İngiltərə çempionatının “Şeffild Yunayted” ilə oyunu Edvard Nketia üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, “Arsenal”ın 5:0 hesablı qələbəsində 3 qol vurmaqla rol oynayıb. Nketia premyer-liqada ilk dəfə het-trik etdi. 24 yaşlı hücumçu bu liqada 2015-ci ilin mayından sonra “topçular”ın formasında bir oyunda 3 qol vuran ilk ingiltərəli futbolçu olub. 8 il əvvəl bunu Teo Uolkott bacarmışdı.
Nketia bu mövsüm premyer-liqada 10 oyuna 5 qol vurub.