Yayda "Ümraniyəspor"a transfer olunan Coşqun Diniyev Türkiyədə özünü yaxşı göstərsə də, indiyə qədər yeni klubundan maaş-mükafat almayıb.
"Football-plus.az" olaraq, daha dəqiq bilgi almaq üçün futbolçu ilə əlaqə saxladıq:
"Bəli, bəzi problemlər var, amma önəmli olan FİFA müqaviləmin olmasıdı. Hər nə olur-olsun, o pul mənə ödəniləcək. Sadəcə, başqa təkliflərim olduğundan digər məsələləri müzakirə edirik. Ümid edirəm ki, çatışmazlıqlar aradan qaldırılacaq və bir həftə ərzində hər şey yekunlaşacaq".
GÜNAY SÜLEYMANOVA