• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messi 8-ci mükafata nə dərəcədə layiqdi?

Dünya futbolu

3-11-2023, 20:0

Lionel Messi 8-ci dəfə “Qızıl top”a sahib çıxdı.

“Football-plus.az” xəbər verir ki, oktyabrın 30-da Parisdə keçirilən mərasimin son laureatının məhz o olacağı hələ bir neçə gün əvvəl məlum idi. “France Football” həftəliyinin müxtəlif ölkələrdən (Azərbaycan bu siyahıya daxil deyil) olan jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsi dünya futbol ictimaiyyətini iki yerə bölüb.

Qeyd edək ki, Fransa nəşri ikinci dəfə namizədlərin siyahısını illik (2023) yox, mövsümlük (2022/23) göstəriciləri nəzərə almaqla müəyyənləşdirib. Bəziləri sorğuda 2-ci yeri tutan “Mançester Siti”dəki debüt mövsümünü “trebl” ilə başa vurmasını, İngiltərə premyer-liqası və Çempionlar Liqasının ən yaxşı bombardiri olmasını əsas gətirərək Erlinq Holannın haqqının yeyildiyini vurğulayırlar. Amma norveçli hücumçunun mövsümün gedişində keçirilən dünya çempionatında görünmədiyini nəzərə almırlar. Qətərdə təşkil edilən mundialın çempionu və ən yaxşı oyunçusu isə məhz Messi olub! Deməli, jurnalistlər onun futbolda ən yüksək zirvəni fəth etməsinə biganə qala bilməyib. Amma ortaya bu sual da çıxır: bəs həmin jurnalistlər nə üçün DÇ-2010-un qalibi olan ispaniyalılar Xavi Ernandes ilə Andres İnyestaya, həmçinin finalçı Uesli Sneyderə münasibətdə haqsızlıq etmiş və Lioneli seçmişdilər? Görünür, yayda PSJ-ni “İnter Mayami”yə dəyişən 36 yaşlı hücumçunun böyük parıltısı hələ də göz qamaşdırır...

Səbəbkardan sitatlar
Messi mükafatlandırma mərasimində və tədbirdən sonra təşkil edilən mətbuat konfransında keçirdiyi hissləri ifadə edib, həmçinin jurnalistlərin suallarını cavablayıb.

* Yenidən bu səhnəyə çıxmaq və bu andan həzz almaq xoşdu. Bu gün Dieqo Maradonanı yada salmaq istəyirəm. Onu doğum günü münasibəti ilə təbrik etmək üçün bu zaldan yaxşı məkan yoxdu. Burda mərhum Dieqo kimi futbola pərəstiş edən futbolsevərlər toplaşıblar. Harda olmağından asılı olmayaraq, səni təbrik edirəm, Dieqo! Mənim bu mükafatım həm də sənə məxsusdu
* Mən futbol tarixinin ən yaxşı komandalarının formasında çox şeyə nail oldum. Belə uğurlu karyeramın olacağını gənc yaşlarımda təsəvvür edə bilməzdim. Uzun illər titulsuz olan Argentina yığmasında bir-birinin ardınca Amerika Kubokunun və dünya çempionatının qalibi olacağımı da yalnız arzulaya bilərdim.
* Futbol tarixinin ən yaxşı oyunçusu olub-olmadığımı bilmirəm. Bu, məni maraqlandırmır və bu haqda düşünmürəm. Mənim üçün hədiyyə futbolsevərlərin haqqımda ən yaxşı futbolçular sırasında olmaqla bağlı danışmasıdı. Bu, mənim üçün xüsusi dəyərdi. Hamı futbol oynayır. Hər kəs erkən yaşlarından peşəkar futbolçu olmaq istəyir. Mənə ən yaxşılar arasında ola biləcəyim deyiləndə bununla fəxr edirəm.
* Bir gün Holann ilə Mbappe də “Qızıl top”u qazanacaqlar. Erlinq bu mükafata layiq idi. O, İngiltərə çempionatında və Çempionlar Liqasında qalib gəlmişdi. Hər iki turnirin ən yaxşı bombardiri olmuşdu. Bu mükafat bu gün sizin əlinizdə də ola bilərdi... Yaxın illərdə bu sevinci yaşayacağınıza əminəm.
* “Park de Prens”ə qayıdıb mükafatın təqdimatını keçirmək? Parislilərin “Qızıl top”u PSJ-nin stadionunda nümayiş etdirməyimi istədiklərinə əmin deyiləm.
* PSJ-dəki karyeram müxtəlif səbəblərdən istədiyim kimi alınmadı. Parisdə iki il yaşadım. Bu şəhərdə çoxlu dost qazandım. Özüm və oğullarım Parisi çox bəyəndik. Onlar da şəhəri tərk etdikləri üçün çox məyus oldular. Burdakı məktəblərində dostlarıyla birgə təhsilini davam etdirmək istəyirdilər. Paris həyatımın müəyyən hissəsini keçirdiyim inanılmaz şəhərdi. Təəssüf ki, Fransadakı karyeram idman göstəriciləri planında ümid etdiyim kimi alınmadı. Amma burda keçirdiyim xoş anları heç vaxt unutmayacağam. Belə məqamlar isə yetərincə çox olub.
* Futbolu nə vaxta qədər oynamaq istəyirəm? Mümkün qədər çox. Bilmirəm. Bir müddət sonra fiziki vəziyyətimə baxmalı olacağam. Bu səbəbdən konkret tarix göstərə bilmərəm. Müasir dövrdə hər şey sürətlə dəyişir. Amma karyeramın daha uzunmüddətli olmasını arzulayıram. Çünki futbol oynamağı sevirəm.
Sorğunun nəticələri
oyunçu klub ölkə
1. Lionel Messi PSJ/İnter Mayami Argentina
2. Erlinq Holann Mançester Siti Norveç
3. Kilian Mbappe PSJ Fransa
4. Kevin De Bruyne Mançester Siti Belçika
5. Rodriqo Mançester Siti İspaniya
6. Vinisius Junior Real Braziliya
7. Xulian Alvares Mançester Siti Argentina
8. Viktor Osimhen Napoli Nigeriya
9. Bernardo Silva Mançester Siti Portuqaliya
10. Luka Modriç Real Xorvatiya
11. Məhəmməd Salah Liverpul Misir
12. Robert Levandovski Barselona Polşa
13. Yasin Bunu Sevilya/Əl-Hilal Mərakeş
14. İlkay Gündoğan Barselona Almaniya
15. Emiliano Martines Aston Villa Argentina
16. Kərim Benzema Real/Əl-İttihad Fransa
17. Xviça Kvaratsxeliya Napoli Gürcüstan
18. Cud Bellingem Borussiya D/Real İngiltərə
19. Harri Keyn Tottenhem/Bavariya İngiltərə
20. Lautaro Martines İnter Argentina
21. Antuan Qrizmann Atletiko Fransa
22. Kim Min Ce Napoli/Bavariya Koreya
23. Andre Onana İnter/MY Kamerun
24. Bukayo Saka Arsenal İngiltərə
25. Yoşko Qvardiol Leyptsiq/MS Xorvatiya
26. Camal Musiala Bavariya Almaniya
27. Nikolo Barella İnter İtaliya
28-29. Martin Edeqor Arsenal Norveç
28-29. Randal Kolo Muani Ayntraxt F/PSJ
Faktlar
* “Qızıl top”u 8-ci dəfə qazanan Messi özünün sahibi olduğu rekordu yenilədi. Mükafata ondan sonra daha çox layiq bilinən futbolçu portuqaliyalı Kriştiano Ronaldodu (5 dəfə).
* Messi “Qızıl top”u qazanan yeganə argentinalıdı. Cənubi Amerikanın bu ölkəsi məhz onun sayəsində 8 mükafatla dünya lideridi. Qeyd edək ki, argentinalı olan Alfredo Di Stefano (2 dəfə) mükafata İspaniyanın, Omar Sivori (1 dəfə) isə İtaliyanın oyunçusu kimi yiyələnib. Argentinadan sonrakı dörd yeri 7 mükafatla Portuqaliya (5 dəfə Kriştiano Ronaldo, 1 dəfə Luiş Fiqu və Eysebio), Almaniya (2 dəfə Frants Bekkenbauer və Karl-Haynts Rummenigge, 1 dəfə Herd Müller, Lotar Matteus və Mattias Zammer), Fransa (3 dəfə Mişel Platini, 1 dəfə Kərim Benzema, Zinəddin Zidan, Raymon Kopa və Jan-Pyer Papen) və Niderland (3 dəfə Yohan Kroyff və Marko van Basten, 1 dəfə Ruud Qullit) bölüşür.
* Messi son 67 ildə “Qızıl top”un ən yaşlı qalibidi. 36 yaşlı futbolçu bu planda yalnız 1956-cı ildə laureat adını qazanan ingiltərəli Stenli Mettyuzdan (41 yaş) geri qalır.
* Messi “İnter Mayami”nin mükafata yiyələnən ilk oyunçusudu. Ümumiyyətlə, “Real” və “Barselona” hərəyə 12 qaliblə bu planda liderdilər.
* Messi “Qızıl top”u üç komandanın (Barselona, PSJ, İnter Mayami) üzvü kimi qazanan ilk futbolçudu.

Reaksiyalar
Kilian Mbappe, PSJ-nin hücumçusu: “Təbrik edirəm, Leo. Sən bu mükafata layiq idin”.
Tyerri Anri, Fransa yığmasının sabiq hücumçusu: “Seçkinin nəticəsini hamı mühakimə edə bilər. Amma futbolçu yüksək səviyyədə keçirdiyi dünya çempionatında qalib gəlibsə, deməli, mükafata layiqdi. Mundialin finalının nəticəsi fransalı kimi məni məyus etdi. Amma Messinin “Qızıl top”u qazanmağa layiq olmadığını deyə bilmərəm. Holann və başqaları “niyə mən yox” sualını verə bilərlər. Amma Messinin sorğuda qalib gəlməsinin doğru olmadığını söyləmək lazım deyil. Yaxın keçmişə də boylanaq. Levandovski 2020-ci ildə pandemiyaya görə mükafata sahib çıxa bilmədi. Çünki sorğu keçirilmədi. Axı həmin il futbol turnirləri keçirilmişdi. O, haqqı olduğu mükafatdan niyə məhrum edildi?”
Stanislav Çerçesov, rusiyalı məşqçi: “Messi “Qızıl top”u qazanmağa layiq idi. O, dünya çempionu olmuşdu və bu, mükafata layiq görülmək üçün kifayət idi. Sonra Amerikaya yollandı, “Mayami” ilə də titul qazandı”.
Emiliano Martines, Argentina yığmasının qapıçısı: “Bu mükafat dünyanın ən yaxşı futbolçusu üçündü. Messi “Qızıl top”u daha 15 dəfə qazansa, onunla eyni dövrdə oynayan futbolçulara görə təəssüf hissi keçirəcəyəm”.
Xristo Stoiçkov, “Barselona”nın sabiq hücumçusu: “Messi zədə alana qədər komandası ilə ardıcıl 8 qələbə qazandı. Onun MLS-ə necə təsir etdiyini təsəvvürünüzə belə gətirə bilməzsiz. O əfsanədi və “Qızıl top”a layiq idi”.
Didye Deşam, Fransa yığmasının baş məşqçisi: “Messinin tarixin ən yaxşı futbolçusu olduğunu argentinalılar iddia edirlər. Onun Kriştiano Ronaldo və Mbappedən yaxşı olduğunu demək çətindi. Bu oyunçular dünya futbolunda iz qoyublar”.
Lotar Matteus, Almaniya yığmasının sabiq müdafiəçisi: “Holann mövsümboyu Messidən daha yaxşı idi. Sorğunun nəticəsi dünya kubokunu qazanmağın hər şeydən vacib olduğunu sübut edir. Mənim üçün son 12 ayda heç kim Holanndan yaxşı olmayıb. O, “Mançester Siti” ilə vacib titullar qazanıb və İngiltərədə qol rekorduna sahib çıxıb. Messinin qələbəsi böyük səhvdi. Baxmayaraq ki, mən həmişə onun azarkeşi olmuşam”.
Anxel Di Mariya, Argentina yığmasının yarımmüdafiəçisi (sosial şəbəkə vasitəsilə Matteusa cavabı): “Get başqa yerdə ağla”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-01-2023, 12:0

Messi 5-ci dəfə bu mükafata sahib oldu

Dünya futbolu

29-01-2023, 13:0

“The Guardian” Messini 2022-ci ilin ən yaxşı futbolçusu seçdi

Dünya futbolu

16-04-2023, 20:0

Messi ilə Mbappe ilk “100-lük”də

Dünya futbolu

31-10-2023, 01:0

Messi 8-ci dəfə ən yaxşı seçildi

Aktual
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Son xəbərlər
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Daha çox
Oxunub: 193
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 178
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə