Şinyaşiki: “Beşiktaş”ı udacağımıza inanmalıyıq” - MÜSAHİBƏ

8.08.2023 13:09 853
Aktual / Ölkə futbolu
“Neftçi”nin yeni transferi Andre Şinyaşiki “Kəpəz”lə oyunda flaqmanın heyətində debüt etdi. Braziliyalı yarımmüdafiəçi 2-ci hissədə meydana çıxdı. Sol cinahvingeri kimi çıxış edən 27 yaşlı futbolçu zəif təsir bağışladı.

Onun "Football-plus.az"a müsahibəsini təqdim edirik.

- “Neftçi”nin heyətində ilk dəfə meydana çıxdın. Düşünürəm ki, debütün yaxşı alınmadı. Sənin fikrin necədi?
- Çempionatın ilk turunda məğlub olduq. Bizim üçün gözlənilməz nəticədi. Qələbə qazanmaq istəyirdik, amma alınmadı . Daha yaxşısını etməliyik. Qələbə qazanmaq, çempion olmaq istəyiriksə, var gücümüzlə oynamalıyıq.

- “Kəpəz”lə “Neftçi” arasındakı oyunlar tarixi derbidi. Bu qarşılaşmanın önəmli olduğu haqda informasiyan var idi?
- Bəli, elə deyirdilər ki, bu önəmli oyundu. Hər matç önəmlidi. Hər görüşdə qalib gəlmək əsas məqsəd olur, fərq yoxdu hansı
komanda ilə qarşılaşırsan. Bütün oyunlara 3 xal qazanmaq üçün çıxırıq.

- “Neftçi”yə keçəcəyik mediada çoxdan yazılırdı. Lakin müqavilə imzalamağın uzun çəkdi. Problem nə idi?
- Heç bir problem yox idi. Sadəcə, danışıqlar gedirdi. Klubla razılaşmalı olduğumuz məqamlar var idi. Həm də sənədləşmə məsələlərini həll etmək lazım idi. Yekunda “Neftçi” ilə müqavilə imzaladım. Burda olmağımdan şadam.

- Komandaya kömək etməyə hazırsan, yoxsa vaxt lazımdır?
- Hazıram. Komanda da hazırdı. Biz daha güclü qayıdacağıq.

- Konfrans Liqasında Türkiyənin güclü klublarından “Beşiktaş”la üz-üzə gələcəksiz . Bir çoxları rəqibi bu görüşdə favorit sayır. Sən nə düşünürsən? “Beşiktaş”ı mübarizədən kənarlaşdıra biləcəksiz?
- Udacağımıza inanmalıyıq. Ağır oyun olacağı dəqiqdi. Lakin “Beşiktaş”ı udacağımıza inanmalıyıq. Əlimizdən gələni edəcəyik ki, rəqibi üstələyərək növbəti mərhələyə adlayaq.

İLKİN SULTANLI