"Niyə yenidən növbəti mərhələyə yüksəlməyi xəyal etməyək?" - Julio Romao

16.12.2023 11:13 227
Ölkə futbolu
“Çıxışımızdan razıyam. Çox güclü qrupumuz var idi və bunun asan olmayacağını bilirdik. Qrupumuzda Almaniyanın çox məşhur komandası olan "Bayer-04" var idi".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın braziliyalı futbolçusu Julio Romao ölkəsiin "Tntsports" nəşrinə açıqlamasında deyib.

O, bildirib:

"Pley-offa çıxmaq üçün çox iş gördük. Bu, böyük xoşbəxtlik və müvəffəqiyyət hissi üçün bir səbəbdir. Ancaq işimiz burada bitmir. Növbəti mərhələyə yaxşı hazırlaşmaq üçün qarşıdakı oyunlara diqqət etməliyik".

Futbolçu 1/16 final mərhələsində Portuqaliya klublarından biri ilə qarşılaşmaq istədiyini vurğulayıb:

"Çünki "Qarabağ"a keçməmişdən əvvəl bu ölkədə çıxış edirdim. Bu, əla olardı. İki mövsüm "Santa-Klara"da oynadım. Amma hansı komanda ilə düşməyimizdən asılıq olmayaraq, hazır olmalıyıq. Çox çalışmalı və performansımızın aşağı düşəməsinə imkan verməməliyik. yaxşı matçlar oynamaq istəyirik. Niyə yenidən növbəti mərhələyə yüksəlməyi xəyal etməyək?".