• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yığmanın sabiq məşqçilərinin İşçi Qrupla bağlı fikirləri haçalandı

Yığma / Manşet

29-11-2023, 20:0

Canni de Byazinin millimizin baş məşqçi postundan uzaqlaşdırılmasından sonra məlum oldu ki, AFFA bu dəfə fərqli təcrübədən yararlanacaq.

Daha dəqiq desək, qurum ölkə fubolunun tarixində ilk dəfə yığmanın yeni çalışdırıcısını müəyyənləşdirmək üçün İşçi Qrup yaradacaq. Növbəti addım isə uyğun namizədlərin seçilməsi olacaq. Daha sonra keçiriləcək İcraiyyə Komitəsinin iclasında mütəxəssislər dəyərləndiriləcək və yekun seçim ediləcək.
Qeyd etdiyimiz kimi, işlərin belə nizamlanmasıyla bir ilk yaşanacaq. Təbii ki, bu yolu da sınamaq mümkündü. Çünki inkişaf etmək və qaneedici nəticələr qazanmaq üçün yetərincə gecikmişik. Statistikalar indiyə qədər istifadə edilən təcrübələrin yararsız olduğunu deyir. Bu halda İşçi Qrupun məsuliyyəti birə-beş artır. Prosesə cəlb olunacaq şəxslər çox diqqətli olmalı və qətiyyən səhvə yol verməməlidi. Hər halda, De Byaziylə üç il itirilib. Ölkə futbolunun tərəqqisini istəyən idman jurnalistləri, azarkeşlər, mütəxəssislər, kreslo sahibləri və daha kimlər-kimlər çalışmalıdı ki, millimiz baxımlı oyunla qələbə qazansın. Bu üzdən “Futbol+” olaraq, yığmanın sabiq baş məşqçilərinə müraciət etdik, onlara bu sualları ünvanladıq.

1. İşçi Qrupa hansısa məsləhət və tövsiyələriniz varmı?
2. Yeni çalışdırıcı yerli, yoxsa əcnəbi olmalıdı?

Ağasəlim Mircavadov: “İşçi Qrupa məsləhət verməyə qalsa, çox söz demək mümkündü. Hər halda, millini çalışdırmağa layiq olacaq şəxsin meyarları bəllidi. Lakin bu haqda söz demək istəmirəm. Nə vaxt bu işin məsul şəxsləri fikrimi soruşsa, özlərinə deyərəm. O qədər problem var ki, saymaqla bitməz. Əsas məsələ baş məşqçinin yerli və əcnəbi olması deyil. Hələ o pilləyə qədər aradan qaldırılası çox çatışmazlıq var. Onu bildirim ki, 1994-cü ildən eyni sözü təkrarlayıram. Yığmanı yerli mütəxəssis çalışdırmalıdı, vəssalam. Yerlilər ölkə futbolunu daha yaxşı bilir, oyunçuları tanıyır. Onlarla daha səmimi münasibət quracaq və öz fəlsəfəsini daha rahat aşılaya biləcək. Ad çəkmək istəməsəm də, namizədlərim var. Daha artıq nə deyim? Eyni sözləri illərdi təkrarlayıram, dinləyən, icra edən yoxdu. Son qərarı biz yox, AFFA İcraiyyə Komitəsi verir”.

Vaqif Sadıqov: “İşçi Qrup öncə millimizin baş məşqçisi ola biləcək mütəxəssis üçün meyarları müəyyənləşdirməli, daha sonra ən uyğun şəxs bu posta gətirilməlidi. Təbii ki, ölkəmizin mentallığını, havasını-suyunu, insanını tanıyan şəxslərə üstünlük verilməlidi. Futbolumuzda islahatlar davam edir. İnanıram ki, hər şey yaxşı olacaq. Sadəcə, bu dönəmdə çox diqqətli qərarlar almalı, gələcəyimizi düşünməliyik. Yerli və ya əcnəbi olması gündəmdə olmamalıdı. Əsas odu ki, baş məşqçi məsuliyyətini dərk etsin və komandaya uğur qazandırsın. Biz də bayrağımızı beynəlxalq turnirlərin yüksək pillələrində dalğalandıra bilək. Əlbəttə, buna zaman lazımdı və bir gün mütləq baş verəcək”.

İqor Ponomaryov: “Millimizdə yerli məşqçilərə şans verməliyik. Onların son illərdəki əcnəbi məşqçilərdən daha faydalı olacağını düşünürəm. Buna inanım böyükdü. Biz xalq olaraq dövlət bayrağımızı uca zirvələrə qaldırmışıq. Müharibədə qalib gəldik. Amma təəssüflər olsun ki, yığmamızın yer aldığı turnirlərdə bayrağımız hələ ki yüksəklərdə dalğalanmır. Bu, bizi çox üzür. Yığmamız hansısa qurumun, qrupların deyil, hamınındı. Ölkəmizin əsas komandasıdı. İşçi Qrupa tövsiyəyə gəlincə, mən ora üzv deyiləm. Heç bizi ora layiq də bilmirlər. Ona görə nəsə desəm də, çətin ki, buna əhəmiyyət verilsin. Amma yenə də mənim fikirlərimi eşitmək istəyən olsa, danışaram. Hər halda, ortada yığmamız var”.

Kazbek Tuayev: “20 ildi dəyişməyən fikirim var ki, millimizə ancaq yerli mütəxəssislər rəhbərlik etməlidi. Kənardan gələn baş məşqçi mentallığımızı, qayda-qanunlarımızı, futbolçularla dil tapmağı öyrənənə qədər çox vaxt gedir, üstəlik ortada nəticə yoxdu. Özümüzün yetərincə cavan və savadlı məşqçilərimiz var. Hesab edirəm ki, Arif Əsədov, Tərlan Əhmədov, Rəşad Sadıqov “üçlüy”ündən biri yığmada yer almalıdı. Hətta bu "3-lüy"ün birgə millimizə rəhbərlik etməsi lap əla olardı. İşçi Qrupa gəlincə, onlar 15-20 namizəd tapacaq və AFFA rəhbərliyinə təqdim edəcək. Sonra da Rövnəq müəllim qərar verəcək. Odu ki, mənim tövsiyəmə ehtiyac yoxdu”.

Şahin Diniyev: “Millimiz çox çətin dönəmdən keçir. Komandanı qarışıq proseslər gözləyir. Belə hallarda çox diqqətli və məsuliyyətli olmaq vacibdi. Öncəliklə qarşıya hədəf qoyulmalıdı. Bu ən vacibdi. İstər baş məşqçi, istərsə də futbolçu bilməlidi ki, rəhbərlik, azarkeş məndən nə istəyir? Təbii ki, bu sualları rəhbərlik də özünə verməlidi: “Mən nə istəyirəm?” Növbəti mərhələdə ortaya iddialı namizədlər çıxarılmalıdı. Mütəxəssislər arasında səviyyə cəhətdən uçurum olmamalıdı ki, ciddi rəqabət olsun. Onların karyeraları, işlədikləri yerlər, qazandığı nəticələr araşdırılmalıdı, özü də ən xırda detallara qədər... Yekunda mentallığımıza uyğun şəxs seçilməlidi. Bundan sonra strateji plan qurulmalı, sistemdə bəzi dəyişikliklər olmalıdı. Müşahidə edirəm ki, baş məşqçi dəyişikliyi ilə problemlərin bitəcəyini düşünənlər var. Əsla belə deyil! Yeni baş məşqçi “mənə vaxt lazımdı” deyəcəksə, gəlməsə, ondan yaxşıdı. Çünki vaxtımız tükənib. Ümumiyyətlə, İşçi Qrupun yaradılmasıyla çalışdırıcı seçiləndə işlərin yoluna qoyulacağına inanmıram. Yerli və ya əcnəbi baş məşqçi seçimiylə də razı deyiləm. İnanın ki, bu sual başqa ölkələrdə verilmir. Gündəmə gətirilməsi belə düzgün hərəkət deyil. Əlbəttə, əcnəbi mütəxəssis gəlsə belə, ölkəmizlə, millətimizlə tanışlığı olmalıdı. Demirəm ki, Azərbaycandan xəbərsiz əcnəbi məşqçi gətirin. Amma əsas baxımlı oyun və gözəl nəticə qazanmaqdı”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

28-11-2023, 17:0

AFFA-dan son cavab: bir-iki gün də gözləyin!

Aktual / Ölkə futbolu

22-11-2023, 12:0

"Belə halların olması İcraiyyə Komitəsi tərəfindən birmənalı şəkildə pislənildi"

Manşet / Müsahibə

23-11-2023, 11:0

"Bizim dünya futbolu ilə ayaqlaşan məşqçilərimiz var"

Dünya futbolu

2-10-2022, 17:0

UEFA Krımla bağlı mövqeyini dəyişməyib

Aktual
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
Son xəbərlər
  • Bu gün, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Bu gün, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Bu gün, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Bu gün, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Bu gün, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Bu gün, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Bu gün, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Bu gün, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Bu gün, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Bu gün, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Bu gün, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Bu gün, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Bu gün, 12:57
    "İmişli"də ayrılıq
  • Bu gün, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Bu gün, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Bu gün, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Bu gün, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Bu gün, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Bu gün, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Bu gün, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Bu gün, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə