• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” AL-ə vəsiqə ilə kifayətlənməli oldu

Çempionlar Liqası

15-12-2023, 20:0

Sonuncu turun ilk oyun günündə pley-offun daha 2 iştirakçısı bəlli oldu.

"Football-plus.az" xəbər verir ki, öz meydanında oynayan “Napoli” və “Kopenhagen” fürsəti əldən vermədi. “Qalatasaray”, “Lans”, “Braqa” və “Benfika” mübarizəni Avropa Liqasında davam etdirəcək. “Mançester Yunayted”, “Sevilya”, “Union” və “Zaltsburq” üçün isə avrokubok mövsümü başa çatdı.

A qrupu
Mançester Yunayted – Bavariya 0:1 (0:0)
Mançester Yunayted (İngiltərə): Onana, Dalot, Varan (Maino, 80), Maquayr (Evans, 40), Şou (Van Bissaka, 46), Maktominey, Amrabat, Antoni (Pellistri, 75), Fernandeş, Qarnaço (Mejbri, 75), R.Höylunn.
Bavariya (Münhen, Almaniya): Noyer, Mazraui (Laymer, 46), Upamekano, Kim Min Çje, Devis, Kimmix, Qoretska, Koman (Tel, 77), Musiala (Müller, 67), Sane, (Gerreyro, 90), Keyn.
Qol: Koman, 70.
Vərəqələr: Antoni, 53. Amrabat, 61. Qoretska, 88 – sarı.
Hakim: Espen Eskos (Norveç).
12 dekabr. Mançester. 73073 tamaşaçı.
oyunun statistikası
5 (1) qapıya (“çərçivə”yə) zərbə 11 (3)
4 künc zərbəsi 2
0 ofsayd 2
10 qayda pozuntusu 9
2(0) sarı (qırmızı) vərəqə 1(0)
44 topa sahibolma (faizlə) 56

“Bavariya” üçün oyun heç bir əhəmiyyət kəsb etməsə də, Tuxel meydana əsas heyəti buraxmışdı. “Yunayted” qalib gələcəyi təqdirdə istənilən halda avrokuboklardakı çıxışını davam etdirəcəkdi. Amma komanda bu vəzifənin öhdəsindən gələ bilməyərək növbəti dəfə fanatlarını üzdü. Meydan sahibləri ilk yarıda istəkli görünsələr də, qonaqlar soyuqqanlı şəkildə hücumların qarşısını kəsməyi bacardılar. Zədə üzündən Maquayr hələ ilk yarıda, Şou isə fasilədə əvəzləndi. İkinci hissədə Münhen nəhəngi hücumlarının kəsərini artırdı. Keynin yaratdığı gözəl fürsəti əvvəlcə Sane əldən verdi. Amma İngiltərə yığmasının kapitanının yaratdığı ikinci gözəl fürsəti Koman boşa vermədi. Bu qol görüşdə yeganə oldu. Tuxel ÇL-də ardıcıl 3-cü dəfə “Old Trafford”da qələbəyə sevindi. Daha öncə onun çalışdırdığı PSJ burda 2 qələbə qazanmışdı. “Yunayted” isə tarixində 2-ci dəfə ÇL-in qrupunu sonuncu pillədə tamamladı. Komanda daha öncə 2005/06-da bu aqibətlə üzləşmişdi. Bundan başqa, “qırmızı şeytanlar” qrupda 15 qol buraxmaqla İngiltərə klubları arasında yeni antirekordun müəllifi oldu.

Kopenhagen – Qalatasaray 1:0 (0:0)
Kopenhagen (Danimarka): Qrabara, Ankersen, Vavro, Diks, Yelert, Falk, Lerager, Qonsalveş (Kornelius, 67), Aşuri (Boilesen, 81), Elyunussi (O.Höylunn, 90+3), Klasson.
Qalatasaray (İstanbul, Türkiyə): Muslera, Boe, Əbdülkərim Bardakcı, Sançes, Anxelinyo (Barış Alpər Yılmaz, 77), Kaan Ayhan (Mertens, 61) Torreyra (Oliveyra, 77), Tete (Ziyeş, 61), Kərəm Aktürkoğlu, Zaha (Bakambu, 65), İkardi.
Qol: Lerager, 58.
Vərəqələr: Yelert, 37. Zaha, 55. Lerager, 85 – sarı. Lerager, 90 – qırmızı (ikinci sarı).
Hakim: Daniele Orsato (İtaliya).
12 dekabr. Kopenhagen. 34726 tamaşaçı.

“Qalatasaray”ın 23 ildən sonra “Parken”də fanatlarına daha bir önəmli qələbə bəxş etmək cəhdi uğursuz alındı. “Kopenhagen” evdə oynamasına baxmayaraq, müdafiə futboluna üstünlük verdi. Amma bunu gözləmək olardı. Komanda müdafiə olunmağı bacardığını ötən tur səfərdə “Bavariya” ilə matçda sübut etmişdi. Əsas sual doğuran məqam “Cim-Bom”un bu müdafiə xəttini yara bilib-bilməyəcəyindən ibarət idi. İstanbul nəhəngi mərkəzdən Qrabaranın qorudğu qapıya yaxın düşə bilmədiyinə görə cinah asmalarına yönəlmək məcburiyyətində qaldı. Amma bu, “Qalatasaray”ın öyrəşdiyi oyun deyildi. Üstəlik “Kopenhagen”in futbolçuları fiziki cəhətdən güclü idi və hava mübarizələrinin böyük əksəriyyətindən qalib ayrıldılar. Belə oyunun fonunda qonaqların 58-ci dəqiqədə gözlənilməz bir qol buraxması komandanın işini ikiqat çətinləşdirdi. Okan Buruk əvvəlcə Mertenslə Ziyeşi, sonra Bakambunu “döyüşə atıb” əlindən gələni etdi. Komanda iki hücumçulu taktikaya keçdikdən sonra qol epizodları da yaranmağa başladı. Amma Kərəm Aktürkoğlu yaxın məsafədən topu qapının üstündən vuraraq real fürsəti boşa verdi. “Qalatasaray” son anlarda rəqib müdafiəsini mühasirəyə alaraq bir neçə təhlükəli vəziyyət yaratdı. Amma topu heç cür qapıya göndərmək mümkün olmadı. Tanrının işinə bax ki, “Qalatasaray” Okan Burukun ötən həftədən bəri günahlandırdığı “Bavariya”nın sayəsində heç olmasa, AL-də oynamaq imkanı qazandı. Buruk “Bavariya”nı “Kopenhagen”ə qarşı ev matçında istəksiz oynamaqda günahlandırmışdı. Halbuki həmin “Kopenhagen”i “Qalatasaray” özü iki matçın heç birində məğlub edə bilmədi! Beləliklə, Danimarka çempionu bu çətin qrupda tam layiqli şəkildə 2-ci yeri pilləni tutdu və tarixində ikinci dəfə pley-offda oynayacaq. “Cim-Bom” isə ardıcıl 5-ci dəfə ÇL-in qrup mərhələsi səddini adlaya bilmədi. Komanda bu turnirdə sonuncu dəfə 10 il öncə - 2013/14-də pley-offda oynayıb.

oyunun statistikası
11 (3) qapıya (“çərçivə”yə) zərbə 21 (4)
3 künc zərbəsi 9
1 ofsayd 1
10 qayda pozuntusu 5
3(1) sarı (qırmızı) vərəqə 1(0)
42 topa sahibolma (faizlə) 58

1. Bavariya 6 5 1 0 12-6 16
2. Kopenhagen 6 2 2 2 8-8 8
3. Qalatasaray 6 1 2 3 10-13 5
4. Mançester Yunayted 6 1 1 4 12-15 4

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Manşet / Çempionlar Liqası

9-11-2023, 00:0

"Qalatasaray" "Bavariya"ya uduzdu - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

14-12-2023, 01:0

Çempionlar Liqasında qrup mərhələsi başa çatdı - YENİLƏNİB

Çempionlar Liqası

4-12-2023, 19:0

“Qalatasaray” mükəmməl gerdönüşlə işini son tura saxladı

Çempionlar Liqası

5-10-2023, 23:0

“Qalatasaray” Mançesterdə tarix yazdı!

Çempionlar Liqası

24-09-2023, 13:0

“Qalatasaray” ölümdən döndü

Aktual
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Son xəbərlər
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
Daha çox
Oxunub: 193
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 182
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə