Millimiz AÇ-2024-ün seçmə mərhələsində Belçikaya uduzdu - 0:5.
“Football-plus.az” xəbər verir ki, yığmamız bu tsiklda da uğur qazana bilmədi. Bu səbəbdən baş məşqçi Canni de Byazi ilə başa çatan müqavilənin sonlandırılması gözlənilirdi. Lakin gözlənilənin əksinə mütəxəssis matçdan sonra İtaliyaya yollanmayıb. O, hazırda milli komanda ilə birlikdə Bakıya dönür.
Qeyd edək ki, yığmanı Bakıya gətirən təyyarə saat 02.15-də havaya qalxacaq.