Aqil Nəbiyev gileylənir, AGİN susur

23.10.2023 12:58 240
Ölkə futbolu / Manşet
U-19 yığmamız bu həftə Özbəkistanda toplanışında uğursuz oldu.

"Football-plus.az" xəbər verir ki, gənclərimiz özbəkistanlı həmkarlarına qarşı keçirdiyi iki oyunda 3:0 və 4:0 hesablı məğlubiyyətlər aldı.

Komandanın baş məşqçisi Aqil Nəbiyev report.az saytına açıqlamasında uğursuzluğun əsas səbəbi kimi 11 əsas heyət oyunçusunun xidmətindən məhrum olmasını vurğulayıb.

Onun sözlərinə görə, 5 oyunçu hərbi xidmətə yollanıb, 3 futbolçuya Azərbaycan pasportu verilməsi yubadıldığlndan, qalanları isə xəstəlik və zədə üzündən sərəncamında olmayıb. Bu vaxta kimi Azərbaycan parportunu sağ-sola paylayan qurumlar üç futbolçuya münasibətdə nəyi gözləyir? Müəyyən araşdırma aparandan sonra belə aydın oldu ki, bu dəfə AFFA-lıq bir iş yoxdu. Gənclər və İdman Nazirliyinə müvafiq müraciət göndərilib. Adı çəkilən nazirlik isə hazırda xaricdən yığmalara cəld edilən, o cümlədən Azərbaycan əsilli futbolçuların “milliləşdirilməsində” maraqlı deyil. Hətta bu sahədə əsassız sərtləşdirmələrə yol verilir.

ABDULLA İSMAYILOĞLU