Millimizin İsveç üzərindəki qələbəsi haqda demək olar ki, bütün detallara toxunduq. İndi isə rəqib ölkənin mətbuatına nəzər salaq.
"Football-plus.az" xəbər verir ki, “aftonblade.se” portalı matçı digərlərinə nisbətən kəskin tənqidi xəbərlərlə işıqlandırıb. İsveçli həmkarlarımızın çox qəzəbli olduğu hiss olunur. Sizin üçün seçdiyimiz maraqlı fikirlərə keçid alaq:
“Təxminən 50 azarkeş komandamızın darmadağın olunmasını izləmək üçün uzun səfərə yollanmışdı. Futbolçular 0:3 hesablı məğlubiyyətdən sonra tərəfdarlara yaxınlaşaraq öncə təşəkkür edib, sonra üzr istədilər. Oyunçuların günahlarını yumaq üçün növbəti həmləsi formalarını tərəfdarlara bağışlamaq oldu. Halbuki, onlar geyimlərini yırtmaq naminə qələbə qazanmalıydılar. İlk dəfə dünyada biabır olduq. İsveç indiyə qədər Azərbaycan kimi özündən çox aşağı reytinqi olan komandaya bu hesabla məğlub olmamışdı. Baş məqşçi Yanne Andersson yalnız indi kollektivdə bəzi çatışmazlıqların olduğunu etiraf edir: “Gəmini batırmamaq üçün daha bir neçə futbolçu lazım idi”. Görəsən, oyundan öncə bu haqda niyə rəhbərliyə məlumat verməmişdi? Bu, Anderssonun millimizi meydana çıxardığı sonuncu oyun olmalıdı. Bakıda baş verən kabusdan sonra istefa İsveç futbolu üçün ciddi itki sayılmayacaq. Oyunçular da öz çıxışlarından utanmalıdı”.
İsveçin məşhur idman yazarı Simon Bank da matç haqda düşüncələrini qələmə alıb. O, yazısının sonunda ölkəsinin millisini təhqir etməkdən də çəkinməyib:
“Nə deyirsiniz? Şərəf üçün, forma üçün meydana çıxmışdınız? Mən belə düşünmürəm. Çünki, Azərbaycan həm şərəfinizlə, həm də qürurunuzla oynadı!”
KƏNAN BAHADIR