“Mançester Yunayted” baş məşqçi Erik ten Haqla yolları ayırmğı planlaşdırır.
“Football-plus.az” xəbər verir ki, “The Times” qəzetinin yaydığı məlumata görə, rəhbərlik niderlandlı mütəxəssisi Zinəddin Zidanla əvəzləmək istəyir. MY hazırda premyer-liqada 10 oyundan sonra 15 xalla 8-ci yeri tutur. Bu isə mankunianların son 61 ildə ən pis mövsümünü keçirməsi deməkdi. Əlavə edək ki, komanda İngiltərə Liqa Kubokunda mübarizəni dayandırıb.
Zidan 2016-18, 2019-21-ci illərdə “Real”ı çalışdırıb. İspaniya komandası onun rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının, 2 dəfə La Liqanın, 2 dəfə Avropa Superkubokunun, 2 dəfə İspaniya Superkubokunun və 2 dəfə Klublararası Dünya Çempionatının qalibi olub. Fransalı mütəxəssis 2021-ci ildən indiyədək işsizdi.