• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

1-11-2023, 20:0

Daha bir futbol həftəsini geridə qoyduq.

Ötən həftədən maraqlı sitatları diqqətinizə çatdırırıq:

Jerald Darmanen, Fransanın daxili işlər naziri: “Bu sualı verməmək olmur: sosial şəbəkədə siyasi fikirlərini yazan futbolçunun (İsrailin Qəzza bölgəsində bombardımana məruz qalan fələstinlilərə dəstək verən Fransa yığmasının sabiq hücumçusu Kərim Benzemanı nəzərdə tutur – R.Y.) nə işi var və o, bunu nə üçün nümayişkaranə şəkildə edir? Şəxsən bu işin arxasında nəyin gizləndiyini bilirəm və bunu zənn etməmək sadəlövhlük olardı. Bu sual da ortaya çıxır: daxili işlər naziri nə üçün futbolçunun yazdığı fikirlərə reaksiya verir? Mənim reaksiyam (nazir Benzemanın terrorçularla əlaqəsinin olduğunu demişdi – R.Y.) 20 milyon adama (Benzemanın “X” sosial şəbəkəsindəki izəyicilərini nəzərdə tutur – R.Y.) toxunursa, onun fikrini mühakimə etməyə borclu olduğumu düşünürəm”.
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “O, meydandan kənarda özünü böyüklər kimi aparır, amma hələ də gənc oyunçudu. Salah yaxşı formadadı. Onu skan etsəniz, yəqin ki, sümüklərinin çoxunun 19-20 yaşlı oğlandakına bənzədiyini görəcəksiniz. Çünki o, özünə yaxşı baxır”.
Ronaldo, Braziliya yığmasının sabiq hücumçusu: “Qızıl top”, heç şübhəsiz, Lionel Messiyə verilməlidi. Başqa yol yoxdu. Onun 2022-ci ildəki dünya çempionatında etdikləri xüsusi idi. Bu, mənə Dieqo Maradona və Pelenin dünya çempionatındakı çıxışlarını xatırlatdı”.
Eddi Hau, “Nyukasl”ın baş məşqçisi: “Vəziyyət ağırdı, lakin hələ ki İtaliyadan heç kim klubumuza diskvalifikasiya barədə rəsmi məlumat verməyib. Biz xəbərlər və şayiələr eşitmişik, amma İtaliya rəsmilərindən hələ heç bir məlumat almamışıq. Gözləməyə davam edirik. Tonalinin həftəsonu “Vulverhempton”a qarşı oynamaq şansının yüksək olduğunu düşünürəm”.
Maykl Bredli, “Toronto”nun karyerasını bu günlərdə başa vuran yarımmüdafiəçisi: “Son 10 ildə “Toronto”nun mümkün qədər daha yaxşı komanda olması üçün qanımı, tərimi və göz yaşlarımı axıtmışam. Bu klubda olduğum uzun müddətdə həyatım boyunca unutmayacağım çox yaxşı məqamlar baş verib. Eyni zamanda bir neçə arzuolunmaz anlar da ömrümboyu mənimlə birgə olacaq. “Toronto”da olduğum müddətdə nəyim varsa hamısını bu komandanın uğuru üçün sərf etmişəm. Hər şeyə görə komanda yoldaşlarıma, məşqçilərə və kluba təşəkkür edirəm. “Bimo Fild”dəki unudulmaz gecələrə görə azarkeşlərə “sağ olun” deyirəm. Bu şəhər və klub həmişə mənim evim olacaq”.
Serxio Aquero, Argentina yığmasının sabiq hücumçusu: “Leo ilə Luisin yenidən birgə oynamasını görəcəyimizə ümid edirəm. Bu, inanılmaz hücum cütlüyüdü. Onların birgə meydanda olduğu zaman beyinlərində nəyi düşündüklərini zənn etmək heç də çətin deyil”.
Fransesk Fabreqas, “Barselona”nın sabiq yarımmüdafiəçisi: “Barselona”nın “El Klasiko”nun favoriti olduğunu düşünürəm. Şansların 60-ın 40 faziə nisbətində “Barsa”nın xeyrinə olduğunu deyə bilərəm. Amma çox şey komandaların vacib oyuna necə başlayacağından asılı olacaq”.
Enrike Sereso, “Atletiko”nun prezidenti: “Bu sistem tətbiq olunduğu gündən VAR-ın fiasko olduğunu demişəm. İndi üç problem var: hakim, VAR, VOR, VİR... Əlbəttə, məndən olsaydı, VAR-ı ləğv edərdim”.
Quti, “Real”ın sabiq yarımmüdafiəçisi: “Şübhəsiz ki, indi dünyada ən yaxşı futbolçu Bellingemdi. Ən yaxşı oyunçudan danışmaq üçün onun hazırda meydanda nələr etməsindən danışmaq lazımdı. O isə yarımmüdafiəçilərlə deyil, hücumçularla da rəqabət aparır. Məsələ ondadı ki, “Qızıl top” əksər hallarda qol vuranlara qismət olur. Və Cud bunu bacarır, amma gərək bu bacarığını ilboyu göstərə bilsin”.
Entso Rayola, PSJ-nin qapıçısı Canluici Donnarummanın agenti: “Cici “Milan”ı heç vaxt azad agent kimi tərk etməyi düşünməyib. Klubun sabiq rəsmisi Paolo Maldini müştərimə artıq Mayk Menyanı transfer etdiklərini demişdi. Cici yalnız bundan sonra “Milan”dan ayrılmalı oldu. “Yuventus” ona görə iki təklif variantı irəli sürmüşdü. Ancaq futbolçu Parisdə qərar tutdu”.
Angelos Postekoğlu, “Tottenhem”in baş məşqçisi: “Premyer-liqanın debütant məşqçiləri arasında ilk 9 turda ən çox xal toplayan mənəm. Amma buna elə bir əhəmiyyət vermirəm. Bizi qarşıda daha çox iş gözləyir. Əlbəttə, “Tottenhem”in çempionatdakı startından razıyam. Belə uğurlu başlanğıcda rolu olan hər bir kəsin haqqını vermək lazımdı. Biz indi qərar tutduğumuz yerdəyik. Ona görə ki, liderliyə layiqik. Amma, dediyim kimi, qarşıda görüləsi işlərimiz çoxdu”.
Denis Solovyov, Rusiya Futbol İttifaqının (RFİ) vitse-prezidenti: “Yeniyetmələrdən ibarət komandalarımızın beynəlxalq yarışlara buraxılmasına UEFA ilə münasibətlərimizin istiləşməsi gözü ilə baxmırdım. Onlar məsələnin texniki imkanlarına baxdılar və belə imkanın olmadığını gördülər. UEFA aydın olan məntiqə əsaslanan yolla irəliləyir. Bu məntiqə əsasən, siyasi problemlər həllini tapmayınca heç bir ciddi qərar verilməyəcək. Bu səbəbdən bizimlə bağlı berilən ilkin qərarı çox keçmədən ləğv etdilər. Bununla belə, UEFA RFİ-nin sıralarından çıxmasını istəmir. Orda bizim uzun müddət havasız şəraitdə yaşaya bilməyəcəyimizi yaxşı anlayırlar”.
Robert Levandovski, “Barselona”nın hücumçusu: “Barselona”da keçirdiyim ilk mövsüm mənim üçün həm meydanda, həm də emosional planda inanılmaz təcrübə oldu. Əla oyunçulara malik olan möhtəşəm kluba qoşuldum və çox sayda əla şəxslərlə tanış oldum. Hələ də mənə böyük məmnunluq bəxş edən yeni mühitin müsbət təsirlərini hiss edirəm. Belə vəziyyəti çox xoşlayıram. Bu, mənim gördüyüm işdi, bu, görməyi xoşladığım işdi və mən işimi gülər üzlə yerinə yetirirəm. Olmaq istədiyim yerdə qərar tutduğumu hiss edirəm”.
Leonardo Bonuççi, “Union”un müdafiəçisi (baş məşqçi Urs Fişer ilə münaqişə yaşaması ilə bağlı iddiaya reaksiyası): “Komandada yaxşı qarşılandığımı bir daha deyirəm. Onunla hər gün ünsiyyət saxlayıram. Mövcud çətin vəziyyətdən birlikdə çıxış yolları axtarırıq. Sözsüz, daha çox oynamaq istəyirəm. Amma əsas odu ki, hər bir kəs ümumi komanda maraqlarına uyğun düşünməli və hərəkət etməlidi”.
Fabio Kapello, “Milan”ın sabiq baş məşqçisi: “Qələbə istedadlı oyunçuların sayəsində qazanılır. Leaonun istedadı isə göz qabağındadı, bu mənada uzun-uzadı danışmağa lüzum yoxdu. Azarkeşlər stadiona məhz onun oyununa tamaşa etmək üçün gəlirlər. İtaliya çempionatında çıxış edən digər oyunçular Rafaelin fonunda darıxdırıcı görünürlər”.
Edison Askona, “İnter Mayami”nin yarımmüdafiəçisi: “Leonun nə vaxtsa ingiliscə danışdığını eşitməmişəm... Hərdən komandaya qoşulanda “good morning” deyir, vəssalam. Ona görə ingiliscə danışanlar və ispan dilini bilməyənlər bu dildə nəsə öyrənməyə çalışırlar”.
İqor Şalimov, “İnter”in sabiq yarımmüdafiəçisi: “Leao o qədər qeyri-sabit oynayır ki, buna görə komandası əziyyət çəkir. Məsələn, o, bir oyunun nəticəsini təkbaşına müəyyən etməyə qadirdi. Amma həm də ardıcıl üç oyunda meydanda görünməyə bilir. “Milan”ı italiyalı məşqçi çalışdırır. O, komandasını Çempionlar Liqasında finala çıxarmaq istəyirsə, müdafiədən oyuna üstünlük verməlidi. Necə ki, bunu son mövsümdə “İnter” bacarmışdı. “İnter” yarımfinalda məhz “Milan”ı məğlub etmiş və finalda “Mançester Siti”yə böyük problemlər yarada bilmişdi. Halbuki İngiltərə komandasının hücum xətti kağız üzərində rəqibindən qat-qat güclü hesab olunurdu. Amma “Siti” yalnız minimal hesabla qalib gəldi. Dediyim odu ki, “Milan” da bu turnirdə ilk növbədə müdafiəni düşünərək oynamalıdı”.
Ronaldo, Braziliya yığmasının sabiq hücumçusu: “Qızıl top”, heç şübhəsiz, Lionel Messiyə verilməlidi”.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-10-2023, 17:0

Nazirdən şok açıqlama: Benzema terrorçularla əlbirdi!

Dünya futbolu

23-10-2023, 22:0

Benzema məhkəməyə şikayət edə bilər

Çempionlar Liqası

28-06-2022, 15:0

Nazir Çempionlar Liqasının finalına görə üzr istədi

Dünya futbolu

31-05-2022, 10:0

Klopp çaxnaşmaya səbəbkar olmaqda ittiham edilib

Dünya futbolu

13-06-2022, 17:0

Benzema cəzası ilə barışıb

Dünya futbolu

12-06-2022, 09:0

Benzema cəzası ilə barışıb

Aktual
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
“Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
"Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
“Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
“Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
Son xəbərlər
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Dünən, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Dünən, 16:12
    Hamını arxada qoydu
  • Dünən, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Dünən, 15:05
    "İmişli"dən yeni transfer
  • Dünən, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Dünən, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Dünən, 13:27
    Romadan Milana üz tuta bilər
  • Dünən, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Dünən, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Dünən, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Dünən, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Dünən, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Dünən, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Dünən, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Dünən, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Dünən, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Dünən, 10:00
    Salibanı kim əvəz edəcək?
  • 3-08-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 3-08-2026, 23:0
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 222
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 167
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə