İngiltərə premyer-liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi məlum olub.
"Football-plus.az" xəbər verir ki, bu ada "Tottenhem"i çalışdıran Anje Postekoqlu layiq görülüb. 58 yaşlı mütəxəssis sorğuda bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, "Tottenhem" Premyer Liqada oktyabr ayında keçirdiyi 3 oyunda meydana qələbə ilə tərk edib.