• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əcnəbi məşqçilər niyə Azərbaycanda uğurlu ola bilmir?

Ölkə futbolu / Manşet

11-12-2023, 23:0

Azərbaycan çempionatında sonuncu dəfə əcnəbi baş məşqçi komandasını “qızıl”a daşıyanda təqvim 2010-cu ili göstərirdi.

O gündən bəri heç bir əcnəbi baş məşqçi bu uğura nail ola bilməyib. Və bu tendensiya 13 ildi davam edir. Hərçənd liqamızda bu dövrdə sonuncu dəfə çempion olmağı bacaran əcnəbi məşqçi Kaxaber Sxadadze daha 5 il, Roberto Bordin, Aleksey Baqa, Laurentsiu Regekampf, Mustafa Dənizli, Yuri Syomin və Toni Adams kimi Azərbaycan çempionatı üçün heç də pis CV-yə sahib olmayan mütəxəssislər müxtəlif müddətlərə çalışıb. Bu mütəxəssislərin bir çoxu müxtəlif liqalarda çempion olmağı da bacarıblar. Bəs niyə bizim çempionatda uğursuzluqla üzləşiblər? Niyə burda hünər göstəri bilməyiblər?

Yerli liqamızda əcnəbi məşqçilər üçün ən uğurlu dövr kimi 2004-10-cu illər arasını saymaq olar. Yalnız üç əcnəbi baş məşqçi ölkəmizdə çempion ola bilib. Təsadüfi deyil ki, bütün uğurlar dediyim dövrə təsadüf edir. Bu mütəxəssislər Valentin Xodukin (“İnter”, indiki “Şamaxı” – 2007/08), Qyoko Haciyevski (“Bakı” – 2008/09) və yazının əvvəlində də adı çəkilən Kaxaber Sxadadze (“İnter”, indiki “Şamaxı” – 2009/10) olub. Həmçinin bu dövrdə çalışan və liqamızda iz qoymağı bacaran Anatoli Konkov, Roman Pokora, Rasim Kara, Naci Şensoy kimi mütəxəssislərin adını çəkə bilərik.

Müasir dövrə gəlincə, liqada komanda sayı azaldığı kimi əcnəbi baş məşqçilərin sayı da azalıb. Qurban Qurbanovun parlaq nəticələri, “Qarabağ’ı həm ölkədə, həm də Avropa arenasında uğurlara daşıması yerli mütəxəssislərə inamı artırıb. Lakin yeganə səbəb kimi bunu saya bilmərik. Aleksey Baqa kimi həm ölkəsində, həm də kənarda çempion olmağı bacaran bir mütəxəssis “Sumqayıt”da 19 oyunda cəmi iki qələbə qazana bildi. Üstəlik “Sumqayıt” uzun müddət sonra heyətinə legioner transfer edə bildiyi vaxt belaruslu baş məşqçi bu nəticəni göstərdi. Ancaq biz Murad Musayev kimi müsbət örnəkləri də göstərə bilərik. 2021-ci ilin oktyabrında “Sabah”ın “sükanı arxasına” keçən Murad Musayev hazırda davam edən mövsümə uğursuz başlasa da, həm ötən mövsüm göstərdikləri, həm də yayda komandanın Avropadakı çıxışı onun haqqında ancaq xoş sözlər deməyə vadar edir.

Azərbaycanda çalışmış ən uğurlu əcnəbi baş məşqçi isə 2015-18-ci illər aralığında “Qəbələ”nin “sükanı arxasında” olan Roman Qriqorçuk olub. Ukraynalı baş məşqçi “Qəbələ” ilə heç bir titul qazana bilməsə də, bölgə təmsilçisini iki dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəltməyi bacarıb. “Qırmızı-qaralar” bu günə qədər də Azərbaycanı avrokubokların qrup mərhələsində “Qarabağ”dan sonra ən çox təmsil edən klubdu. Qriqorçuk dönəmində bölgə klubu çempionatı iki dəfə 2-ci bitirdi, daha iki dəfə kubokun finalında məğlub olub.

Əcnəbi baş məşqçilərə ən çox güvənən klublardan biri də “Neftçi”di. Lakin bu güvəncin ömrü uzun olmur. İlyarım ərzində klubda işləyən Bordinin xal ortalaması 1,91 olub. Maraq üçün bunu qeyd edək ki, 2020/21 mövsümündə komandanı çempion edən Samir Abasovun “ağ-qaralar”da xal ortalaması 1,85 idi.. Eləcə də ötən mövsüm klubu çalışdıran Laurentsiu Regekampfın adını çəkmək olar. Regenin dövründə komanda “Qarabağ” və “Sabah”a “dişini göstərə” bilməsə də, qalan rəqibləri üzərində üstünlük qurub. Həmçinin “Neftçi” onun dövründə ölkə kubokunun finalına da yüksəlib. Son illərə baxanda bu nəticəni heç də pis saymaq olmaz. 
Liqamızda yeni, gənc yerli mütəxəssislərə ehtiyac olduğu kimi, əcnəbi, başqa ölkələrdə özünü sübut etmiş və ya gənc, potensiallı legioner məşqçilərə də ehtiyac var. Murad Musayev Yusif İmanova inanıb qapını əmanət etdiyi kimi, həmin əcnəbi məşqçilər də Azərbaycan futboluna başqa töhfələr verə bilər. Və ən əsas məsələlərdən biri, bugünkü futbolun ən böyük problemlərindən biri məşqçilərə güvənmək, zaman verməkdi. Sosial media dövründə bunu etmək çox çətinləşib. Azarkeşlər ardıcıl üç məğlubiyyət görən kimi məşqçini istefaya çağırır. Ancaq klub rəhbərləri komandaya gətirdikləri məşqçiyə daha çox güvənməli və arxasında durmalıdı.

ELNUR İSMAYILOV

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

7-08-2023, 13:0

Mutu ölkə çempionatlarının 61-ci əcnəbi baş məşqçisidi

Aktual / Günün xəbəri

21-09-2022, 12:0

"Sumqayıt" üçün 3 namizəd: 1 yerli, 2 əcnəbi

Aktual / Yığma

23-11-2023, 12:0

“Hesab edirəm ki, yığmaya kənardan baş məşqçi gətirmək ənənəsinə son qoymalıyıq” – olimpiya çempionu dedi

Premyer-liqa

31-05-2022, 21:0

Premyer-liqa ilə bağlı vacib qərar verildi

Dünya futbolu

30-04-2023, 14:0

Jezuş Zikodan sonra bunu bacaran ilk əcnəbi məşqçi oldu

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 95
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə