• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Samir müəllimi tanıyanlar bilir ki, qorxaq məşqçi deyil”

Yığma / Manşet

11-12-2023, 21:0

Məlum olduğu kimi, oktyabrın 12-də Bakıda Azərbaycan və Şimali İrlandiyanın U-21 yığmaları arasında keçirilən oyun ətrafında qəribə durum yaranıb.

Daha dəqiqi, ölkəmizin U-21 yığması 2-ci hissə başlayarkən meydana gec çıxdığına görə UEFA AFFA-ya 5 min avro cərimə kəsib. U-21-in baş məşqçisi Samir Əliyev “sport 24”ə açıqlamasında vəziyyəti belə izah edib:

“Rəqib çıxmadığına görə dedik ki, tələsməyin, əvvəl çıxmayaq. Onlar da gəlsin, bir yerdə çıxaq, gedib onları meydançada gözləməyək. Elə bir şey olmayıb ki, rəqib çıxsın, bizi gözləsin, biz gecikək. Əvvəldən də bizə heç bir şey deyilməyib. Gec çıxmaqla bağlı xəbərdarlıq da olunmayıb ki, cərimə təhlükəsi var. Xəbərdarlıq olsaydı, buna əməl edərdik. Meydana bir yerdə çıxmışıq, videdoda da bu var. Məncə, orda 40 saniyənin, uzağı 1 dəqiqənin söhbəti olub. Deyəsən, matçın inspektori özündə qeyd edib və buna əsasən UEFA-da məsələyə baxılıb. Bizə də qərar 1 ay sonra, axırıncı təlim-məşq toplanışında olduğumuz Latviya və Ukrayna ilə oyunlar zamanı gəlib".


Həmin oyunda U-21-in kapitan sarğısını daşıyan Fərid Yusifli ilə söhbətdə bu məqama da aydınlıq gətirdik.
- Martda növbəti seçmə oyunlar keçiriləcək. U-21-in İngiltərə və Ukrayna ilə ev oyunlarında xal qazanmaq şansını necə görürsən?
- Marta qədər daha yaxşı hazırlaşmaq üçün vaxtımız var. Hər oyunçu - mən qarışıq - performansımızı artırmağa çalışmalıyıq. Düzdü, bildiyiniz kimi, U-21-in oyunçularının çoxu əvəzedici heyətdə və 1-ci liqada oynayır. Az sayda oyunçumuz var ki, əsas komandada oyunlara çıxır. Məncə, İngiltərə komandasının heyətindən danışmağa ehtiyac yoxdu. Bütün dünyanın tanıdığı futbolçulardı. Ukrayna da onlardan geri qalmır. Hətta İngiltərəni 3:2 hesabıyla məğlub da ediblər. Qələbə qazanmağa çalışacağıq. İstənilən rəqibə qarşı oynaya bilərik. Amma ayrı-ayrılıqda oyunçuların oynadığı klublara, çempionatlara, meydanda keçirdiyi dəqiqələrə baxanda şansımız azdı. Samir müəllimi tanıyanlar bilir ki, qorxaq məşqçi deyil. Onun komandası da qorxaq futbol oynamır. Yəni qələbə üçün nə lazımdısa, əlimizdən gələni edəcəyik. Amma nəticə nə olacaq – bunu Allah bilər.
- Hazırda “Polesye”də çıxış edən Emil Mustafayev Ukrayna mətbuatına verdiyi müsahibədə U-21 yığmamızdan səni yaxşı xatırladığını deyib. Yeri gəlmişkən, Ukrayna ilə oyunda xal qazanmaq şansınız yox idi?
- Emillə biz 2021-də U-21 birlikdə oynamışdıq. Tərif üçün ona təşəkkür edirəm. Yəqin ki, oyunu da izləmisiz. İlk hissədə Ukraynanın şansı çox oldu, amma 2-ci hissədə üstünlük bizdə idi. Xeyli real qol şanslarımız oldu, sadəcə, yararlana bilmədik. Mən deyərdim ki, nəinki xal ala, hətta qələbə də qazana bilərdik.
- Bəs Şimali İrlandiya ilə oyunla bağlı nə deyə bilərsən? 2-ci hissəyə gec çıxdığınıza görə UEFA təşkilatçı kimi AFFA-nı 5 min avro cərimələyib. Samir Əliyev rəqibi gözləməyin güdazına getdiyinizi deyib. Sən orda olan şəxslərdən biri kimi gecikməni nə ilə izah edirsən?
- Bunlar futbolda olan şeydi. Samir müəllim düzünü deyib, rəqib komandanı gözləyirdik, anlaşılmazlıq olduğuna görə cərimələnmişik.

MİRKAMAL KAZIMZADƏ

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

12-10-2023, 19:0

Millimiz məğlub oldu - YENİLƏNİB

Dünya futbolu

24-09-2023, 19:0

UEFA İtaliya klubuna cərimə kəsdi

Ölkə futbolu / Manşet

21-11-2023, 19:0

AFFA UEFA-nın qurumu cərimələyəcəyini təsdiqlədi

Manşet

19-05-2023, 10:0

AFFA UEFA-nın qərarından şikayət edə bilər - AÇIQLAMA

Aktual
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
Son xəbərlər
  • Bu gün, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Bu gün, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 156
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 107
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə