• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

15 turun mənzərəsi: hədəflər və nəticələr haqda - Azər Bağırovu Uilyam Volosla eyniləşdirən nədi?

Ölkə futbolu / Manşet

11-12-2023, 16:0

Misli premyer-liqasında qış fasiləsi yaxınlaşmaqdadı. 18-ci turdan sonra mövsümün ilk yarısı başa çatacaq. Bəs arxada qalan 15 turda komandalar necə təsir bağışladı? Kimlər mükafatçılar sırasında yer almağa layiqdi? Elitanı tərk etməyə əsas namizədlər kimdi?

"Qarabağ" 
Son çempion mşvsümə yaxşı başlamadı. Ağdamlılar ilk turda evdə "Zirə"yə uduzdu. "Köhlən atlar"ın 15 oyunun 3-də məğlub olması, 2-də heç-heçə etməsi də çoxlarını təəccübləndirdi. Çünki ötən mövsüm boyunca cəmi iki yenilmişdilər. Qurban Qurbanovun yetirmələrini uğursuzluqlarını iki cəbhədə mübarizə aparması və 2-ci heyətinin zəifliyi ilə bağlayırdılar. Amma turlar irəlilədikcə toparlanmaq mümkün oldu. "Qarabağ" 14-cü turda "Zirə"nin xal itirməsindən yararlanıb zirvəyə yüksəldi, dünənki oyuna qədər isə izləyicisindən 4 xal öndə idi. Başda Olavio Juninyo olmaqla hücumçular yaxşı forma yığıb. Zubirlə Leandro Andrade sabit çıxış edir. Benzya oyun qurucusu kimi “artırmaqdadı”. Gənc Nəriman Axundzadə 2-ci Musa Qurbanlı olmaq istiqamətində irəliləyir. Qurbanovu narahat edən yeganə mövqe müdafiənin mərkəzidi. Arxa xəttin dirəyi Medina üçün il bitib. Zədələnən kolumbiyalı ən yaxşı halda fevraldan sonra sıraya dönəcək. Bədavi istənilən formada deyil. Maksimin yaşı özünü göstərir, kapitan 90 dəqiqə çatdırmır. Odu ki, "Qarabağ"ın məşqçilər korpusu müdafiəçi axtarışındadı. Komandanın son üç turda zirvəni əldən verəcəyi inandırıcı deyil. Qış çempionluğu isə işin yarısını görmək deməkdi.

"Zirə"
Qəsəbə təmsilçisi “Qarabağ” üzərində qələbənin ardından göstərdiyi nəticələrlə də ilk “3-lüy”ə iddiasını ortaya qoydu. Rəşad Sadıqovun komandasının əsas çatışmazlığı “vuran ayaq” ilə bağlıdı. Komandanın iki əsas forvardı - Felipe Paxtman ilə Vladislav Kulaç zədəyə görə kənarda çox qaldı. Kulaç bir qədər şans qazanmağa başlasa da, "sambaçı" hələ də arzulanan formada deyil. Bu sözləri Rəhim Sadıqov haqda da söyləmək olar. Rüstəm Əhmədzadə inkişafda olsa da, hücumçu kimi yox, vinger kimi daha effektlidi. Sadaladıqlarımdan dolayı hazırda zirəlilərin ən məhsuldar oyunçusu müdafiəçi Qismət Alıyevdi. Komanda qış fasiləsində ən azı iki transfer etməlidi. Əks təqdirdə ilk “3-lüy”ü də əldən verə bilər.

"Sumqayıt"
"Kimyaçılar" 2-ci dövrədə böyük sıçrayış edib. Böyük şəhərin tək komandasının başlıca silahı ...Samir Abasovdu. İddialı gənc mütəxəssis sanki qəzəbdən alışıb-yanır, qarşısına çıxanı əzir. Hazırda Samir Abasov Romanı fəth etmək istəyən Hannibal Bakranı, mənafeyi tapdalanaraq yerdən-yerə vurulan Almaniyanı bərpa etmək üçün dünyanı qarşısına alan Adolf Hitleri xatırladır. Sadəcə, ləzgi əsilli veteran futbolçumuz yaşıl meydanda qan tökmədən savaşaraq irəliləyir, yeri gələndə onu tənqid edən media nümayəndələrinin cavabını verməyi və qədrini bilməyən "Neftçi"yə replika atmağı da unutmur. Haqlıdı da. Necə deyərlər, qaliblər mühakimə olunmur. Bu gün Samir Abasovun “iştahının açılmasında” rəqiblərin “Sumqayıt”ı yetərincə ciddiyə almaması da rol oynadı. İstənilən halda sabiq yığma üzvünə və komandasına alqış düşür. Amma gələcək uğurlar qış transfer bazarında fəallıqdan və rəqiblərin onları ciddi təhlil edib-etməyəcəyindən asılıdı. 

"Səbail" 
Şahin Diniyev başda olmaqla "dənizçilər" ötən il elitanı tərk etməyin biraddımlığındaydı. Görünür, səhvlərdən dərs çıxarıblar ki, cari mövsümdə yaxşı çıxış edirlər. Amma zədəlilərin çoxluğu, Ağabala Ramazanovun "Turan Tovuz"la matçda xəstəxanalıq olması "Səbail"i bir qədər büdrətdi. Nə qədər yaxşı sözlərə layiq olsa da, Bayıl təmsiçisinin mükafatçılar sırasında yer alacağını demək çətindi. Bəlkə kubokda nəyəsə ümid etmək olar. Amma komandanın ilk "3-lük"də yer alacağı gözlənilmir. Bu gün "Səbail"in gözlənilmədən 4-cü pillədə qərarlaşması "Neftçi" ilə "Sabah"ın qeyri-sabit, "Qəbələ" ilə "Turan Tovuz"un zəif çıxış etməsiylə bağlıdı. "Ağ-qaralar"la "bayquşlar" çempionatın  2-ci yarısında bütün potensialını ortaya qoya bilsə, “dənizçilər”in “suyun üzərində qalması” çətin olacaq. 

"Araz-Naxçıvan" 
Heç kim gözləmədiyi halda debütant çox irəli getdi. Hətta müəyyən səhvlər olmasaydı, komanda hazırda 5-ci yox, 3-cü pillədə olardı. Naxçıvanlıların uğurunun əsas səbəbini də baş məşqçi ilə bağlayardım. Azər Bağırov ilk dəfə elitada baş məşqçi kimi bacarığını ortaya qoyur. Amma onun Rəşad Sadıqovdan fərqli avrokuboklara vəsiqə qazanmaq, Samir Abasov kimi fürerlik arzusu yoxdu. Bağırov bacardıqca irəli gedir. Eynən Mel Gibsonun lentə aldığı "Cəsur ürək" filmində Robert Brüsun atasıyla söhbət zamanı Uilyam Volos haqda dediyi "o, cəngavər deyil, amma cəngavərlərdən üstün döyüşür" ifadəsi kimi. Bağırovun cəngavərlik iddiası yoxdu. Amma gənc mütəxəssis eynən Volos kimi göstərdi ki, onun xalqı ingilislərin köləsi, əziləni olmayacaq. Yəni "Araz-Naxçıvan" debütant olsa da, qapazaltı olmayacaq. Artıq "Qarabağ" başda olmaqla bütün elita təmsilçiləri ondan çəkinirlər. Amma naxçıvanlılar hücuma həddən artıq aludə olanda müdafiədə çox boşluq verirlər. "Səbail"lə son oyun da bunu göstərdi. Müdafiənin mərkəzinə və dayaq yarımmüdafiəçi mövqeyinə yeni nəfəs lazımdı. Əks təqdirdə komanda qapısında çox qol görəcək. 

"Neftçi" 
Flaqman haqda çox söz deməyə ehtiyac yoxdu. "Ağ-qara" camiənin hansı islahatla məşğul olduğu bəlli deyil. Bir rumıniyalı gedir, başqası gəlir, amma nəticə dəyişmir. Regekampfın Mutu ilə əvəzlənməsində tərəqqi yox, tənəzzül görünməkdədi. Bilinmir klubda gedən dəyişikliklərə, islahatlara nə ad verəsən?! Ruhların mövcudluğuna inansaq, klubu yaradılmasına müstəsna rolu olan Mircəfər Bağırov hazırkı durumu görsə, goru çatlayır. Hələ Anatoli Banişevski, Ələkbər Məmmədov kimi futbol dühalarının ruhlarının nə qədər incik olduğunu demirəm.

"Sabah" 
Konfrans Liqasında "Partizan"la cavab görüşünün komandaya yaşatdığı “soyuq duş”un üşüməsi çox uzun çəkdi. Amma “Sabah” hazırda toparlanmaqdadı. Səmimi demək lazımdı ki, nəticələr ürəkaçan olmasa da, “tələbələr” oyun planında pis deyil. Sadəcə, komandaya ardıcıl qələbələr, yeni qoşulanlara motivasiya lazımdı və Murad Musayev də cılğınlığını azaltmalıdı. Masazır təmsilçisinin qış fasiləsi ərəfəsindəki son oyunlarından bəlli olacaq ki, komanda mükafatçılar sırasında yer ala bilər, ya yox? 

"Turan Tovuz" 
Ötən mövsüm kreativ oyunu və sensasiyaları ilə diqqəti çəkən komandada indi baş verdiyi bəlli deyil. Sponsor da tapdılar, maliyyə durumları yaxşıdı, transferlər həyata keçirildi, hər mövqedə bir neçə oyunçu yer alır, stadionları yenidən quruldu, azarkeşlər bacardığı dəstəyi verir. Amma qeyri-sabit oyun və turnir cədvəlində tənəzzül müşahidə olunur. Ya tovuzlular ötənilki uğurlarını çox böyütdülər, ya da intizamsızlıq var. İstənilən halda futbolumuzun Napaleon Bonapartı olan Ayxan Abbasov qısa zamanda komandanı toparlamalıdı. Əks halda "Kəpəz"lə "Qəbələ" sırasına qoşulub mövsümü yola verəcəklər.

"Kəpəz" və "Qəbələ" 
Bu iki bölgə təmsilçisi meşədə azmış adamı xatırladır. Gəncəlilər azmaqla yanaşı, bir qədər yarımçılpaq da qalıb. Komanda doğma meydanda oynamır, sponsor tapa bilmir, tez-tez məşqçi dəyişir. Batmaqda olan gəmiyə Adil Şükürov gətirilsə də, o, hələ donanmanı bataqlıqdan çıxarmağa müyəssər olmayıb. Maddi rifah yaxşılaşmasa, klub çökəcək. Odu ki, İlqar Nadiri qış fasiləsində yaxşı-yaxşı düşünməli, çıxış yolu tapmalıdı. Maliyyə vəziyyəti nisbətən yaxşı olan "qırmızı-qaralar"ın başlıca problemi futbolçuların, əsasən də legionerlərin zəif çıxışıyla bağlıdı. Qəbələli azarkeşlər, "Red-Black Army" fanklubu buna görə komandanı tənqid atəşinə tutub, hətta bir qrup fanat "Qəbələ"dən üz döndərib. Belə davam edərsə, bölgə təmsilçisini 1-ci liqaya yola salacağıq. Rəhbərliklə məşqçilər korpusu və futbolçular arasında ciddi söhbət olmalıdı, meydandan can qoymayan, potensialından aşağı səviyyədə çıxış edənlər yola salınmalıdı. 

ABDULLA İSMAYILOĞLU 

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

4-09-2023, 12:0

“Qarabağ”dan 12 mövsümün ən uğursuz startı

Ölkə futbolu / Manşet

19-05-2023, 14:0

“Qarabağ”ın yeganə rəqibi “Sabah” idi - TƏHLİL

Premyer-liqa

24-04-2023, 10:0

"Qarabağ"dan 16 oyunluq rekord

Premyer-liqa / Manşet

28-04-2023, 16:0

“Qarabağ”ın çempionluq yolu hamar deyil, “Qəbələ” isə “Zirə”dən bir addım öndədi - TƏHLİL

Ölkə futbolu

31-10-2022, 10:0

"Qarabağ"dan ardıcıl 10-cu səfər qələbəsi

Aktual
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
Son xəbərlər
  • Bu gün, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Bu gün, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Bu gün, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Bu gün, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Bu gün, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Bu gün, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Bu gün, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Bu gün, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Bu gün, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Bu gün, 15:50
    Londondan Liverpula yollandı
  • Bu gün, 15:20
    Haunun xələfi o oldu
  • Bu gün, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Bu gün, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Bu gün, 13:58
    MS-yə yenə gərək olmadı
  • Bu gün, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 12:56
    Milli komandanı tərk edəcək
  • Bu gün, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Bu gün, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Bu gün, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 127
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə