• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milan” 15 yaşlı hücumçuya güvəndi!

Dünya futbolu

1-12-2023, 19:0

Həftəsonu “Milan”da, eləcə də İtaliya çempionatında tarixi hadisə baş verdi: Françesko Kamarda “Fiorentina” ilə oyunun gedişində 15 yaş 260 günlüyündə meydana çıxmaqla A seriyası tarixinin ən gənc oyunçusu oldu.

“Football-plus.az” xəbər verir ki, meydanda cəmi 15 dəqiqə olan hücumçü heç nə ilə yadda qalmasa da, “San-Siro”nun alqışını haqq etdi. İndi təkcə italiyalı azarkeşlərin yox, bütün futbol dünyasının yaxından izləyəcəyi yeniyetmə debütant haqda danışmağın əsl vaxtıdı.

7 yaşından qırmızı-qara forma geyir
2008-ci ilin yazında Milanda dünyaya gələn Kamardanın meydandakı mövqeyi mərkəz hücumçuluğudu. Çeskonun boyu 184 santimetrdi. Yaşına görə möhtəşəm göstəricidi, eləmi? Jurnalist Françesko Paqaninin yeniyetmə ilə bağlı hazırladığı statistika bundan da möhtəşəmdi:

2017/18: 40 oyunda 247 qol;
2018/19: 31 oyunda 172 qol;
2019/20: 16 oyunda 64 qol.

Kamarda 7 yaşından qırmızı-qara formanı geyir. Ümumilikdə akademiya komandalarının heyətində keçirdiyi 109 oyunda 508 qol (hər oyuna orta hesabla 4,6) vurub. Ancaq bir məqamı xüsusi qeyd etmək lazımdı ki, bu oyunlar çətinlik dərəcəsinə görə bir-birindən kəskin fərqlənib və heç də həmişə klassik 11-in 11-ə formatında keçirilməyib.
Françesko “Milan”ın strukturunda bütün yaş qrupu üzrə pillələri adlayıb. Klubun rəsmi saytında o, U-19 komandasının oyunçusu kimi göstərilib. Həmin komandaya isə milanlıların sabiq futbolçusu İnyatsio Abate rəhbərlik edir. Çeskonun bu komandadakı statistikası heç də ağlasığmaz deyil: 13 oyunda 7 qol və 2 məhsuldar ötürmə. Təbii ki, yeniyetmə forvard İtaliyanın müxtəlif yaş qrupu üzrə yığmalarında da oynayıb. U-15 ilə U-16-nı artıq arxada qoyub, indi çıxış etdiyi U-17-də isə 6 oyunda 4 qol vurub.

Kumirləri Benzema ilə Ronaldodu
Çesko 2019-cu ildə “Instagram” sosial şəbəkəsində hesabını qeydiyyatdan keçirib. İlk fotoda əlində mükafat tutub, ikinci foto oyun epizodundadı, üçüncüdə isə Zlatan İbrahimoviçlə yanaşı durub. Biz artıq indi əmin ola bilərik ki, bu foto nəsillərin dəyişməsini necə də aydın göstərir. İsveçli ulduz 2021/22 mövsümündə “Milan”a çempionluğu qazanmaqda yardım etdi və səhnədən çəkildi. İndi isə “qırmızı-qaralar”ın heyətində 15 yaşlı hücumçu debüt edir. Bəlkə də futbolda hakimiyyətin verilməsi məhz belə olur.

Kamardanın kolleksiyasında yaxınlarda futbol qumarına pul qoyduğuna görə 10 aylıq cəza alan Sandro Tonali ilə də şəkli var. Hələ ki şəkil çəkdirə bilmədiyi adamlar Ronaldo ilə Kərim Benzemadı. Bu futbolçular qəhrəmanımızın qurtarıcı mələyidi. Kamara klubun mətbuat xidmətinə açıqlamasında deyir: “Ronaldo-Fenomen həmişə kumirim olub. Atam da braziliyalının böyük fanatı idi. Onun oyununun və hərəkətlərinin toplandığı videoya baxmaq xoşuma gəlir. Müasir oyunçulardan isə Benzemanı daha çox bəyənirəm”.

“Fioentina” ilə oyunun 15 dəqiqəsinə əsasən mülahizə yürütmək çətindi, ancaq internetdə yayılan videolardan belə görünür ki, bu oğlanın oyununda həqiqətən Benzemaya oxşarlıq var. Franşesko parlaq texnikaya malik deyil və ya arsenalında qeyri-adi fəndlər yoxdu. Ancaq müntəzəm şəkildə qapı önündəki lazımi nöqtələrdə qərarlaşmaqla maksimal dərəcədə asan qollar vurur. Bəs Kamardanın “Milan”ın əsas heyətinə çağrılması necə oldu? Hər şey çox sadədi – “Milan”ın baş məşqçisinin, sadəcə, başqa variantı yox idi. Okafor və Rafael Leao zədəlidi, Jiru diskvalifikasiya olunub. Belə şərtlər altında Yoviç üçün start heyətində yer təmin olunmuşdu, amma komandada başqa mərkəz hücumçusu yox idi.
Kamarda “Fiorentina” ilə oyunda nə iləsə yadda qaldımı? Yox, qalmadı. O, Yoviçi əvəz etməklə 83-cü dəqiqədə meydana çıxdı. Baş hakim oyunun əsas vaxtına daha 8 dəqiqə əlavə etdi. Françesko yetərincə təvazökar göründü və yalnız bir dəfə topa toxundu. Buna baxmayaraq, “San-Siro”ya toplaşanlar onu ayaqüstə alqışladı, həmklubları isə uğursuz hərəkətlər edəndə belə dəstək verdilər. “Milan” son nəticədə meydandan minimal qələbə (1:0) ilə ayrıldı.

Əlbəttə, hesab vacibdi. Ancaq 15 yaşlı oğlanın debütünün əhəmiyyətini də azaltmağa dəyməz. Bir daha xatırladırıq: Kamarda ilk dəfə 15 yaş 260 günlüyündə meydana çıxdı! Əvvəlki rekord klubun əfsanəsi Paolo Maldiniyə (16 yaş 208 gün) məxsus idi, İtaliya çempionatının rekordu isə Uisdom Ameyə (15 yaş 274 gün).

Portilyo və Krkiç
Çoxları Çeskonun yeniyetmələr səviyyəsindəki statistikasına heyranlıq duyur, ancaq bu heç də onun top-futbolçu səviyyəsinə yüksələcəyinə dəlalət etmir. “Real”dakı Portilyonu və “Barselona”dakı Krkiçi hər kəs yaxşı xatırlayır. Hər biri uşaq komandalarında möhtəşəm göstəriciyə malik olsa da, böyüklər arasında fiasko ilə üzləşdi. “Milan”da da belə göstəricilərə malik futbolçu var idi. Masturu xatırlayırsızmı? Mərakeşli yarımmüdafiəçi olsa da, akademiyada parlaq oyun göstərirdi, onun fəndlərindən ibarət videolar isə bütün dünyada populyar idi. Sonradan nələrin baş verdiyini, yəqin ki, bilirsiz: böyüklər arasında heç 50 oyun da keçirmədi, bir müddət klubsuz qaldı, indi isə Mərakeş çempionatının hansısa ortabab komandasında oynayır. Halbuki iyunda 25 yaşını tamamlayıb.
Kamardanın top səviyyədə futbolçuya çevrilməklə bağlı əla perspektivi var. Ancaq bunun üçün hələ çox çalışmaq lazımdı. Futbolçuların yeniyetmə səviyyəsindən böyüklər arasına keçidi həmişə çətin alınır. Təkcə fiziki cəhətdən əzələ kütləsi yığmaq yox, mental baxımdan da böyümək lazımdı. 2026-cı ildə keçiriləcək dünya çempionatında Françeskonu İtaliya yığmasının futbolkasından görməyimiz tam realdı. Həmin vaxt onun artıq 18 yaşı tamam olacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-12-2023, 19:0

Rekord 2,5 il yaşadı

Dünya futbolu

26-11-2023, 21:0

A seriyasında yeni rekord

Dünya futbolu

27-11-2023, 15:0

“Milan” A seriyasında 15 yaşlı futbolçudan yararlanacaq?

Dünya futbolu

17-09-2023, 13:0

Milan derbisində tarixi seriya

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə