• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mən hər kəsi bir saniyə qabaqlayırdım, sən isə üç”

Dünya futbolu

17-11-2023, 19:0

Lionel Messi ilə Zinəddin Zidan “Adidas” şirkətinin reklam çəkilişi ilə bağlı Mayamidə bir araya gəlib.

“Football-plus.az” xəbər verir ki, futbolun iki əfsanəsi 30 dəqiqəliyə kamera önünə keçərək, ötənləri xatırlayıb, futbolla bağlı mülahizələrini bölüşüb və bir-birinə tərif yağdırıb. Söhbət Zidanın Leoya verdiyi rəmzi ötürmə ilə başlayıb: “Çox təəssüf ki, biz heç vaxt birgə oynamamışıq, ancaq mən sən sənə ötürmə verə bilərəm”.

Bu söhbətin ən maraqlı məqamlarından seçmələr hazırlamışıq.

Zidan + Messi = qarşılıqlı heyranlıq
Zidan dərhal anladıb ki, Leo ilə eyni komandada oynamaq istəyərdi. Messi də eyni fikri bölüşüb. O, həmişə Zinəddinin oyununa heyranlıq duyub, hərçənd “Barselona” azarkeşi olan birisi üçün bu asan deyildi. Fransalı ulduzdan Leonun oyununu bir sözlə ifadə etməyi xahiş edəndə o, belə cavab verib: “Sehrbazlıq”. Möhtəşəm komplimentdi. Zidan belə davam edib: “Pleymeyker meydanda baş verən hadisələri əvvəlcədən duyur, hadisələrin axarını başqalarından tez görür. Mən hər kəsi bir saniyə qabaqlayırdım, sən isə üç. Bu səni fərqləndirir. Sən hələ topu qəbul etməmiş nə edəcəyini bilirsən. Mənim üçün, oyundan başı çıxan adam üçün bu, tər-təmiz cadugarlıqdı. Sənin oyununa baxanda bəzən növbəti addımda nə edəcəyini proqnozlaşdıra bilirdim. Bu hansısa mental bağ idi. Biz Leo ilə o qədər də tez-tez görüşmürük. Bu üzdən ona necə böyük heyranlıq duyduğumu məhz indi çatdırmaq mənim üçün vacibdi. Futbou sevən bütün adamlar ona heyrandı. Belələri çox azdı, çox azdı. Ümumiyyətlə, sən bir dənəsən”.

Sonra növbə Messinin Zidanın ünvanına söylədiyi cavab komplimentlərinə çatdı: “Zinəddini tarixin ən dahi futbolçularından biri sayıram – özünə də bunu dəfələrlə demişəm. “Real”da oynayarkən həmişə onu izləmişəm və heyranlıq duymuşam. Həm də kədərlənmişəm, ona görə ki, mən “Barselona”da oynayırdım. “Qalaktikos” dövrünü yaxşı xatırlayıram, Çempionlar Liqasının finalında sol ayaqla vurduğun qolu, möhtəşəm oynadın! Dünya çempionatının finalında Braziliyanın qapısına qollar, Zidanın finti. Deyəsən, “Valensiya”ya qarşı oyun idi, onda da sol ayaqla fərqləndin. Məhz belə anlara görə futbolu sevirəm. Zidan həmişə başqalarından seçilib: zəriflik, sehr, incəsənət – oyunun oyununu belə ifadə etmək olar. Onun oyunundan ləzzət almışam, hərçənd mənə - “Barsa” fanatına bu asan deyildi. Ancaq böyük futbolçular klubların və ya yığmaların çərçivəsindən kənara çıxır”.

Bunlar videoda yer alan ən parlaq komplimentlər idi.
“10 nömrələr”in futboldakı taleyi: indi artıq sıradan çıxırlar

İki ulduzun müzakirəsinin əsas mövzularından biri də artıq nəsli kəsilməkdə olan klassik “10 nömrələr” ilə bağlı idi. Zizu dedi ki, uşaqlıqda hər kəs oyunu aparan, meydanda xarüqələr yaradan lider olmaq istəyir. Messi əlavə etdi ki, “10 nömrə” həmişə xüsusi oyunçudu. Ancaq indi nömrə bəlli önəmini itirib – rol, meydandakı yer, mövqe, hər şey itib. Leo təəssüfləndi: “Bu mövqe daha yoxdu. Bütün komandanı bir-birinə bağlayan yarımmüdafiənin lideri yoxdu. İndi hamı 4-3-3 ilə oynayır ki, bu sxemdə “10 nömrə” hücumameyilli yarımmüdafiəçidən daha çox insayd rolunu oynayır. 4-4-2-də də “10 nömrə”yə yer yoxdu. “10 nömrələr” az qalıb”. Zidan isə ona belə cavab verdi: “Sağ ol ki, heç olmasa, sən oynayırsan! Bunun sayəsində “10 nömrə” hələ də mövcuddu”.

Əfsanələrin ortaq fikri belə oldu ki, futbol dəyişib: hamı sistemlə oynayır, klassik “10 nömrələr” isə belə mexanizmə uyğun gəlmir. Zidanın etirafı: “10 nömrə” meydanda sehrbazlıq edən adamdı. Leo, sənin etdiyin kimi. Ona görə ki, komandanın lideri olmalıdı. Lider isə həmişə təhlükəli vəziyyətlər yaratmalıdı. Bu səni fərqləndirən cəhətdi. Həm də “10 nömrələr”i xarakterizə edir. Sadəcə, lider də yox, komandanın mənafeyi naminə yaradıcılıqla məşğul olan adam”.

Zidan niyə 5 nömrəli futbolka ilə oynayıb?
Əfsanələr 10-u mövqe yox, nömrə kimi də müzakirə edib. Belə qərara gəliblər ki, bu nömrəli futbolka kimisə təzyiq altında saxlaya, kimisə qanadlandıra bilər. Və bəxtlərinə düşən başqa nömrələri də xatırlayıblar. Messinin bu mövzuda dedikləri: “Parisdə 10 nömrəli futbolka ilə oynamadım. “Barselona”dakı və yığmadakı uzun illərin ardından bu bir qədər qeyri-adi idi. Öz nömrəmdən ötrü bir qədər darıxdım, ancaq bunda qorxulu bir şey yoxdu. Öyrəşdim. 30 nömrəli forma da mənim üçün xüsusidi – karyerama belə forma ilə başlamışam”.
Zidanın “Real”da 5 nömrəli formanı götürməsinin isə maraqlı tarixçəsi var: “Madriddə 10 nömrəli formanı Fiqu geyirdi, ancaq bu məni narahat etmitdi. “5 nömrə” daha çox xoşuma gəlirdi. Enində-sonunda ən vacib olan meydanda göstərdiyin oyunun səviyyəsidi. Ancaq mərkəz yarımmüdafiəçisinin 5 nömrəli formanı geyməsi həqiqətən nadir hadisədi. Bilirsənmi, onu necə əldə etdim? Futbolçuların 25, 30 və ya 35 nömrəni götürməsi Florentino Peresin heç xoşuna gəmirdi. O, yetərincə mühafizəkar adamdı: 1 nömrə qapıçı üçündü, 2-dən 11-ə qədər olan qalan nömrələr isə sahə oyunçuları üçün. Mənə qədər 5 nömrəli forma müdafiəçi Manolo Sançisə məxsus idi. O, elə mənim tranferim ərəfəsində getdi. Prezident məndən soruşdu ki, 1-dən 11-ə qədər olan nömrələrdən götürürsənmi? Razılaşdım və 5-i seçdim – elə bir seçim imkanım yox idi”.

Messini fikrincə, məhz Zidan “Real” üçün 5 nömrəni xüsusi edib. Çox güman, Cud Bellingem də ekran arxasından argentinalını bi fikrə görə alqışladı.
Zidanın kumiri kim olub? Bəs Messinin?
Messi dərhal etiraf etdi ki, bütün argentinalıların kumiri Maradonadı. “10 nömrə” haqda söz düşəndə dərhal Dieqonu xatırlayırlar. Hər kəs böyüyərkən ona oxşamağı arzulayır. Leo da övladlarına Maradonanın həyat tarixçəsini danışır. Zidan isə əlavə etdi ki, Dieqoya yalnız argentinalılar yox, bütün dünyada yaşayanlar belə yanaşır.

Ancaq Leo Maradonanı, demək olar ki, iş başında görməyib – çox kiçik olub, yadında heç nə qalmayıb. Bu üzdən onun kumiri Argentinadan olan başqa “10 nömrə”di: “Həmişə demişəm ki, Pablo Aymarın oyununu bəyənirəm. O, “Valensiya”da olarkən siz bir-birinizə qarşı oynamısız. Pablo “River Pleyt”də çıxış edərkən daim məni heyran edib. Odu ki, belə deyirəm: müsabiqədən kənarda olan Maradona var, ancaq ondan dərhal sonra Aymar gəlir. Pablo heyranlıq duyduğum futbolçudu. Ancaq onda mən Avropa futbolu ilə maraqlanmırdım - əsasən Argentina komandalarının çıxışını izləyirdim”.
Zidanın kumiri isə “Marsel”də oynayan uruqvaylı Entso Françeskoli olub – bu heç kimə sirr deyil. Fransalı ulduz hətta onun şərəfinə oğullarından birinə Entso adını qoyub. Zinəddin indi də kumiri haqda böyük heyranlıqla danışır: “Mənim 13 yaşım olanda – hələ “Kann”a getməmiş o “Marsel”də oynayırdı. Mən Entsonu ilk dəfə görəndə dedim ki, onun kimi olmaq istəyirəm. Topla çox zərif, incə davranırdı. Bizim çempionatda əsasən fransalılar çıxış edirdi, o isə Cənubi Amerikadan gəlmişdi. Və biz hamımız görürdük ki, başqa cür futbol da var. Entso başqalarından çox seçilirdi. Ümumiyyətlə, topla hər şey etməyi bacarırdı. Və mən düşünürdüm ki, qarşımdakı əsl sehrbazdı. Onu təkrarlamaq istəyirdim”.

Messi dedi ki, Françeskoli Argentinada – “River Pleyt”də oynayandə onu iş başında görüb. Uruqvaylı orda da parlayırmış.

Vacib oyunlar və qollar haqda
Nə vacibdi: Çempionlar Liqasında və ya dünya çempionatında qol vurmaq?
“Düşünürəm ki, dünya çempionatının finalında qol vurmaq başına gələ biləcək ən yaxşı hadisədi. Hər ikimiz bunu deyə bilərik” – Messinin cavabıdı.

Ən çətin rəqib?
“Kobudluq mənasında yox, məhz möhtəşəm oyun səviyyəsi mənasında Paolo Maldini. O, çox ağıllı idi. Türam da çox yaxşı idi” – Zidan belə cavab verdi.
Hansı oyunun yenidən keçirilməsini istərdiz?
Bu suala Messi cavab verdi: “Heç nəyə görə heyifsilənmirəm. Uzun futbol yolumda xoşbəxt anlarım çox olub, kədərli anlarım da. Ancaq bu taledi. Cavab lazımdısa, DÇ-2014-ün finalından sonra qəlbimdə çapıq qaldı. Hətta ötənilki qələbədən sonra da ağırdı”.

Karyeranızdakı ən yaxşı oyun?
Zidanın bu yöndəki seçimi maraqlıdı: “Bir oyunu seçmək çətindi. Ancaq hələ “Yuventus”da olarkən – 1997-ci ildə Çempionlar Liqasının yarımfinalında “Ayaks”a qarşı oynamışam. Cavab görüşündə 4:1 hesabıyla qalib gəldik. İndi həmin oyunu az adam xatırlayar, ancaq mənim üçün ən yaxşı odu”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-09-2022, 22:0

Zidan iş yerini dəyişdi

Dünya futbolu

20-06-2022, 22:0

Zidan karyerasını bitirməyi düşünmür

Dünya futbolu

25-06-2022, 21:0

Zidan nə demək istəyir?

Dünya futbolu

8-05-2022, 19:0

Zidan "PSJ"ni çalışdıra bilər

Dünya futbolu

10-03-2023, 22:0

Zidan İtaliya nəhənginin hədəfində

Aktual
“Kəpəz”: dağ yox, DAĞ! – Sisyanov, Cavad xan və başqaları...
“İndi vəziyyət yaxşılaşıb” - Rahid Əmirquliyev “Şahdağ Qusar”ın hədəflərindən danışdı
“Futbol xoşbəxtliyi yanımızda deyildi” - Röyal Nəcəfov
“AFFA-dan gələn yardımlar dayanıb” - daha bir bölgə klubu dağılmaq ərəfəsində
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
“Kamal Bayramov əvvəlki oyunların videosunu AFFA-ya atıb, mənə şər-böhtan var” - 6 aylıq cəzalanan məşqçi
Son xəbərlər
  • Bu gün, 12:35
    “Kəpəz”: dağ yox, DAĞ! – Sisyanov, Cavad xan və başqaları...
  • Bu gün, 12:23
    Cokoviçdən növbəti rekord: 860 həftə ilk “5-lik”də!
  • Bu gün, 11:52
    Gözlənilən cəzadan qaça bilmədi
  • Bu gün, 11:21
    “Ərzurumspor” 5 ildən sonra superliqaya yüksəldi
  • Bu gün, 10:50
    Kişilər arasında Alkaras, qadınlar arasında Sobolenko...
  • Bu gün, 10:29
    “Okan Buruka haqsızlıq edilir” - Yılmaz Vural Türkiyə futbolunun problemlərini qabartdı
  • Bu gün, 10:00
    Ata harda, oğul da orda
  • Bu gün, 01:18
    Talişkanın qıçı qırılmasın, o penaltini vursaydı... – Tedesko getdi
  • Bu gün, 01:08
    “Hər oyunu eyni şəkildə keçirə bilmərik” – Valdas Dambrauskas
  • Dünən, 23:44
    "Qırmızı vərəqə oyuna çox təsir etdi" - Fizuli Məmmədov
  • Dünən, 23:22
    “Pao” da pley-offa vəsiqə qazandı
  • Dünən, 23:02
    Arda Gülər “Arsenal”a keçir?
  • Dünən, 22:43
    Modriçin seriyası 10-a çatdı
  • Dünən, 21:55
    Tovuzda "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 21:17
    İtaliya hökuməti pilotlardan nə istəyir?
  • Dünən, 20:46
    “Əsas oyunçuların olmaması ikinci yarıda özünü göstərdi” – Kurban Berdıyev
  • Dünən, 20:31
    “Miller, Joarlem kimi futbolçuları oynamasa da, qol vura bildilər” – Rəşad Sadıqov
  • Dünən, 20:00
    Baş məşqçi qadağalara əl atdı
  • Dünən, 19:45
    "Sabah" - "Karvan-Yevlax": START HEYƏTLƏRİ
  • Dünən, 19:20
    “Lebron hələ beş il də oynaya bilər”
  • Dünən, 18:45
    UEFA “Şaxtyor”a sanksiya verdi
  • Dünən, 18:14
    “Neftçi” - “Qarabağ” matçının biletləri satışda
  • Dünən, 17:43
    Millimiz Qazaxıstan yığmasına qalib gəldi
  • Dünən, 17:13
    "Turan Tovuz" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 16:52
    AFFA hakimlər üçün sessiya təşkil etdi
  • Dünən, 16:31
    “Çelsi” avrokuboklara buraxılmaya bilər
  • Dünən, 16:00
    “Liv Bona Dea Arena” yenilənir
  • Dünən, 15:29
    “İmişli”nin nəyi çatmır? - KÖŞƏ
  • Dünən, 14:58
    “Zenit” sona beş tur qalmış zirvəni ələ keçirdi - İCMAL
  • Dünən, 14:27
    “Komandanın durumundan xəbərləri yoxdu, stadiondan danışırlar” - “Kəpəz” azarkeşi rəhbərliyə etiraz etdi
  • Dünən, 13:56
    Neapolu yenə “Latsio” fəth etdi! - İCMAL
  • Dünən, 13:25
    “İndi vəziyyət yaxşılaşıb” - Rahid Əmirquliyev “Şahdağ Qusar”ın hədəflərindən danışdı
  • Dünən, 12:54
    Cəlalın komandası uduzdu
  • Dünən, 12:26
    “Sabah”ın kiməsə görə bu yerlərdə olduğunu demək düzgün deyil” - Vaqif Sadıqov "Qarabağ"ın məğlubiyyətindən danışdı
  • Dünən, 12:04
    Millimiz 6-cı dəfə Avropa çempionu oldu
Daha çox
Oxunub: 275
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
Oxunub: 243
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 196
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Oxunub: 167
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
Oxunub: 151
“Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
Oxunub: 141
“Qarabağ “Neftçi” ilə oyunu təxirə salanda çempionluğu itirmişdi” - “köhlən atlar”ın xanım azarkeşi sevimli komandasını tənqid etdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə