Fransanın gənclərdən ibarət yığması cəzalanmaq təhlükəsi ilə üzləşib.
«Football-plus.az» xəbər verir ki, FİFA komandanı İndoneziyada keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatından diskvalifikasiya edə bilər.
Məsələ ondadı ki, «Monpelye”nin hücumçusu Yanis İssufu seçmə mərhələdə həm Fransanın, həm də Nigerin heyətində çıxış edib. FİFA qaydaları isə bir futbolçunun eyni turnirdə iki komandada oynamasını qadağan edir. Fransa millisinin rəhbərliyi ehtiyat tədbiri kimi İssufunu Seneqala qarşı 1/8 final matçı üçün heyətə daxil etməyib.