Oyunu işıqlandırmaq üçün Bakıya İsveçdən jurnalistlərin, oyuna baxmaq üçün azarkeşlərin gəlib-gəlməyəcəyini öyrənmək üçün Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a dedikləri:
“Bu barədə bizə bazar ertəsi dəqiq məlumat veriləcək. Hələ ki nə bir siyahı, nə də bir məlumat gəlib. Çox güman, klubun mətbuat xidmətinin 3-4 əməkdaşı olacaq. Bəllidi ki, azərkeşlər gələcək. Onlar üçün xüsusi rəqib tribunası ayrılacaq”.
MİRKAMAL KAZIMZADƏ



