• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Daha istəkli olmaq lazımdı"

Manşet / Avropa Liqası

1-12-2023, 03:0

Avropa Liqasının 5-ci turunun matçları keçirilib.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ" "Molde"nin qonağı olub - 2:2. Matçdan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Çox uğurlu nəticə oldu. Oyunun gedişatına baxsaq, belədi. Daha yaxşısını gözləyirdim. Fikirləşirdim ki, o qədər çətinliyimiz olmaz, meydançaya daha tez uyğunlaşarıq. Amma havaya, meydançaya tam uyğunlaşa bilmədik. Demişdim ki, çətinliklərə dözmək lazım olacaq. Futbolçular bunu bacardı. Sonda da gedişatı dəyişdilər, çox vacib xal oldu. Bir oyunumuz qaldı. Bakıdakı matça daha yaxşı hazırlaşmağa çalışacağıq. Bu bir xalın bizə faydası çox oldu. Amma arxayınlşamaq olmaz. Bakıda daha diqqətli olmalıyıq. Daha istəkli olmaq lazımdı. Futbolçulara təşəkkür edirəm ki, bütün çətinliklərə baxmayaraq, inamlarını itirmədilər".

- Məcburi əvəzetmələr olmasaydı, qalib gələ bilərdiz?
- Əvəzetmələrə hazırlaşırdıq. Sadəcə bəziləri bir az gözlənilməz oldu. Amma ümumən rəqib çox keyfiyyətlidi. "Molde"yə qiymət vermək lazımdı. Öz oyun sistemini, fəlsəfəsini meydanda çox yaxşı icra edirlər. Sistemə elə uyğunlaşıblar ki, hamı bilir nə edəcək. Çox epizodlarda diqqətli olub qarşısını aldıq. İlk hissədə oyun quruculuğunda dəyişiklik etmişdik. Müdafiədə ilk yarının son 15 dəqiqəsində rəqibi düzgün bağlaya bilmədik. İkinci yarıda daha diqqətli olduq, daha rahat bunu etdik. Sadəcə sonda biz qol vurmalıydıq, rəqib vurdu. Əvəzetmədən oyuna girənlər özlərini pis tərəfdən göstərmədilər. Düzdü, balans bir az pozuldu. Amma daha aqressiv oldular.

- 90+5-ci dəqiqədə gələn qol yeni tarix üçün tam dönüş nöqtəsi ola bilər ? Artıq Konfrans Liqasının pley-off mərhələsini təmin etmisiz...
- Son dəqiqələrdə həm buraxılan, həm vurulan qollar komandanın böyüməsi üçün vasitədi. Belə oyunlarda son dəqiqələrdə bu cür qol vurmaq komandaya əlavə motivasiya, inam verir. Çox vacibdi. Bakıda "Bayer"lə matçda son dəqiqədə buraxılan qol futbolçulara çox təsir etmişdi. Amma həmin oyundan futbolçularım çox şey götürdülər. Belə qollar böyük oyunlara bənzəyir. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Bir oyunumuz qalıb. Əgər son oyunda bunu edə biləriksə, daha aktiv, daha diqqətli, daha soyuqqanlı olmalıyıq. Konfrans Liqasına gəlincə, bu, ancaq sevindirir. Amma bununla futbolçularım dayanmayacaq, hamımız daha yaxşısını istəyəcəyik. Bakıda daha diqqətli olmağa çalışacağıq.

- Belə çətin oyunlar üçün komandanın yetərincə ehtiyat qüvvəsi var? Qışda bununla bağlı hansı planlar var?
- Bu gün bir az çatışmazlıq orta xətdə oldu. Orta xətdə bəlkə daha tez dəyişiklik edə bilərdim, Patrik, Yankoviç yorulmuşdu. Düzdü, Riçard var idi. Romaonun olmaması bəzi rotasiyalar etməyə mənə mane oldu. Juninyonun gözlənilməz dəyişikliyi bir az planlarımızı pozdu. Amma biz həmişə yaxşı oyunçu axtarırıq. Bir-iki oyunçu qışda transfer etmək istəyərik. Daha bacarıqlı, sağlam oyunçuların çoxluğu işimizi asanlaşdırır.

- Bəhlul Mustafazadə son dəqiqədə hücuma keçdi, Patrik Andrade onun yerinə. Öncədən planlaşdırılmış bir şey idi?
- Bakıda da belə oyunlar olmuşdu, hətta Kevin və Bəhlul sonda riskə getmişdi. Oyun anında Bəhlulun önə getdi, künc zərbəsindən sonra orda qaldı. Toral Bayramova dedim ki, Bəhlul yerinə qayıtsın ki, 2:1 hesabını qoruyaq, riskə getməyək, Patrik daha öndə olsun. Top orda qaldı, korner oldu, Bəhlul da bundan istifadə etdi. Qarşıda da belə hallar olsa, bu addımları atacağıq.

- Azərbaycan futbolu üçün yeni tarix yazmağın bir addımlığındasız. Bununla bağlı nə deyəcəksiz?
- Mənə inanın, bunu çox dərindən düşünməli deyilik. Daha soyuqqanlı və daha da bacarıqlı olmağa çalışmalıyıq. "Hekken"in qələbəsi yoxdu, uduzub bütün oyunları. Çox istəkli gələcəklər. Buna hazır olmalıyıq. Onlar qələbə istəyəcək. Biz oyuna çox intizamlı hazırlaşmalıyıq. Çox aqressiv, istəkli olsaq, bizə maneçilik törədək. Sadəcə meydanda verilən tapşırıqları, oyunumuzu düzgün icra etməliyik. Qarşıdakı çempionat oyunlarına hazırlaşacağıq. Həmin matça qədər bir neçə günümüz olacaq. "Hekken"in oyununa baxdıqdan sonra komandanı soyuqqanlı şəkildə oyuna hazırlamağa çalışacağıq.

- Bu matçı məşqçilik karyerazında ən çətin və ən həyəcanlı oyun hesab etmək olar?
- Deməzdim. Bugünkü durumuma baxsaq, daha həyəcanlı, gərgin oyunlarım çox olub. Bu gün bir o qədər həyəcan yox idi, hətta rahat idim. Dünən də demişdim ki, ola bilər minimal hesabla uduzaq və hər şey son oyuna qalsın. Bu gün belə oldu. Həyəcan yox idi. Fikrimdə o var idi ki, böyük şansa sahibik və qalib gəlsək, hər şey həll olunacaq, Olmayacaqsa, Bakıdaklı matça hazırlaşacağıq.

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

25-08-2023, 00:0

“Bu oyun bizi arxayınlaşdırmalı deyil”

Manşet / Avropa Liqası

16-08-2023, 22:0

“Ən yaxşısını etməyə çalışacağıq”

Manşet / Avropa Liqası

30-08-2023, 18:0

“Bakıda daha ciddi olmalıyıq”

Manşet / Çempionlar Liqası

10-07-2023, 21:0

"Linkoln"u tam yaxından tanıya bilmədik"

Manşet / Avropa Liqası

30-11-2023, 00:0

“Sabah istənilən şəraitdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”

Premyer-liqa / Manşet

31-01-2023, 18:0

Qurban Qurbanov: "Gent"lə oyuna tam hazır deyilik"

Aktual
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
Son xəbərlər
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Daha çox
Oxunub: 353
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 210
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə