Dünən "Neftçi" yoldaşlıq görüşündə "Zenit"i Bakıda məğlub etdi - 2:1.
Oyundan sonra "ağ-qaralar"ın 26 yaşlı braziliyalı hücumçusu Andre Şinyaşiki fikirlərini "Football-plus.az"la bölüşdü:
"Məncə, bizim üçün güclü rəqibə qarşı çox yaxşı oyun oldu. Düşünürəm ki, meydanda istədiyimizi edə bildik. Uşaqları da təbrik edirəm. "Neftçi" böyük klubdu və komandama həmişə qələbə yaraşır. Atmosfer çox gözəl idi. Azarkeşlər stadionda bizə yenidən əla ab-hava göstərdilər. Çox xoşbəxtəm ki, yaxşı nəticə əldə etdik".
CAVİD ƏLİYEV