“Real”da Andrey Luninə münasibət dəyişib.
Baş məşqçi Karlo Ançelotti qapıçılar arasında seçimi onun xeyrinə edib. “AS” nəşrinin məlumatına görə, italiyalı mütəxəssis zədəli Tibo Kurtuanın yoxluğunda əvvəllər Kepa Arrisabalaqanı əsas oyunçu hesab edirdi. Amma indi fikrini dəyişib. Luninin La Liqada “Betis”ə qarşı matçdakı (1:1) çıxışı çalışdırıcının çox xoşuna gəlib. Ançelotti indi ukraynalı qolkiperi ehtiyat oyunçular skamyasına qaytarmaq üçün heç bir səbəb görmür. Qeyd edək ki, Andrey Kepadan daha yaxşı xilasetmə faizinə (86-77) malikdi. Bu göstərici Ançelottinin diqqəti cəlb edib.
Lunin bu mövsüm 8 oyun eçirib və 5 qol buraxıb. O, 4 matçda qapısını toxunulmaz saxlayıb.