına və ədalətli hakim olduğuna çoxdan əminik. Elə onu tanıyanlar həm də ona əmin idilər ki, gec-tez Əliyarın səsi daha yüksək mərtəbələrdən, daha səviyyəli turnirlərdən gələcək. Ağayev 36 yaşını bu yaxınlarda tamamlayıb, hələ gənc yaşlarından hakim kimi adından söz etdirib. Zamanında onunla birlikdə Rəhim Həsənova, Orxan Məmmədova və bu sıradan olan digər gənc hakimlərə AFFA tərəfindən böyük etimad göstərildi. Sözsüz, bu etimadın arxasında o vaxtlar PFL-in prezidenti olan Ramin Musayevin də böyük əməyi vardı. Həmin vaxt “qocalar” Azərbaycan çempionatında “at oynadırdı”. Biri deyirdi mənə “pesok” yollayın, digəri iki klubdan bir yerdə rüşvət alıb, kömək edəcəyinə söz verirdi. Sonra da uduzanın pulunu qaytarıb, deyirdi ki, bağışlayın, alınmadı. Məhz bizim futbolumuzu belə hakimlərdən “təmizləmək” üçün bir qədər də riskli qərar verildi, prinsipial oyunlar Əliyar Ağayev, Rəhim Həsənov kimi gənclərə tapşırıldı. Nəticəsini də çox keçmədən gördük. Qısa müddətdə məhz bu gənclərin simasında Azərbaycan hakimliyinin imici həm daxildə, həm də xaricdə dəyişdi.

Təəssüf ki, qısa müddətdə FİFA-nın 1-ci kateqoriyasına yüksələn Əliyara, eləcə də hakim kimi böyük perespektiv vəd edən, əsl xarizmatik sima olan Rəhimə badalaq vurmağa başladılar. Bu proseslər Xəqani Məmmədovun Hakimlər Komitəsindən uzaqlaşdırılmasından sonra daha da iyrənc forma aldı. Avstriyalı Fritz Ştuxlikin Azərbaycana gəlişi ilə hakimliyimizin başına min oyun açdılar. Ramin Musayevin proseslərdən uzaqlaşdırılması onunla nəticələndi ki, Fritz və onun havadarları hakimliyi eksprement meydanına çevirib, şəxsi mənafelərinə uyğun diqtələr etməyə başladılar. Nəticəsini də gördük. Rəhim Həsənovu hakimlikdən elə iyrəndirdilər ki, yaşının ən yaxşı vaxtında adam fiti buraxdı. İtirən isə hakimliyimiz oldu. Qısa müddətdə Rəhim kimi bir neçə gənc və perspektiv vədən edən gənclərimiz bu sahədən yarıxoş, yarızor uzaqlaşdı. Bu siyahıya laysmanlar Rza Məmmədovu, Mübariz Haşımovu da əlavə etmək olar. Əliyar Ağayev isə dözdü, səbr etdi.

Vəziyyət o həddə gəlib çatmışdı ki, avstriyalı sədr Əliyarın Azərbaycan çempionatındakı oyunlar zamanı buraxdığı səhvlərdən videoçarx hazırlayıb, UEFA-ya göndərirdi. Bununla da onu gözdən salmağa çalışır, ali futbol qurumundan gələcək təyinatların qarşısını alırdı. Bizim başımızı aldatmaq üçün Yunanıstandakı dostları ilə birlikdə iş qurur, Əliyarı tez-tez bu ölkəyə dəvət etməklə belə görüntü yaradırdılar ki, onun üçün Avropaya yol açırlar. Kifayət qədər qalmaqallı və ağır çempionat olan Yunanıstanda Ağayevin səhvlər etməsinə, bununla da gözdən düşməsinə çalışırdılar. Şükürlər olsun ki, bu qara niyyətlərinə çata bilmədilər. Qaranquş gəldi-gedər olduğu kimi, Fritz də getdi. Bizə qalan isə həmyerlimiz Əliyar oldu.

Onun gedişi ilə Ağayevə UEFA-dan gələn dəvətlərin sayı artıb. Oyundan-oyuna püxtələşən Əliyar da bununla özünəinam qazanır. İnanırıq ki, davamlı olacaq. Ağayev nüfuzlu turnirlərin oyunlarında bundan sonra da söz sahibi olacaq, hamımızı qürurlandıracaq.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

4-11-2022, 21:0

Atası Əliyar Ağayevi AÇ və DÇ-nin final mərhələsində görmək istəyir - AÇIQLAMA

Ölkə futbolu / Manşet

30-05-2023, 17:0

Əliyar Ağayevin hərəkəti Barış Şimşəyin xoşuna gəlməyib – ÖZƏL

Manşet / Çempionlar Liqası

6-11-2022, 10:0

Əliyar Ağayev tarixi oyunda 12 km qaçıb

Manşet

5-05-2023, 11:0

Əliyar Ağayevin Yunanıstanda oyun idarə etməsinə qadağa qoyuldu - ÖZƏL

Maraqlı / Manşet

3-11-2022, 17:0

"Əliyar Ağayevin Çempionlar Liqasının pley-offuna təyinat alması gözlənilmir" - Ekspert

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə