Fransa çempionatında oktyabr ayının ən yaxşı futbolçusu adına nominantlar müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada qələbəyə üç oyunçu iddia edir. Liqa 1-in saytının yaydığı məlumata əsasən, namizədlər PSJ-nin oyunçuları Kilian Mbappe ilə Uorren Zair Emeri və “Monako”nun yarımmüdafiəçisi Aleksandr Qolovindi.