• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ayaks” necə “zirzəmi”yə yuvarlandı?

Dünya futbolu

16-10-2023, 21:0

“Ayaks”ın azarkeşləri dərin düşüncələr və böyük qəzəb içindədi.

“Football-plus.az” xəbər verir ki, onların sevimli komandası Niderland çempionatının son ev oyununda “Alkmaar”a da uduzdu (1:2). Ölkənin ən titullu klubu 1999-cu ilin aprelindən sonra erediviziyada ilk dəfə ardıcıl üç matçda məğlub olub. Moris Steynin çalışdırdığı “Ayaks” bu liqada keçirdiyi 6 oyunda hesabına yalnız 5 xal (1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət) yaza bilib. Bu isə paytaxt klubunun tarixində antirekorddu! “Yəhudilər”i zirvədən “zirzəmi”yə yuvarlayan amillərə nəzər salacağıq.

Dərd bir deyil, iki deyil...
İdman planında nəticələr pisləşəndə istər-istəməz futbolçu və məşqçi heyətinin fəaliyyətindəki nöqsanlar gözə girir. “Ayaks”, təbii ki, bu baxımdan da axsayır. Amma rəhbərliyin fəaliyyətində də qüsurlar az deyil. Ümumiyyətlə, son illər böyük klubun adı ətrafında çox dərd-bəlaya rast gəlinib. Aparıcı oyunçuları ağır zədələnib, sabiq oyunçularında ürəklə bağlı problemlər ortaya çıxıb. Məsələn, 6 il əvvəl – 2017-ci ildə baş verən Abdelhak Nurinin faciəsi bütün dünyada şok effekti verdi. Gənc oğlan üç il koma vəziyyətində yaşayandan sonra möcüzə sayəsində sağ qala bilib. Bəxtsiz Abdelhak yatağa məhkum olub, onun beyninin normal fəaliyyəti heç vaxt tam şəkildə bərpa olunmayacaq. Hətta ötən mövsümün sonunda direktor vəzifəsindən istefa versə də, yayın axırına qədər postunda qalmaqla kluba transfer əməliyyatlarında yardım etməyi lazım bilən Edvin van der Sar da insult keçirdi.

Çempionat matçında “Valveyk”in qapıçısı Etyen Vaessen amsterdamlıların oyunçusu ilə toqquşmada hüşunu itirdi. Tribunalarda olanlar və oyunu televiziya ilə izləyənlər ona görə bərk narahatlıq keçirdi. Yaxşı ki, xəstəxanada özünə gələ bildi. Amma “Ayaks”, necə deyərlər, hələ də koma vəziyyətindədi. İndi Steynin komandası çempionatda 18 iştirakçı sırasında 16-cı yerdədi. Doğrudu, ehtiyatda iki təxirə salınan oyun var. Amma ilk 6 oyunda yalnız 5 xalın qazanılması faktı Niderland superklubu üçün tarixinin ən zəif startıdı! Maraq üçün hazırda erediviziyada 8 oyuna maksimum nəticə göstərən PSV-nin inamla liderlik etdiyini də bildirək. “Ayaks” iki oyunda qalib gələcəyi halda eyndhovenlilərdən 13 xal geri qalacaq.

Klubun sabiq üzvləri ilə bağlı ağrılı hadisələr heç də yuxarıda qeyd etdiyimiz Nuri və Van der Sar ilə bitmir. Son illər Mark Overmars idman direktoru, Uinston Boqard isə məşqçi vəzifəsindən qovulub. Onların belə aqibətlə üzləşməsinin səbəbi klubun xanım işçilərini cinsi xarakterli təzyiq altında qoymaları ilə bağlı olub. Qızlar evli olan Overmarsa və onun dostuna dəfələrlə “yox” deyiblər. Buna baxmayaraq, sonuncular qeyri-adi planlarından əl çəkmək istəməyiblər.

Artıq Overmarsın istefaya göndərildiyi gündə əksər fanatlar sosial şəbəkələrdə sadə suala cavab axtarırdılar: niyə “Ayaks”da yaxşı tanımadıqları xanımlara cinsi orqanının (!) şəklini göndərən və rədd cavablarına baxmayaraq, qeyri-adi mesajlar yazmağa davam edən adamlar işləyirlər? Bir neçə ayı əhatə edən bu əməlləri gizlətmək mümkün deyil. Xüsusilə Overmarsın belə əməllərə əl atması klubun imicinə böyük zərbə oldu. Evli idman direktoru qızların arxasınca qaçarkən “Ayaks” zirvədən “zirzəmi”yə aparan yolla “irəliləməyə” başlamışdı. Başı belə işə qarışan rəhbərlik 2022-ci ildə “Mançester Yunayted”ə yollanan Erik ten Haqa layiqli xələf tapa bilmədi. Komanda Con Heytinqanın başçılığı altında ötən mövsümü çempion “Feyenoord”dan 13 xal geri qalmaqla 3-cü yerdə başa vurdu.

Fanatlar dəlilik həddinə çatdırılıb
Həmin Ten Haqın çalışdırdığı “Mançester Yunayted” və “Spartak”ın azarkeşləri, belə desək, təcrübəli filosoflardı. Onlar komandanın uğursuzluqlarını sakit qarşılamağı bacarırlar. “Ayaks”ın da azarkeşləri çoxdan çempionluqlara alışıblar: amsterdamlılar son 13 mövsümdə 7 dəfə ən yüksək titula sahib çıxıblar. Amma Niderland paytaxtının futbolla müntəzəm maraqlanan sakinləri bir neçə oyunda komandanın yarıtmaz oyununun şahidi olandan sonra hisslərini cilovlaya bilmədilər. Özlərini “Feyenoord”a qarşı ev oyununda çox pis apardılar. Son çempion hesabda 3:0 öndə olarkən yerli fanatlar meydana fişənglər atmaqla və stadionun ətrafında polislərlə dava-dalaş salmaqla matçın iki dəfə dayanmasına səbəbkar oldular. Nəticədə oyun bir neçə gündən sonra dayandırıldığı dəqiqədən davam etdirildi. Daha bir qol vuran rotterdamlılar paytaxtdan 4:0 hesablı darmadağınla ayrıldılar.

Əhəmiyyətli itkilər və qalmaqalçı Mislintat
Belə məqamda daha çox tənqid hədəfinə çevrilən şəxsin kim olduğunu zənn etmək elə də çətin olmamalıdı. Söhbət, əsasən oyunçularını əla qiymətə satmağı bacaran “Benfika” tipində olan klubdan gedirsə, gərək məşqçi seçimində səhvə yol verməyəsən. “Ayaks”ın hazırkı heyəti erediviziya ölçüləri ilə Çempionlar Liqasına vəsiqə verən ilk iki yer uğrunda mübarizə aparmağa qadirdi. Ancaq hazırkı vəziyyət komandanın mövsümün sonunda minimum hədəfə çatacağından xəbər vermir. Deməli, rəhbərliyin Steyn ilə bağlı seçimi özünü qətiyyən doğrultmur.

Bu yerdə Duşan Tadiçin yayda klubu necə tərk etdiyini xatırlamağa dəyər. Müqaviləsini öz qərarı ilə pozan kapitan indi Türkiyədə uğurla top qovur. Serbiyalı yarımmüdafiəçi “Ayaks”ın ürəyi sayılırdı. Burda keçirdiyi 5 mövsüm ərzində 105 qolun və 112 məhsuldar ötürmənin müəllifi olan Duşan rəhbərliyin transfer siyasətindən kəskin narazılıq edərək Niderlanddan ayrıldı. Klub yayda yeni futbolçulara 99 milyon avro xərcləmişdi. Amma mövsümün ilk oyunları yeni gələnlərin “yəhudilər”in ən yüksək titul üçün yarışmasına şərait yarada bilmədiklərini göstərdi. Xorvat müdafiəçi Yosip Şutalo, gürcü hücumçu Georgi Mikautadze, “Mançester Siti”nin yetirməsi olan sol cinah vingeri Karlos Forbs komandada həmin Tadiç, Matteys de Liqt və bu yay “Vest Hem”ə satılan Məhmməd Kudus kimi uğurlu debüt edə bilmədilər. Yeri gəlmişkən, “transfer pəncərəsi” dövründə Amsterdamı aparıcı müdafiəçilər Yurryen Timber ilə Kelvin Bassi, həmçinin yarımmüdafiəçi Edson Alvares də tərk edib.
Bu əhəmiyyətli itkilər və yeni gələnlərin ümidləri doğrulda bilməməsi azmış kimi, idman direktoru ilə bağlı qalmaqal kluba daha bir zərbə vurdu. Əvvəllər “Borussiya”da (Dortmund) və “Arsenal”da işləmiş Sven Mislintat komandanın sabiq hücumçusu Klaas Yan Huntelaardan yaxşı işləyə bilmədi. Onu komandanın yeni oyunçusu Borna Sosanın agentləri ilə gizli əməliyyatlarda ittiham etdilər. Sən demə, Mislintat xorvat futbolçunun menecerlərinə məxsus şirkətdə pay sahibi imiş. Maraqların münaqişəsi fonunda rəhbərlik daxili araşdırmanı başa vurmadan alman mütəxəssisi istefaya göndərdi. Buna səbəb kimi isə onun baş məşqçi ilə ciddi mübahisə etməsi və klubun ofisinə qışqır-bağır salaraq daxil olması göstərildi.

Van Qal “Ayaks”a necə kömək edəcək?
Daha bir neçə problem də var. “Ayaks” öz akademiyasına güvənən qurumdan skautinqə üstünlük verən kluba çevrilə bilməyib. Hətta sərfəli satışlar da bu planda əvvəl mövcud olan normal vəziyyətin yaranması üçün kifayət etmir. Dahi Rinus Mihels ilə Yohann Kroyf hələ ötən əsrin 70-ci illərinin əvvəlində klub üçün uyğun sistem formalaşdırmışdılar. Bu sistemə əsasən, “Ayaks”ın uşaqlardan tutmuş əsas heyətinə qədər hər bir komandası 4-3-3 sxemi ilə oynayırdılar. İndi klubun fəlsəfəsini dərk edən adam tapmaq müşkül işə çevrilib. Kroyff səviyyəsində lider isə artıq yetişmir.
Belə ümidsiz vəziyyətdə rəhbərlik Lui van Qala ehtiyac duyub. Vaxtilə komandanı Çempionlar Liqasında qələbəyə daşıyan mütəxəssis kluba məsləhətçi kimi kömək etməyə çalışacaq. Amma bu da var ki, 72 yaşlı sabiq çalışdırıcının səhhəti heç də qaydasında deyil. O, Portuqaliyada yaşamaqla dar ayaqda olan “Ayaks”ın məngənədən çıxması üçün çalışacaq. Amma istənilən halda kluba yüsək səviyyəli funksioner lazımdı. Həmin şəxs isə komanda üçün adına və şanlı keçmişinə uyğun baş məşqçi tapmalıdı. Yalnız bu halda problemləri arxada qoymaq mümkün ola bilər. Tarix indi heç bir əhəmiyyət daşımır. Səliqəli və sistemli idarəçilik yoxdusa, yeni titullar da olmayacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-09-2023, 16:0

Van der Vaartın oğlu da “Ayaks”da

Dünya futbolu

15-03-2022, 17:0

Huntelaar yenidən “Ayaks”da

Dünya futbolu

29-01-2023, 12:0

Sxroyder uğursuz seriya ilə istefaya göndərildi

Dünya futbolu

28-07-2022, 20:0

“Ayaks” yetirməsinə sahib çıxdı

Dünya futbolu

14-04-2022, 12:0

“Ayaks” Ten Haqa xələf tapıb

Aktual
“Misli” kimi favorit sayır: “Neftçi”ni, yoxsa “Qarabağ”ı?
“Sabah” Murad Musayevi kubokun finalına dəvət edəcəkmi? - klubdan açıqlama
“Kayzerslautern”in AFFA-nı və Emrelini aldatması... – bəs, Mahir niyə özünü aldadır?
“Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
Son xəbərlər
  • Bu gün, 13:16
    “Misli” kimi favorit sayır: “Neftçi”ni, yoxsa “Qarabağ”ı?
  • Bu gün, 12:57
    Millimizin baş məşqçisi Avropanın ən yaxşısı seçildi
  • Bu gün, 12:28
    “Sabah” Murad Musayevi kubokun finalına dəvət edəcəkmi? - klubdan açıqlama
  • Bu gün, 11:54
    Bu gün Azərbaycan derbisi var! - YENİLƏNİR
  • Bu gün, 11:23
    Güləşçimiz Avropa çempionu oldu
  • Bu gün, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:31
    Vüsalın komandası səfərdə uduzdu
  • Bu gün, 10:02
    Onun yolu İtaliyayadı?
  • Bu gün, 09:42
    “Kayzerslautern”in AFFA-nı və Emrelini aldatması... – bəs, Mahir niyə özünü aldadır?
  • Bu gün, 00:00
    DÇ-2026-da İranın yerinə İtaliya çıxış edəcək?
  • Dünən, 23:26
    ''Fənərbaxça''nın oyununda hakimin kobud səhvi sübuta yetirildi
  • Dünən, 22:58
    Gözlənilən ayrılıq rəsmiləşdi
  • Dünən, 22:27
    ''Böyük beşliy''in ilk qadın məşqçisi məğlubiyyətləri sıralayır
  • Dünən, 22:10
    Vernidub, Kara-Mustafa və Almeyda derbini buraxacaq
  • Dünən, 21:58
    “Milan”la oyunu buraxa bilər
  • Dünən, 21:27
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:56
    “İkinci hissəyə əsasən demək olar ki, 2 xal itirdik” – Kaxaber Sxadadze
  • Dünən, 20:45
    “Komandanı mən qurmamışam” - Andrey Demçenko
  • Dünən, 20:42
    5 aylıq həsrəti sona çatdı
  • Dünən, 19:59
    Qvardiola da biletlərin qiymətinə etiraz etdi
  • Dünən, 19:45
    "Hakimlər barədə çox təəccüblü və narazıyam" - Jorj Kaşkilya
  • Dünən, 19:28
    Cinsiyyətini dəyişdiyi deyilən futbolçu nəhayət, ortaya çıxdı!
  • Dünən, 19:22
    "Belə davam etsə, növbəti dəfə mətbuat konfransında iştirak etməyəcəm"
  • Dünən, 18:57
    “Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
  • Dünən, 18:04
    “Sabah” “Gəncə”ni məğlub etdi
  • Dünən, 17:57
    "Qəbələ" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ
  • Dünən, 17:24
    "Qarabağ" və "Neftçi" birgə bəyanat yaydı
  • Dünən, 16:33
    Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
  • Dünən, 16:01
    Yeni mövsümdən İspaniyada işləyə bilər
  • Dünən, 15:30
    "İmişli" - "Sumqayıt": START HEYƏTLƏRİ
  • Dünən, 15:01
    ''Barsa'' və ''Siti''nin sabiq ulduzu ''Qalatasaray''ı ziyarət etdi
  • Dünən, 14:18
    “Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
  • Dünən, 14:06
    “...elə komanda olacaq ki, bütün ölkə onunla fəxr edəcək” – Ruy Jorje
  • Dünən, 13:43
    "Neftçi" - "Qarabağ" matçına nə qədər bilet satılıb?
  • Dünən, 13:26
    PSJ-yə kömək edə bilməyəcək
Daha çox
Oxunub: 657
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 239
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Oxunub: 178
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Oxunub: 165
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə