• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ümid edirik ki, noyabrın 21-i futbolda yeni eranın başlanğıcı olacaq”

Dünya futbolu

17-11-2023, 22:0

Ötən həftə Madriddə “Real”ın sosyosunun Baş Assambleyası keçirilib.

"Football-plus.az" xəbər verir ki, toplaşanlar klubu həyatı ilə bağlı ən vacib məsələləri müzakirəyə çıxarıb. “Real”ın xarizmatik prezidenti Florentino Peres həm rəhbərlik etdiyi klub, həm də dünya futbolunun bəzi aktual məsələləri ilə bağlı maraqlı açıqlamalar verib.

Klubun sabiq futbolçuları haqda
Mən burda Benzemanı xatırlamaq istəyirəm. Əziz Kərim, biz heç vaxt sənin oyununu və bu klubda yazdığın möhtəşəm tarixi unutmayacağıq. Unikal və təkrarolunmaz oyunçu, “Qızıl top”un sahibi, çox sağ sağ ol. Mövsümün sonunda klubu Madriddə 17 titul qazanan Marko Asensio da tərk etdi. Sən də çox sağ ol. Azar, Odriosola və Marianoya da klubda keçirdiyi vaxta görə təşəkkür etmək istəyirəm.

Vinisius haqda
Mən o fikirlə razıyam ki, qurban günahkar kimi qələbə verilir. İspaniya futbolunun ən biabırçı cəhətlərindən biri budu. Vinisiusu təxribata çəkənlər və buna görə əziyyət çəkənlər var. Qurbanı günahkar kimi təqdim etmək biabırçılıqdı, mən bunu bəzi kütləvi informasiya vasitələrində görmüşəm.

Qələbələr haqda
Klubumuzun tarixindəki ən uğurlu dönəmlərdən birini yaşayırıq. Futbolda 5-ci Avropa Superkubokunu, klub dünya çempionluğunu və ölkə kubokunu qazandıq. Özü də çox mürəkkəb təqvim fonunda – dünya çempionatı bütün yarışları dayandırmağa məcbur etmişdi. Ölkə kubokunda bir daha sübut etdik ki, “Real” heç vaxt təslim olmur, əla rəqiblərlə oyunlarda gözəl nəticələrə nail olduq. Bir müddət əvvəl Çempionlar Liqasını 14-cü dəfə qazandıq, komanda son mövsümdə də bu titulu yenidən qazanmaq üçün mübarizə apardı. Qoy heç kim şübhə etməsin ki, bu mövsüm bir daha gücümüzü sınayacağıq. Bu komanda qələbə qazanmaqdaqn yorulmayacaq.

“Neqreyra işi” və “Barselona” haqda
Xatırladaq ki, “Barselona” 2001-18-ci illər aralığında İspaniya Kral Futbol Federasiyasının texniki hakimlər komitəsinin vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya və onun oğluna 7,7 milyon qanunsuz ödəniş etməkdə suçlanır. Peres Baş Assambleyada bu mövzuya da toxunub.
Bu mövzuya qısaca toxunmaq istəyirəm, ona görə ki, bu məsələ hakimlərin nəzarəti altındadı. Ancaq hakimlər komitəsində vacibliyinə görə ikinci vəzifəni tutan adama, demək olar ki, 8 milyon avro ödənilməsi anormal haldı. Məhz bu üzdən klub ittiham olunana tərəfə çevrilib. Məhz bu üzdən biz də zərərçəkən tərəf kimi tanınmışıq. Bu hədsiz ciddi məsələdi. Hədsiz ciddi. Bu məsələ İspaniya futbolunun imicinə zərbə vurur. Bu dərəcədə ciddi məsələyə görə özünü təmizə çıxarmağa çalışmaq doğru deyil, özü də bundan ziyan görənlərə hücum çəkməklə.

“Sosioloji madridizm” haqda
Xatırladaq ki, bir müddət əvvəl “Barselona”nın prezidenti Xuan Laporta klubun “Neqreyra işi”nə görə bəraət alacağına inamını ifadə etmiş və demişdi ki, “klub ətrafında qeyri-sabitlik yaratmaq üçün şiddətli kampaniya gedir, biz sosioloji madridizmlə mübarizə aparırıq”.
Ümumi sosioloji madridizm haqda danışmaq daha doğru olardı. Bəli, ümumi madridizm mövcuddu. Söhbət bütün dünyaya səpələnən fanat legionundan gedir. Biz FİFA-nı və 1955-ci ildə Avropa Çempionlar Kubokunu yaradan yeganə klub olanda ümumi sosioloji madridizm var idi. Bundan başqa, “Real” 20-ci əsrin ən yaxşı klubu sayılıb, biz bunu 21-ci əsrdə də təkrarlamağa hazırıq. Milyonlarla azarkeş özünü dəyərlərimizlə eyniləşdirir. Sosioloji madridizm ardıcıl beş Çempionlar Kubokunu qazanan əfsanələrin sayəsində mövcuddu. Onların möhtəşəm davamçıları növbəti kubokları qazanmaqla Çempionlar Liqasında 14 titul həddinə çatdılar. Bu isə istənilən başqa klub üçün əlçatmaz görünür. Ümumi sosioloji madridizm öyrənilməyə layiq, nə iləsə müqayisə olunması çətin olan fenomendi. Bu “Real”dı, tarixin ən yaxşı klubu”.

Futbolun xilası haqda
Futbol presedenti olmayan institusional böhranla üzləşib. Vəziyyət çox ciddidi. Ya biz indi reaksiya göstərməliyik, ya da futbol çox yaşamayacaq. Əsas problem ondan ibarətdi ki, fəaliyyət zamanı azarkeşlər haqda düşünməyən menecerlər var. Avropa futbolu UEFA prezidentinə, İspaniya futbolu isə La Liqanın prezidentinə məxsus deyil.

Superliqa heç vaxt olmadığı qədər zəruridi. Məqsəd yaxı futbol təklif etməkdi və məhz klublar öz taleyinin yiyəsi olmalıdı. Sahiblərinin nə qədər pulunun olmasından asılı olmayaraq, hər il milyonlar itirən klubların sayı get-gedə artır. Və mən “maliyyə feyr-pleyi” ilə bağlı daha sərt qaydalar tələb edirəm ki, bəzi klublar heç bir fəsad hiss etmədən bunları poza bilməsin. Vəziyyət qeyri-sabitdi, heç sabit ola da bilməz. Onlar o həddə qədər eniblər ki, bizim guya milli liqalardan çıxmaq istədiyimizi deyirlər. Bu isə həqiqətəuyğun deyil. Ona görə ki, bu turnirlərin bir arada olması mümkündü. Bu, meritokratik rəqabət olacaq.

UEFA-nın hərəkətləti futbola fayda gətirmir. UEFA rəhbərliyi əks istiqamətdə hərəkət edir. Onların Çempionlar Liqası ilə bağlı yeni modelində çox oyun və az maraq olacaq. Bu, absurd yarışdı. Onlar nə azarkeşlərin və futbolçuların tələblərini, nə də klubların ehtiyaclarını nəzərə alır. UEFA innovativ yeniliklər tətbiq etmir, inkişaf etməkdə olan başqa idman növlərinin – xüsusən də Amerikaya məxsus – artan təhlükəsinə qarşı necə duracağını bilmir. Nəhəng korporasiyaların boşluqlar, yeniliklərə uyğunlaşmamaq üzündən necə dağılmasıyla bağlı çoxlu nümunə görmüşük.

“Real”ın Superliqa layihəsinə rəhbərlik etməməsi rahat olardı. Ancaq bunu bizdən tarix tələb edir. Mən Avropa İttifaqının ədalət məhkəməsi sisteminə inanıram. Hesab edirəm ki, UEFA Avropa futbolunu öz inhisarında saxlamamalıdı. Noyabrın 21-də Superliqa işi üzrə qərardan xəbər tutacağıq, futbolun gələcəyi bundan asılıdı. Ümid edirik ki, noyabrın 21-i futbolda yeni eranın başlanğıcı olacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-05-2023, 23:0

“Real”ı tərk edəcək

Dünya futbolu

2-05-2022, 16:0

Peres Benzema və Mbappe ilə bağlı açıqlama verdi

Dünya futbolu

24-05-2022, 19:0

“Real”dan daha iki futbolçu ayrılacaq

Dünya futbolu

9-11-2023, 22:0

İspaniyada ən yaxşı futbolçu seçildi

Aktual
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
Son xəbərlər
  • Bu gün, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Bu gün, 18:45
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Bu gün, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Bu gün, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Bu gün, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Bu gün, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Bu gün, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Bu gün, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 98
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə