Avstraliyalı Nik Kiryos gələn il yanvarın 14-28-i aralığında keçiriləcək “Australian Open”i buraxacağını xəbər verib.
Bu tennisçi 2023-cü ildə keçirilən Avstraliya Açıq Çempionatının iştirakçıları arasında da olmamışdı:
“Mənim üçün çox məyusedici dönəmdi. Gələnilki Avstraliya turnirinə də qatıla bilməyəcəm. Aydındı ki, bu, ürəkdağlayan qərardı, axı bu turnirlə bağlı çoxlu təəccübləndirici xatirələrim var idi. Sadəcə, ən yaxşı oyunumu göstərmək istəyirəm, ancaq mənə bir qədər də vaxt lazımdı”.