• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tovuzlular “Turan Tovuz”a sahib çıxsın! - KÖŞƏ

Manşet / Yazarlar

25-10-2023, 12:0

Milli fasilənin başa çatmasını səbirsizliklə gözləyirdim. Çünki 10-cu turun ilk həftəsində Tovuz səfəri var idi. Bəli, “Turan Tovuz” “Qarabağ”ı qəbul edirdi. İlk dəfə bu rayona yollanarkən tələsmirdim. İki mövsümdü premyer-liqada çıxış edən komandanın oyunları əsasən 15.00-17.00 aralığında keçirildi.

Maşallah, Bakıdan Tovuza məsafə uzundu. Yolda dincəlməyi də nəzərə alsaq, 5-6 saata çatırsan şəhər stadionuna. İndi isə vəziyyət fərqli idi. “Qarabağ”la görüş 18.30-da start götürəcəkdi. Çünki arenada işıqlandırma sistemi quraşdırılıb. Artıq iki həftədən bir sakit və aydın Tovuz şəhərinin səmaları işıqlanacaq.

Arenada yenilik təkcə bundan ibarət deyildi. Stadionun ərazisində “Fan Food” da fəaliyyətə başlayıb. Azarkeşlər oyun zamanı və ya fasilədə qidalanmaq istəyərsə, burda satılan nemətlərdən faydalana biləcək.

Bunların hamısı gözəl işlərdi. Həqiqətən də “Hünər Group”a təşəkkür düşür. Yavaş-yavaş da olsa, klub üçün çoxlu iş görür. İndi növbəti hədəf stadionun ot örtüyünün dəyişməsidi. Yəqin ki, bu məsələ də yaxın zamanda həll olunar.

Mənim isə diqqətimi çəkən məqam başqa idi. Oyunun ilk yarısı “Turan Tovuz”un istədiyi kimi getmədi. Komanda son 10 il üçün ölkənin ən güclüsü “Qarabağ”a məğlub olurdu. Stadionda 6 min azarkeş olsa da, əvvəlki ab-hava yox idi. Qəribə idi? Nə baş verirdi? Fasilədə “Fan Food”a baş çəkmək istəyirdim ki, qarşımı 10 nəfər kəsdi.

- Qardaş, jurnalistsiz?
- Bəli! Nədi ki?
- Niyə komandanın bu durumundan yazmırsız?
- Çox pisdi ki?
- Oyun yoxdu!
- Nə istəyirsiz?
- Baş məşqçinin dəyişməsini...
- Siz də komandanı tovuzlu mütəxəssisin çalışdırmasını istəyirsiz?
- Ay sağ ol (hamımız gülüşürük).


İkinci hissə başladı və dərhal Oto Con hesabı bərabərləşdirdi. Oyunda başverənlər haqda geniş yazmaq istəmirəm. Nələr yaşandığına hamınız şahidlik etdiz.

Mənim sözüm tovuzlu bəzi azarkeşlərədi. Nə istəyirsiz, qardaşlar? Uzun illər komandanızın premyer-liqaya gəlməsini arzuladız. Bu məsələ həll olundu. Sonra sponsor problemi aradan qaldırıldı. Komanda Ayxan Abbasovun rəhbərliyi altında ötən mövsümü 6-cı pillədə bitirdi, kubokda yarımfinala qədər irəlilədi. Hətta həlledici oyuna belə vəsiqə qazanmaq olardı. Sadəcə, son dəqiqələrdə futbolçuların təcrübəsizliyi özünü göstərdi. Beləliklə, komanda “Neftçi”yə məğlub oldu.

Vallah, bəzi məsələlərdə tələsirsiz. “Turan Tovuz” heç bu mövsüm də premyer-liqada pis çıxış etmir. Hər şey birdən-birə qurulmur. Bəlkə sizi kimsə aldadır ki, klubun büdcəsi avrokuboklara oynamağa kifayət edir. Amma belə deyil. Necə ola bilər ki? Klubun rəhbəri Ehtiram Quliyev imkan tapdıqca problemləri jurnalistlərlə bölüşür, komandanın premyer-liqada qalmaq üçün oynadığını bildirir.

Mən həqiqətən sizi anlaya bilmirəm. Bu komanda tovuzlularındı. Şəhərin əksər futbol mütəxəssisləri klubda işlə təmin olunub. Arenadakı yeniliklərdən hamının xəbəri var. Nə olsun ki, indi klubun avrokuboklara vəsiqə uğrunda oynamağa gücü çatmır?

Yadınıza “Kəpəz”in çempionatda əla çıxış etdiyi vaxtları salın. Komanda avrokuboklara vəsiqə qazanandan sonra yenidən 1-ci diviziona yuvarlandı. Siz də bunu arzulayırsız? “Turan Tovuz” ölkə futboluna maraq qatdı. Həm azarkeşlər, həm də komanda buna səbəb oldu. İndi rəhbərlik yetirincə yaxşı işlər görür. Siz bunu nəzərə alaraq şəhərinizin, rayonunuzun komandasına sahib çıxmalısız. Çox uzağa getməyə getməyin! Yanınızda olan “Kəpəz”də yaşananları bütün ölkə bilir. Əzəli rəqibinizin oynamağa stadionu da yoxdu. İmkansızlıqdan sizin şəhərə sığınmağa məcbur olublar.

Tovuz Azərbaycan futboluna rəng qatır. Bəlkə də çoxları komandanın yavaş-yavaş inkişaf etdiyini görmür. Amma siz hər şeyə şahidsiz. Bu inkişafın qarşısını almayın! “Turan Tovuz”a dəstək olun ki, “Qarabağ”la oyunda hakimlərin etdikləri səhvlər bir də yaşanmasın. Ehtiram Quliyevə, Nadir Nəbiyevə, Ayxan Abbasova dəstək olun ki, “Turan Tovuz”u sahibsiz hesab etməsinlər. Səbr edin! Avrokubokların da zamanı gələcək. Siz indi dünən yeriməyə başlayan uşaqdan birbaşa universitetə daxil olmağıı tələb edirsiz. Mümkündü? Təbii ki, yox! İcazə verin ki, “Turan Tovuz” böyüsün, formalaşsın. Ondan sonra avrokubok arzunuz reallaşmasa, “istefa” şüarlarınızı əksik etməyin!

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

16-10-2023, 11:0

Tovuz şəhər stadionuna işıqlandırma avadanlığı quraşdırıldı

Premyer-liqa

25-09-2023, 19:0

10-cu turun oyun cədvəli açıqlandı

Ölkə futbolu

31-07-2023, 14:0

PFL "Turan Tovuz"un 2 ev oyununun yerini dəyişib

Premyer-liqa / Manşet

28-10-2022, 16:0

"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi

Liqalar / Manşet

19-10-2023, 14:0

Autsayder ortababı qəbul edir - YENİLƏNİR

Premyer-liqa

24-01-2023, 11:0

“Turan Tovuz” - “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

Aktual
Paytaxt derbisi haqda bəd xəbər - həm "Sabah", həm də "Neftçi" üçün çətinlik...
Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
“Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Son xəbərlər
  • Bu gün, 17:14
    "Karvan Yevlax" "Qəbələ"yə qarşı - YENİLƏNİR
  • Bu gün, 16:30
    “Şəfa” bu gün çempion ola biləcəkmi? - YENİLƏNİR
  • Bu gün, 15:58
    "Karvan-Yevlax" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 15:38
    Paytaxt derbisi haqda bəd xəbər - həm "Sabah", həm də "Neftçi" üçün çətinlik...
  • Bu gün, 15:21
    “Karyeramın ən yaxşı dönəmindəyəm” - Sara DÇ-yə yollanmaq arzusu ilə yaşayır
  • Bu gün, 14:23
    ''Real'' etiraz dalğası fonunda qalib gəldi - Peres azarkeşlərlə mübahisə etdi
  • Bu gün, 13:52
    Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
  • Bu gün, 13:24
    İki güləşçimiz 1/4 finalda - AÇ
  • Bu gün, 12:53
    UEFA lisenziyalı məşqçilik kursları üçün təlim keçiriləcək
  • Bu gün, 12:17
    “İnter” sona üç tur qalmış çempion oldu - Kivu ona inanmayanları susdurdu
  • Bu gün, 11:46
    “Şalke-04” üç ildən sonra elitada - türk ulduzun sayəsində!
  • Bu gün, 11:29
    “Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
  • Bu gün, 10:58
    Acunun komandası finalda oynamadan premyer-liqaya yüksələ bilər!
  • Bu gün, 10:13
    “Mənfi şərhləri oxumamaq üçün hətta İnstaqram və ya TikTok hesabı da açmamışam” - Kənan milli komanda ilə fəxr edir
  • Bu gün, 09:48
    Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
  • Bu gün, 00:13
    Xədicə gümüş medal qazandı - AÇ
  • Dünən, 23:46
    Fransa dünya çempionatı üçün heyətini açıqladı
  • Dünən, 23:11
    Əvvəlki iş yerinə qayıtdı
  • Dünən, 22:20
    21 illik həsrətə son qoydular
  • Dünən, 21:49
    “Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
  • Dünən, 21:13
    Dünya çempionatını buraxa bilər
  • Dünən, 20:42
    Prezident olmağa çox yaxındı
  • Dünən, 20:11
    64 yaşında yeni təyinat aldı
  • Dünən, 19:40
    İtaliya klubuna gərək olmadı
  • Dünən, 19:19
    Tramp boksçularla görüşdü
  • Dünən, 18:48
    “Mövsümün sonuna hələ çox var, çox şey dəyişə bilər” - sürpriz lider son uğurlarından danışdı
  • Dünən, 18:17
    Tennisdə böyük qiyam! - daha çox qazanmaq istəyirlər
  • Dünən, 17:46
    “Olimpiakos” “4-lər finalı”na vəsiqə qazandı
  • Dünən, 17:15
    60 milyon dollar qazanır, yenə də narazıdı!
  • Dünən, 16:44
    İki güləşçimiz yarımfinalda - AÇ
  • Dünən, 16:13
    “Orlando” baş məşqçisini qovdu
  • Dünən, 15:42
    Asif Məmmədov "Qəbələ"ni 10 min manat ziyana saldı
  • Dünən, 15:11
    Makkinnon ikinci pilləyə yüksəldi
  • Dünən, 14:40
    “Sabah” – tarixin beşincisi, Dambrauskas ilkə imza atdı
  • Dünən, 14:19
    "Bakı–Xankəndi" velosiped yarışına yekun vuruldu
Daha çox
Oxunub: 506
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 283
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 225
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 204
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
Oxunub: 195
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 187
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə