"İndi biz inkişafa doğru gedirik. Buna görə yeni il ərəfəsində də avrokubokalarda çıxış edəcəyik. Bu çox yaxşıdı".
"Football-plus.az" xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Molde"nin baş məşqçisi Erlinq Moe deyib.
O, növbəti turda "Qarabağ"la keçiriləcək görüş haqda da danışıb:
"Əldə etdiyimiz şeylərdən və qrupda yaranmış vəziyyətdən yaxşı istifadə etməliyik. Amma təbii ki, çox yaxşı komanda olan “Qarabağ”a qarşı çətin oyun olacaq. Biz yüz faiz daha effektiv olmalıyıq".
Qeyd edək ki, “Molde” – “Qarabağ” görüşü noyabrın 30-da Molde şəhərindəki "Aker" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.
Hər iki komandanın 6 xalı var. Ancaq "Qarabağ" ilk görüşdə "Molde"yə qalib gəldiyindən (1:0) 2-ci pillədə qərarlaşıb.