• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

MY-nin futbolçuları Ceydona üzr istəməyi məsləhət görüb

Dünya futbolu

29-09-2023, 22:0

Ceydon Sançonun karyerasının “Mançester Yunayted” mərhələsinin davam edib-etməyəcəyini, yoxsa elə bu qış klubdan gedəcəyini heç kim bilmir.
"Football-plus.az" xəbər verir ki, hələ sentyabrın 14-də əsas komandadan uzaqlaşdırılan gənc yarımmüdafiəçi o vaxtdan bəri Erik ten Haqla barışmayıb. Bütün bu müddət ərzində münaqişə tarixçəsi yeni detallarla zəngniləşib, özü də bunların heç biri Sançonun xeyrinə deyil.

Komandadan tam təcrid olunub – təkbaşına yeyir və məşq edir
İş ondadı ki, əsas komandadan uzaqlaşdırılandan sonra Sançoya nəinki birgə məşqə çıxmaq, əsas komandaya məxsus olan bütün qurğulara, hətta paltardəyişmə otağı ilə yeməkxanaya da baş çəkmək yasaqdı. O, klub akademiyasının meydançalarında fərdi şəkildə məşq edir, əsas komandadan olan futbolçularla minimal səviyyədə münasibət qurmaq haqqına malikdi.

Sentyabrın 16-da Ceydon “Mançester Yunayted”in klub telekanalının kadrına düşüb – U-18 komandasının oyununa baxırmış. Daha bir maraqlı məqam budu ki, Sançonun indiki durumu yalnız Ten Haqın prinsipial mövqeyi ilə bağlı deyil. Məşqçilər korpusunun digər üzvləri də onun işə münasibətindən narazıdı. İndiki məqamda əsas komandaya qayıtmağın yeganə yolu baş məşqçi, personal və oyunçular önündə üzr istəməkdən keçir.

“The Mirror”dan Devid Makdonnelin bu məsələ ilə bağlı fikirləri maraqlıdı: “Sanço təkcə pis məşq etməklə kifayatlənməyib, elə bu mövsüm məşqlərə də müntəzəm gecikməklə məşqçilər korpusunun səbrini daşırıb”. Dortmund “Borussiya”sında mənbələri olan “BVB Newsblog” xəbər bloqu isə iddia edir ki, ingiltərəli futbolçu üçün intizam həmişə problem olub. Bundan da pis olan bəlası ehtiraslı videooyunlardan asılılığıdı. Sanço hədsiz az yatır, səhər saatlarına qədər “pleysteyşn” oynayır ki, bu da peşəkar futbolçu obrazı ilə heç cür uyğun gəlmir.

Mançester klubundakı bəzi qaynaqlar artıq vəziyyətin dalana dirəndiyini etiraf edir. Bu üzdən Peşəkar Futbolçular Assosiasiyası (PFA) da məsələyə qarışıb. Qurum Ten Haqla Sanço arasındakı münasiqəşinin həllində yardımını təklif edib. Hələ ki MY-nin bu təklifə razılıq verib-verməyəcəyi bilinmir.
Belə durumda Sançonun komanda yoldaşları da hansısa yolla sülhün əldə olunmasına çalışırlar. Markus Reşford, Harri Maquayr və Lük Şou Ceydona Ten Haqdan üzr istəməyi təklif edib.

Sanço nə ilə məşğuldu?
Ceydon MY akademiyasının oyunlarına baxmaqla yanaşı, iki dəfə də “üfüqdə görünüb”. “Mançester Yunayted”lə “Bavariya” arasında Çempionlar Liqasında keçirilən oyun zamanı o, kompüterdə futbol oynayırmış. “Tvitter”də bununla bağlı görüntülər də yer alıb. Sentyabrın 25-də isə “Leighx” nikini daşıyan 17 yaşlı oğlan sosial şəbəkəd skrinşot yerləşdirib. Həmin skrinşotdan onun kompüter oyununda Ceydonu 4:1 hesabıyla məğlub etdiyi görünür. Özü də gecə saat 3-də oynayırmışlar.

Personası ətrafında dolaşan söz-söhbətdən bezən Sanço srağagün “instaqram” hesabının fəaliyyətini dayandırıb – çox güman, qəzəbli şərhləri oxumaqdan yorulub.

Dünya futbolunun əsas insayderi Fabritsio Romano da bu mövzuda maraqlı fikirlər səsləndirib. Onun dediyinə görə, klubla futbolçu arasında münasibətlər gərgin olsa da, mümkün satışla bağlı hələ ki elə bir plan yoxdu: “İndiki məqamda heç bir konkretlik yoxdu. Bu üzdən hansısa klubun artıq Ceydon Sançonun transferi üzrə işə başladığını deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, yayda və “transfer pəncərəsi”nin son günlərində “Borussiya”nın müəyyən marağı ilə bağlı şayiələr gəzirdi. Ancaq bildiyimə görə, artıq Almaniya klubunun planları dəyişib, başqa oyunçu axtarır. İngiltərə klublarına gəlincə, yanvar keçidi üçün zəmin hazırlamaq niyyəti ilə “Yunayted”ə zəng edən olmayıb. Biz hələ ki bu mərhələyə qədəm qoymamışıq. Mənə elə gəlir ki, Sançonun hansısa kluba transferi haqda danışmaq baxımından hələ çox tezdi”.

Morqan danışmasaydı, bağrı çatlayardı...
Kriştiano Ronaldodan aldığı müsahibə ilə İngiltərə futbolunu silkələyən Pirs Morqan da boş dayanmır. MY-nin pis günlərini arzulayan həmkarımız bu klubun istənilən çətin durumunda ortaya atılır və ilk növbədə baş məşqçini hədəfə alır. Britaniyalı jurnalist və teleaparıcı “Yunayted”in bəzi oyunçularının Sançoya klubdakı karyerasını xilas etmək üçün baş məşqçidən üzr istəməyi məsləhət görməsinə belə reaksiya verib: “Ten Haq öz oyunçularını alçaltmağı sevir. Eyni zamanda, onun özünün məşqçi səhvləri “Yunayted”i alçaltmaqdadı”.

Ten Haq daha onun adını çəkmir
Təbii ki, münaqişə tərəflərindən biri kimi Ten Haqın da fikirləri maraqlıdı. Ancaq niderlandlı mütəxəssis Sanço ilə bağlı suallara maksimal dərəcədə “quru” cavab verir. Hətta sentyabrın 15-də jurnalistlərin Ceydonla bağlı sualını cavablayarkən futbolçunun adını belə çəkməyib. Ertəsi gün “Sanço bir də nə vaxtsa MY-də oynayacaqmı” sualına isə belə cavab verib: “Bilmirəm. İndiki məqamdə o bizim üçün vacib deyil, ona görə ki, komandaya fayda verə bilmir”.

Bir daha xatırladaq ki, Ten Haq cari mövsümün ilk üç oyununda Ceydona əsasən sonradan meydana buraxmaqla şans versə də, sentyabrın 3-də, yəni “Arsenal”la səfər oyununda (1:3) adını sifariş ərizəsinə salmayıb. Baş məşqçi 23 yaşlı futbolçunu məşqlərdə lazımınca çalışmamaqda suçlayıb (“MY-də səviyyəni hər gün göstərmək lazımdı”), Sanço isə sosial şəbəkə hesabında niderlandlının yalan danışdığını yazıb: “Uzun müddət qurbanlıq qoyun olmuşam - ədalətsizlikdi. Məşqlərdə can qoymuşam, oxuduğuz hər şeyə inanmayın. Əminəm ki, başqa səbəblər var”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-09-2023, 21:0

Sançonun yolu haradı?

Dünya futbolu

13-05-2023, 15:0

“Mançester Yunayted”də ciddi itki

Dünya futbolu

31-08-2022, 16:0

"Mançester Yunayted"in futbolçuları bu xüsusiyyətlərinə görə Ronaldonu istəmir

Dünya futbolu

18-08-2022, 23:0

Ronaldo artıq Ten Haqı da bezdirib

Aktual
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Son xəbərlər
  • Bu gün, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Bu gün, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Bu gün, 18:00
    Şimali Amerikaya yollandı
  • Bu gün, 17:32
    Fransada klubunu dəyişəcək
  • Bu gün, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Bu gün, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Bu gün, 15:27
    Doğma klubuna qayıtdı
  • Bu gün, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Bu gün, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Bu gün, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Bu gün, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Bu gün, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
Daha çox
Oxunub: 269
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 200
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 102
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 99
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə