• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Laporta: “Ümid edirəm ki, sərt addımlara getməyə məcbur olmayacağıq”

Dünya futbolu

4-06-2022, 13:0

Xuan Laportanın “Barselona”nın prezidenti kimi ilk mövsümü başa çatmaqdadı.

Onun əsas başağrısı kişilərdən ibarət futbol komandasıdı. Klub prezidenti “L’Esportiu” nəşrinə verdiyi geniş müsahibədə bir çox suala cavab verməyə çalışıb.

- Oyunçuların satışı planında hansısa sürprizlər ola bilərmi?

- Radikal qərarlardan danışarkən “maliyyə feyr-pleyi” prinsipini nəzərdə tuturam. Bizdə hələ də bu prinsipin tələblərinə uyğun gəlməyən yüksək əməkhaqqı fondu var. Və bununla bağlı bəzi qərarlar verməliyik. Ola bilsin, maaş fondunu qəfil heç də istəmədiyimiz şəkildə azaldaq ki, bu da müəyyən mənada risklidi. Bizdə hələ də kluba mənə qədər rəhbərlik edənlərin əməyinin nəticəsi kimi maaşlar yüksəkdi, onları sülh yolu ilə əvvəlki səviyyəyə qaytarmaq yetərincə çətindi. Bəlkə də daha sərt və təzadlı yolla getməliyik ki, həmin prinsipin tələblərinə əməl edək. İstəyirik ki, möhkəmlənməyə ehtiyac duyan komandamız daha rəqabətədavamlı və bütün titulları qazanmaq imkanına malik olsun. “Barsa” “feyr-pley”ə əməl etməyə çalışmalı və başqa komandalarla müqayisədə 40 faiz yüksək olan maaş fondunu azaltmalıdı. Belədə əl atmağa məcbur olmayacağıma ümid etdiyim radikal qərarlar köməyə gələ bilər.

- “Feyr-pley”ə əməl etmədən transferlər də olmayacaq. Məgər bu öz quyruğunu yeyən ilana bənzəmirmi?

- Ötən mövsüm bacardığımızı etdik, indi isə bu qapalı dairədə ilişib qalmışıq. Qərar vermək lazım gələcək. Məhkəməyə getməyə məcbur olsaq, gedəcəyik, çünki işləməyə mane olurlar. Ötənlərdən qalan miras və “feyr-pley” tələbləri işimizi əngəlləyir. Hərəkət etməliyik. Ümid edirəm ki, sərt addımlara getməyə məcbur olmayacağıq.

- Məgər siz kluba qoşulana qədər belə irsdən xəbərdar deyildiz?

- Siz bütün bunların necə baş verdiyini bilirsizmi? Məsələnin mahiyyətinə varaa qədər vəziyyətin necə olduğunu bilmirsiz. Biz hər şeyin bu qədər pis olacağını gözləmirdik. Maaşlar üzrə gecikmələr var idi, ancaq biz rahatca kəsmək mümkün olan maaşlardan yox, böyük məbləğlərdən danışırıq. Bunlar elə maaşlardı ki, artıq heç kimə bu qədər vermirik və düşünmürəm ki, Avropa futbolunda belə maaşlar var. Məxfilik və özəl həyata hörmət mülahizəsinə görə konkret adlar səsləndirməyin vaxtı deyil, ancaq bunlar bazar qiymətlərindən yüksəkdə dayanan maaşlardı. Təəssüf ki, əvvəlki rəhbərliyin düzgün olmayan qərarları üzündən belə vəziyyət yaranıb, irəlidə iki il var. Bu maaşları necəsə azaltmalıyıq. Adətən, bunlar konsensus, dialoq yolu ilə həll olunan məsələlərdi, ancaq mən futbolçuları da anlayıram – onlar deyirlər ki, imzalanan müqavilə var, şərtlər yerinə yetirilməlidi.

- Ən çox müzakirə olunan sövdələşmələrdən biri də audiovizual hüquqların 30 faizinin “Goldman Sachs” şirkətinə satışıdı.

- Bu heç də belə deyil. Baxın, bir neçə variant var ki, onları “rıçaq” adlandırmaq olar. Bizim teleyayın hüququnu satmaq imkanımız var. İstəyirik ki, teleyayın hüququnun 10 faizi imkan daxilində baha olsun. İlkin hesablamalara görə teleyayıı hüququna görə La Liqadan 165 milyon, avrokubokları və başqa bonusları da nəzərə alanda 260 milyon avro qazanmışıq. Ancaq məhz həmin 165 milyon avro təminat altında olan puldu, bunun 10 faizi isə 16,5 milyon edir. Teleyayın hüququnun qalan 90 faizi isə “Goldman Sachs”dan alınan kredit üçün girov rolunu oynayır. Məsələ ondadı ki, bu krediti ödəmək lazımdı. Hesaba almalı olduğumuz bir neçə amil var, hər şey göründüyü qədər sadə deyil. “Goldman Sachs”ın 595 milyon avro kreditini vaxtından əvvəl ödəmək olar, ancaq belədə pulumuz qalmayacaq.

- Və nəhayət, CVC variantı da var.

- Bəli, CVC teleyayın hüququnun 10 faizini görə 50 illik müqavilə bağlamaq, 270 milyon avro vermək istəyir. Bu çoxdankı təklifdi, biz sövdələşməni optimallaşdırmağa çalışmalıyıq ki, klub üçün daha cəlbedici olsun. İstəmirik ki, hüquqların 10 faizinin satışı qalan 90 faizə müdaxilə imkanımızı əngəlləsin. Hazırda həll etməyə çalışdığımz məsələlər mənfi kapitalın azaldılması, “feyr-pley” prinsipinə əməl olunması, kluba zəriri investisiyalar etməyə imkan verən vəsaitə yiyələnməkdi. Bütün bunların fonunda növbəti illər üçün gəlir-xərv nisbətində mənfini də aradan qaldırmalıyıq.

- CVC ilə sövdələşmə arzulananı vermir?

- CVC ilə sövdələşməni təkmilləşdiririk. Ancaq bu da “feyr-pley” baxımından bizə az şey qazandırır. Qəti qərar verməliyik: teleyayın hüququnun 10 faizini 50 il üçün 270 milyon avroya satmağı həqiqətən istəyirikmi? CVC ilə La Liqa arasındakı sövdələşmə möhtəşəmdi, ancaq “Barsa” “feyr-pley”ə əməl etmək üçün lazım olan paranı almayacaqsa, belə sövdələşmə bizə lazım deyil.

- Basketbol üzrə Avroliqda “4-lər finalı” sizi məyus edib. Komandanın əsas ulduzu Mirotiçin maaşının azaldılacağı haqda şayiələr gəzir.

- Komandanın uğurlarındakı payına görə Mirotiçə təşəkkür etməliyik. Təəssüf ki, “Real”a qalib gələ bilmədik. “4-lər finalı”na çıxsaq da, yalnız üçüncü olduq. Görək İspaniya çempionatında pley-off oyunları necə alınacaq. Basketbolda Avropa çempionluğuna qadir olmalıyıq. Bu il hədəfimizə çata bilmədiyimizdən daxili çempionata köklənməliyik. İspaniyada çempion olmalıyıq.

- Hədəfə çatacaqsız?

- Basketbol klubda büdcə və status baxımından 2-ci idman növüdü. Buna uyğun da nəticələr istəyirik. “4-lər finalı” istədiyimiz kimi alınmadı.
- Bəs qalan bölmələr üzrə ümumlikdə mövsümü necə dəyərləndirirsiz?

- Həndbolda çempionluğu və kuboku qazandıq, indi görək Kölndə keçiriləcək “4-lər finalı”nda nə alınır. Heç də asan olmayacaq, çünki Avropada bizdən başqa da güclü komandalar var. Həndbolda yaxşı mövsüm keçiririk, mini-futbolda da İspaniya çempionatının pley-offuna vəsiqə qazanmışıq.

ORXAN

Paylaş:
Digər xəbərlər

Manşet / Müsahibə

4-06-2022, 10:0

Laporta “Barselona” ilə bağlı bütün suallara aydınlıq gətirdi - MÜSAHİBƏ

Aktual

23-03-2022, 16:0

“Maliyyə feyr-pleyi” qaydaları dəyişəcək

Aktual
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
“Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
“Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
Son xəbərlər
  • Bu gün, 00:20
    Mahir şans qazanmadı, komandası böyük hesabla uduzdu
  • Dünən, 23:59
    Qapıçı axtarışında olan ''Beşiktaş'' öz qapıçısını da itirə bilər
  • Dünən, 23:34
    "Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
  • Dünən, 23:15
    “Fənərbaxça” 90+8-ci (!) dəqiqədə qələbəni əldən verdi
  • Dünən, 22:39
    “Barselona” inadından dönmür
  • Dünən, 22:03
    “Hörmətlə yanaşın, son dəqiqələr haqda danışmaq istəmirəm” – Vitali Vernidub
  • Dünən, 21:50
    “Ofsayd idisə, ofsayd idi” - Rəşad Sadıqov
  • Dünən, 21:42
    Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
  • Dünən, 21:30
    "Turan Tovuz" qalib gəldi, "Neftçi" Zirədə xal itirdi - YENİLƏNİB
  • Dünən, 21:27
    "Zirə"nin futbolçusu mükafatlandırıldı
  • Dünən, 21:00
    İmran Məhərrəmov Avropa Liqasına təyinat aldı
  • Dünən, 20:38
    "Çox vacib və çətin qələbə qazandıq" - Kurban Berdiyev
  • Dünən, 20:17
    "Tam şəkildə məsuliyyəti üzərimə götürürəm" - Andrey Demçenko
  • Dünən, 19:53
    “Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
  • Dünən, 19:14
    "Qarabağ" üçün son şans - Dambrauskas Qurban Qurbanovun işini bitirə biləcəkmi?
  • Dünən, 19:03
    "Zirə" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 18:55
    "Qarşılaşmaya tam hazırıq" - Siyasət Əsgərov
  • Dünən, 18:07
    “DH Volley” voleybol meydançası inşa etdi
  • Dünən, 18:01
    “Barselona” çempionluğa doğru daha bir addım atdı - İCMAL
  • Dünən, 17:14
    Hidayət Heydərov finalda uduzdu - AÇ
  • Dünən, 16:43
    Millimiz Gürcüstana da uduzdu
  • Dünən, 16:23
    Çempionluq artıq MS üçün əlçatmaz deyil - İCMAL
  • Dünən, 15:51
    "Araz-Naxçıvan" - "Turnəan Tovuz": START HEYƏTLƏRİ
  • Dünən, 15:20
    “Bavariya” 54 illik rekordu sona 5 tur qalmış yenilədi! - İCMAL
  • Dünən, 14:59
    “Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
  • Dünən, 14:43
    Hidayət Heydərov 6-cı dəfə Avropa çempionatının finalında
  • Dünən, 14:33
    “Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
  • Dünən, 14:08
    “Dinamo” da xal itirdi, “Şaxtyor” da - İCMAL
  • Dünən, 13:43
    Lənkəranda UEFA C kursu keçirildi
  • Dünən, 13:25
    “Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
  • Dünən, 13:10
    “Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
  • Dünən, 12:57
    Hidayət Heydərov yarımfinalda - AÇ
  • Dünən, 12:29
    "Qarabağ" azarkeşlərə müraciət etdi
  • Dünən, 11:58
    Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
  • Dünən, 11:39
    AFFA-da növbəti seminar
Daha çox
Oxunub: 225
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 142
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 136
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 129
"Qarabağ"ın "dirəy"i gedir! - Zubirin yeni klubu açıqlandı
Oxunub: 129
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 117
Tural Qurbanov da “özünü yandırdı” – səhvsiz FİFA referisi qalmadı...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə