Antalyada keçirilən Avropa Minifutbol Federasiyasının “Euro Business Cup” şirkətlər turniri başa çatıb.
"Football-plus.az" xəbər verir ki, yarışın qalibi Azərbaycanı təmsil edən “Azərsun” şirkətinin komanda olub. Təmsilçimiz finalda Rumıniyanın “Dedeman Oradea” kollektivinə 4:0 hesabı ilə qalib gələrək Avropa çempionu olub.