“Real”ın baş direktoru Xose Anxel Sançes yarımmüdafiəçi ilə bağlı xəbərlərə münasibətini bildirib.
Xatırladaq ki, Modriçin qışda Madriddən ayrılacağı və Səudiyyə Ərəbistanı klubuna keçəcəyi haqda xəbərlər daha əvvəl də yayılmışdı. 38 yaşlı futbolçu isə fiziki cəhətdən özünü yaxşı hiss etdiyi üçün “Real”ın formasında daha çox oynamaq istədiyini bildirmişdi. Luka vəziyyəti olduğu kimi qəbul etdiyini də demişdi. Klubun rəsmisi Sançes isə son xəbərləri təkzib edib:
“Lukanın yanvar ayında Səudiyyə Ərəbistanı klublarından birinə mümkün transferi üzrə heç bir rəsmi danışıq aparılmayıb. Hazırda onun komandadan mümkün gedişi ilə bağlı heç bir fikrimiz yoxdu”.





