• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” qələbələri, “Beşiktaş” məğlubiyyətləri sıralayır

Dünya futbolu

29-10-2023, 20:0

Həftəni Türkiyə futbolu üçün uğurlu saymaq olmaz.

"Football-plus.az" xəbər verir ki, “Qalatasaray”ın üzücü məğlubiyyətindən sonra “Beşiktaş” da ümidləri doğrultmadı. Halbuki “Bude/Qlimt” buna qədər avrokuboklarda keçirdiyi son 8 oyunda qələbəyə həsrət qalmışdı. “Qalatasaray”la derbi ilə müqayisədə 5 dəyişikliyə əl atan Burak Yılmazın rotasiyası bir fayda vermədi. İlk yarım saatda qonaqlar yalnız Abubakarın qapıçının üzərinə gedən zərbəsi ilə yadda qaldılar. Meydan sahiblərinin üstünlüyü 28-ci dəqiqədə bəhrə verdi. Qonaqların heyətində fasilədə iki dəyişiklik edilsə də, oyunun axarı dəyişmədi. 54-cü dəqiqədə inanılmaz fürsəti boşa verən Norveç təmsilçisi 4 dəqiqə sonra fərqi artırdı. Çox keçmədən bir qolu VAR-dan dönən “Bude/Qlimt” son anlarda daha bir qol vuraraq İstanbul nəhənginə üzücü məğlubiyyət yaşatdı. “Beşiktaş”ın avtoqolla vurduğu qol fanatlar üçün təsəllidən başqa bir şey olmadı. Qrupda keçirdiyi 3-cü oyunda da qələbəyə həsrət qalan “Qartal” sonuncu pillədə qərarlaşıb. Komanda son 4-cü rəsmi oyunda 3-cü dəfə uduzdu.

Həftəni qələbə ilə tamamlayan yalnız “Fənərbaxça” oldu. Zatən bu mövsüm hələ də heç bir oyunda büdrəməyən “Fənər”in budəfəki qurbanı “Ludoqorets” oldu. Hətta Bolqarıstan təmsilçisinin bu matçdan öncə məşqçi dəyişikliyinə getməsi də komandaya uğur gətirmədi. Düzdü, “sarı-lacivərdlilər” superliqadakı ev oyunları ilə müqayisədə bu dəfə çox da yaxşı təsir bağışlamadılar. 2-ci hissənin ortalarında fərqi minimuma endirən qonaqların hətta bərabərlik qolunu vurmaq üçün də gözəl şansı var idi. Amma komanda fürsəti dəyərləndirmədi və üstəlik son saniyələrdə daha bir top buraxdı. 3 turdan sonra İsmayıl Kartalın komandası inamla öz qrupunda liderlik edir.

qrup mərhələsi, 2-ci tur
D qrupu
Bude/Qlimt (Norveç) – Beşiktaş 3:1
Qrenbek, 29. Mumbanya, 58. Saltnes, 87 – Moe, 90+1-öz qapısına.
Beşiktaş: Mərt Günok, Onur Bulut, Nəcip Uysal, Kolli, Masuaku, Onana (Muleka, 61), Haciahmetoviç, Gezzal (Rebiç, 72), Oksleyd-Çemberleyn (Fernandes, 46), Raşitsa (Cenk Tosun, 61), Abubakar (Semih Kılıçsoy, 84).

H qrupu
Fənərbaxça – Ludoqorets (Bolqarıstan) 3:1
Batşuayi, 42. Zayts, 52; 90+3 – Bekao, 65-öz qapısına.
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel (Fərdi Kadıoğlu, 63), Bekao, Ciku, Oostervolde, Krespo, Fred (Şimanski, 63), Zayts, Kent (Cengiz Ündər, 90), Tadiç (İrfan Can Kahveci, 62), Batşuayi (Umut Nayır, 81).

Faktlar
* “Fənərbaxça” avrokuboklarda 263-cü oyunda 104-cü qələbəsini qazandı (55 heç-heçə, 104 məğlubiyyət, top fərqi – 355:372). 64 ildən sonra ilk dəfə “Fənər”in avrokuboklarda qələbə ilə məğlubiyyət sayı eyniləşdi! Sonuncu dəfə bu hal komandanın avrokuboklardakı 5-ci oyunundan sonra yaşanmışdı (2 qələbə, 1 heç-heşə, 2 məğlubiyyət).
* “Fənərbaxça”nın avrokuboklarda evdəki məğlubiyyətsiz seriyası 11 oyuna çatdı (10 qələbə, 1 heç-heçə). Klub tarixində bundan daha yaxşı seriya (15 oyun) yalnız bir dəfə - 2006-08-ci illərdə olub.
* “Fənərbaxça” avrokuboklarda ardıcıl 10-cu qələbəsini qazanmaqla bu göstəricidə Türkiyə klubları arasında özünə məxsus olan rekordu bir qədər də yaxşılaşdırdı!
* “Fənərbaxça” avrokuboklarda keçirdiyi son 21 oyunun yalnız birində məğlub olub (16 qələbə, 3 heç-heçə). Yeganə məğlubiyyət ötən mövsüm AL-in 1/8 finalında “Sevilya” ilə səfər oyununda qeydə alınıb (0:2).
* “Fənərbaxça” bu mövsüm keçirdiyi 18-ci rəsmi oyundan da qələbə ilə ayrıldı (top fərqi – 56:10)!
* “Fənərbaxça” İsmayıl Kartalın başçılığı altında keçirdiyi ardıcıl 30-cu rəsmi oyunda məğlub olmadı (27 qələbə, 3 heç-heçə)! Bu seriya 2021/22-nin 2-ci dövrəsindən davam edir. Komanda bu məşqçi ilə son məğlubiyyətini ötən il fevralın 25-də KL-in pley-offunun cavab oyunu çərçivəsində səfərdə “Slaviya” ilə qarşılaşmada yaşayıb (2:3).
* “Fənərbaxça” tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə ardıcıl 3 qələbə ilə start verib.
* “Fənərbaxça” avrokuboklarda öz meydanında keçirdiyi ardıcıl 5-ci oyunda ən azı 3 qol vurdu və belə seriya yaxalayan ilk Türkiyə təmsilçisi oldu!
* “Beşiktaş” avrokuboklarda 239-cu oyununda 101-ci məğlubiyyətlə üzləşdi (90 qələbə, 48 heç-heçə, top fərqi – 317:358).
* “Beşiktaş” avrokubokların qrup mərhələsi çərçivəsində keçirdiyi ardıcıl 10-cu oyunda, səfərdə isə ardıcıl 8-ci oyunda qələbəyə həsrət qaldı. Hər iki göstərici klub tarixinin ən pis seriyasıdı.
* “Beşiktaş” Norveç klublarına qarşı keçirdiyi 9-cu oyunda 4-cü məğlubiyyətini yaşadı (3 qələbə, 2 heç-heçə).

Oyundan sonra
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Ludoqorets”in yaxşı komanda olduğunu söyləmişdim. Ötən oyunda “Norşellan”a 1:7 hesabıyla uduzmaları heç kimi yanıltmasın. Qalib gələrək xalımızı 9-a çatdırdıq. Oyunçularımı təbrik edirəm. İnanıram ki, Bolqarıstanda da qalib gələrək pley-offa vəsiqəni təmin edəcəyik. Bu gün kimə lazım idisə, ona da şans verdim. Az oynayan futbolçulardan yararlanmağa çalışdım. Çünki onlar da motivasiya və fiziki durum baxımından həmişə hazır olmalıdılar. Zayts bizim üçün önəmli oyunçulardandı. Bu gün potensialının 70-80 faizini sərgilədi. Ara-sıra oynadığı üçün fiziki durumunu yaxşılaşdırmalıdı. İki qol vursa da, bundan da yaxşı oynaya bilər. Rotasiyadan uğurlu istifadə etməyə çalışıram. Bəzi oyunçulara çox yük deşməsin deyə 60-cı dəqiqədə üçlü dəyişikliyə əl atdım”.

Georgi Dermenciyev, “Ludoqorets”in baş məşqçisi: “Pis oynamadıq. Amma bundan da yaxşı oynaya bilərdik. “Fənərbaxça” mükəmməl komandadı. Onların gördüyü işi, sadəcə, alqışlaya bilərəm. Amma məni tanıyanlar mükəmməlləşmə tərəfdarı olduğumu bilirlər. Ona görə də həmişə komandamdan daha artığını tələb edirəm. Mən daha öncə “Ludoqorets”in başında olanda ÇL-in qrupunda hətta “Real” və “Liverpul”dan da üstün oynayırdıq. 1:3 ədalətli nəticə deyil. Hətta 1:2 də olmalı deyildi. Xal qazana bilərdik. Çünki başabaş futbol izlədik”.

Kyetil Knutsen, “Bude/Qlimt”in baş məşqçisi: “Çox yaxşı oynadıq və əla nəticə qazandıq. “Beşiktaş” yaxşı futbolçulardan qurulan güclü rəqibdi. Qrupda bizim üçün həlledici oyunlardan biri idi. Çünki ilk iki oyunda qələbəmiz yox idi. Hədəfimiz 3 xal qazanmaq idi və buna da nail olduq. Daha çox qol vura bilərdik. Yaxşı fürsətlər yaxaladıq. Cinahlardan yaxşı istifadə edirdik. Amma müdafiə planında, eləcə də bəzi anlarda topu özümüzdə saxlamaq baxımından üzərimizdə bir qədər də işləməliyik”.

Hari Vukas, “Beşiktaş”ın köməkçi məşqçisi: “Rəqibi təbrik etməliyik. Çünki layiqli qələbə qazandılar. Amma onların 2-ci qoluna qədər açıq oyun gedirdi. Bizim də qol vurmaq üçün şanslarımız var idi. Dəyərləndirə bilmədik. Bizdən fərqli onlar öz fürsətlərini dəyərləndirdilər. Heç bir bəhanəmiz ola bilməz. Zamanı və ya iqlimi məğlubiyyətin səbəbi kimi göstərə bilmərik. Sadəcə, şanslardan yararlanmadıq. Sona yaxın riskə getsək də, bu addım özünü doğrultmadı. Tezliklə qələbə ruhunu geri qaytarmalıyıq. Artıq bütün diqqətimizi növbəti oyuna yönəldəcəyik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-10-2023, 23:0

İstanbul derbisinin qalibi "Qalatasaray" oldu

Konfrans Liqası

17-09-2023, 16:0

Konfrans Liqası, 2023/24 mövsümü - TƏQVİM

Dünya futbolu

3-05-2023, 21:0

Derbidə sevinən həm “Beşiktaş”, həm də “Fənərbaxça” oldu - ŞƏRH

Dünya futbolu

21-10-2023, 12:0

“Rams Park”dakı 300-cü rəsmi qarşılaşma derbiyə təsadüf edəcək

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

29-09-2022, 21:0

“Fənər” fanatları derbiyə buraxılmayacaq

Aktual
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
Son xəbərlər
  • Bu gün, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Bu gün, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Bu gün, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Bu gün, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 91
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə