• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fransada efir xaosu: heç kim teleyayın hüququna yiyələnmək istəmir

Dünya futbolu

3-11-2023, 20:0

Fransa Liqa 1-nin rəhbərliyi çempionat oyunlarının teleyayın hüququnun satışı ilə bağlı tender keçirmək istəsə də, bircə sifariş də almayıb.

“Football-plus.az” xəbər verir ki, “L’Equipe” qəzetinin yaydığı məlumata görə, Liqa ildə 800 milyon avro qazanmaq istəyib – turun mərkəzi oyunlarından ikisinin və telekanalın seçimi əsasında daha 4 oyunun yayını üçün 530 milyon, ikinci divizion da daxil qalan bütün yayınlar üçün 270 milyon. DAZN platforması və Qətərin “beIN Sports” telekanalı bu şərtləri hədsiz əlverişsiz hesab edib. Belədə Liqa 1 artıq tendersiz, birbaşa danışıqlar aparmağa məcburdu. Hazırda teleyayın hüququnun sahibi olan, tenderdə iştirakdan boyun qaçıran “Canal+” şirkəti ilə də.

Liqa 1 çoxdan bu yolda əziyyət çəkir
Bildiyiniz kimi, cari mövsümdən Liqa 1 iştirakçılarının sayı 20-dən 18-ə endirilib. Futbol hakimiyyətinə rəhbərlik edənlər bunu rəsmi şəkildə Çempionlar Liqasında gözlənilən islahatla əlaqələndirmişdi. Yəni ki 2024-cü ildən qitənin əsas klub turnirində 8 qrup oyunu olacaq, çempionat iştirakçılarının sayını azaltmaq isə futbolçuların yükünü azaltmağa xidmət edir. Hərçənd klublar və funksionerlər teleyayından gələn pulun azalmasına görə panikanın təsiri altında hərəkət edirdi. Hələ onda Fransa Peşəkar Futbol Liqasının rəhbəri Vensan Lebryun belə etiraf etmişdi: “Çempionat iştirakçılarının sayını futbol naminə azaltdığımızı desək, yalan danışmış olarıq. Reallıq belədi ki, teleyayın hüququnun satışı ilə bağlı vəziyyət pisləşdiyinə görə oyunların sayı azaldılmalıdı”.

Liqa 1 artıq bir dəfə teleyayın hüququ ilə bağlı müqaviləyə görə “yanıb”. “Mediapro” şirkəti zahirən bu hüquqa yiyələnmişdi, ancaq sonradan, sadəcə, pul ödəməyi dayandırdı. “Mediapro” 2020-ci ilin iyulunda və avqustunda Liqaya 143 milyon avro (şirkət bunun üçün də kredit götürmüşdü) ödəsə də, sonradan vəziyyət dəyişdi. Yayıncı şirkət növbəti tranş günlərində (oktyabrın 5-də 172,3 milyon avro, dekabrın 5-də 152,5 milyon avro) bir sent də köçürə bilmədi.

Problem həm də onunla bağlıdı ki, 2020-də koronavirusla bağlı fasilədən sonra Fransa çempionatı bərpa olunmadı. Halbuki başqa top-liqalarda belə olmadı. İndi Liqa 1 daha etibarlı yayınçı “Canal+” ilə əməkdaşlıq edir. Ancaq sövdələşmə format üzündən alınmır: yayınçı şirkət yalnız turun ən yaxşı oyunlarını göstərməyə hazırdı, daha bütün çempionatı yox. Şirkət ardından bu variantı da təklif etdi: Liqa 1 iştirakçılarının sayı 18-ə və ya 16-ya endirilsin, yalnız onda tam paketi almağa hazırıq.
İndi isə Liqa 1 rəhbərliyi müqavilə qiymətini artırmaq istəyir. Yuxarıda adını çəkdiyimiz Lebryun elan edib ki, bütün hüquqların satışına görə ildə 1 milyard avro qazanama köklənib, ancaq bu rəqəmə tədricən çatmaq fikrindədi.

Bəs aparıcı liqalarda yayın hüququ neçəyə satılır?
Bu məsələyə aydınlıq gətirmək üçün əvvəlcə, sadəcə, rəqəmlərə nəzər salaq.

Top-liqalarda teleyayın hüququnun satışı
liqa yayınçı şirkətlər məbləğ
İngiltərə premyer-liqası Sky Sports, BT Sport, Amazon, BBC 1,5 milyard avro
Almaniya bundesliqası Sky Sports, DAZN 1,1 milyard avro
İspaniya La Liqası DAZN, Movistar 990 milyon avro
İtaliya A seriyası Sky Sports, DAZN 900 milyon avro

● Gözlənildiyi kimi, İngiltərə premyer-liqası dominantlıq edir: bu liqa 2021-ci ilin yazında “Sky Sports”, “BT Sport”, “Amazon” və BBC ilə müqavilənin müddətini 2025-ə qədər uzadıb, həmin vaxt isə mövsümün yayın paketini 2 milyarda qaldırmaq fikrindədi.
● Almaniya bundesliqasının rəhbərliyi 2020-ci ilin oyununda teleyayın hüququnu bir mövsüm üçün 1,1 milyarda satmaqla bağlı 2025-ci ilə qədər müqavilə bağlayıb.
● İspaniya La Liqasının rəhbərliyi iki il əvvəl teleyayın hüququnu 990 milyon avroya satıb. Liqa DAZN və “Movistar” ilə 2027-ci ilə qədər olan müqaviləyə görə 5 milyard avroya yaxın qazanacaq. Yayınçı şirkətlər hüququ belə bölüb: DAZN turun 5 oyunun göstərir, daha 3 oyun “Movistar”ın payına düşür.
● İtaliya A seriyası teleyayın hüququnun illik satışına görə 1,2 milyard avro qazanmaq istəyirdi, ancaq yalnız 900 milyon avroluq təklif aldı – DAZN ilə “Sky Sports”dan. Müqavilə 2029-cu ilə qədərdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-08-2022, 18:0

Liqa 1-də komandaların sayı niyə 18-ə qədər azaldılacaq?

Dünya futbolu

27-12-2022, 10:0

"Real"ın hər üzvü üçün 1,3 milyon

Dünya futbolu

6-01-2023, 20:0

Mudrik premyer-liqa yolunda

Aktual

30-07-2022, 15:0

Şok iddia: "Qarabağ" son iki ildə sponsorlarından 1 manat da almayıb

Dünya futbolu

4-06-2022, 13:0

Laporta: “Ümid edirəm ki, sərt addımlara getməyə məcbur olmayacağıq”

Aktual
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Son xəbərlər
  • Bu gün, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Bu gün, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Bu gün, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Bu gün, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Bu gün, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Bu gün, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Bu gün, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Bu gün, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Bu gün, 15:46
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Bu gün, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Bu gün, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Bu gün, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Bu gün, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Bu gün, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Bu gün, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Bu gün, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Bu gün, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 490
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 256
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 201
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 196
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə