• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Təmkinli ol, ay Təmkin! - KÖŞƏ

Manşet / Yazarlar

16-10-2023, 13:0

Dünya futbolunda elə futbolçular, hətta ulduzlar var ki, xarakterinə, yaşam tərzinə görə başı çox ağrıyıb, karyerası alt-üst olub. Bu yöndə misal çoxdu. Amma yazımı nümunələrlə doldurub başınızı ağrıtmaq istəmirəm.

Elə Azərbaycanın futbol camiəsində də qalmaqallı oyunçular yetərincədi. Onlardan biri hazırda böyük futboldan uzaq düşən Təmkin Xəlilzadədi. Hələ "Qarabağ"ın əvəzedici heyətində çıxış edərkən məşqçilər onu bacarıqlı, kreativ oyun sərgiləyən, amma xarakter və davranışlarında ciddi nöqsanlar olan futbolçu kimi vurğulayırdılar. “Yeniyetmədi, gəncdi, hələ bərkə-boşa düşməyib” deyə başı sığallansa da, səhvlərinə göz yumulsa da, Təmkin yaşa dolub, karyerasında peşəkarlaşmağa doğru addımlayıb yığma səviyyəsinə qədər yüksəlsə də, davranışındakı və xarakterindəki naqislikləri heç cür aradan qaldırmadı və ya qaldırmaq istəmədi. Məhz bunun nəticəsiydi ki, çıxış etdiyi klublarda ya məşqçilər korpusu, ya da rəhbərliklə qarşıdurmalar yaşadı. "19 nömrə"nin adı hətta oyun-alqı satqısında belə hallandı. Məşhur el misalımız var: "Od olmayan yerdən tüstü çıxmaz". Mən demirəm ki, Təmkin yaşıl meydanda "qara biznes" qurduğuna görə tüstü çıxarır. Amma bu qədər söz-söhbəti də “qeybət” deyib keçmirəm. Hər halda, müstəntiq deyiləm, düşünürəm ki, qazdıqca çox şey ortaya çıxacaq. Nə isə...

Yığmamızın sabiq üzvü dələduzluğa, barıqalığa görə məsuliyyətə cəlb olunmasa da, karyerasında minalar partlamağa başladı. Sonuncu dəfə "Zirə" forması geyən Təmkin Rəşad Sadıqovun da səbr kəsasını daşıraraq öncə əvəzedicilərə yola salındı, sonra əsas komandada 2-3 oyunda şans verilsə də, islah olmadığı aydınlaşandan sonra futbolumuzun "terminator"u ona qapını göstərdi. Bu yolsalmayla Təmkinin qara günləri başladı. Elita təmsilçiləri ondan üz çevirdi, hətta autsayder "Şamaxı"ya belə lazım olmadı. 1-ci liqa klubları da Təmkinin "xarakter"inin əyani görməkdən uzaq durdu. Futbolçu Region Liqasında da "persona non qrat" oldu. Sonda boynu bükülmüş "19 nömrə" futzalımızın 2-ci liqasındakı "Rəvan"a pənah apardı. Səmimi deyim ki, onun bu klubda kiminləsə qarşıdurma yaşaması haqda səs-soraq eşidilmədi. Bəlkə də jurnalistlər bu yöndə çox da dərinə getməyərək baş vermiş hansısa hadisəni ictimailəşdirmədi. Hazırda minifutbolda vaxt keçirən Təmkinə “elçi düşənlər” də var idi. Təbii ki, onlar elita, 1-ci liqa və ölkə xaricindən deyildi. Yarımpeşəkar statusa malik 2-ci liqadan "Füzuli" ilə "Qusar" qalmaqallı futbolçunu sıralarına qatmaq istəyirdi. Çoxları onun Qarabağ təmsilçisinə keçəcəyini gözləyirdi. Ən azı bu komandada təcrübəli futbolçuların yer alması ənənəyə çevrilib. Amma qəhrəmanımız keçidə razı olmadı. "Qusar" rəhbərliyi isə Təmkinin artıq bölgə təmsilçisinin üzvü olduğunu və 38 nömrəli formanı geyəcəyini deyərək məsələyə nöqtə qoydu. Amma Təmkin burda da "xarakter" nümayiş etdirdi. O, israrla "Qusar"da oynamağımdan söhbət gedə bilməz. Adımın iştirak ərizəsinə də daxil olunması heç də "Qusar"ın üzvü olmağım anlamına gəlmir. Mən yalnız elita klublarında təklif gəlsə, oynamağa razılıq verəcəm" deyə özünü dağ başına qoydu.

Əzizim, Təmkin adını kim qoyubsa, canı sağ olsun, dünyasını dəyişibsə rəhmət etsin, amma təmkinsizliklə, yekəxanalıqla, kəskin eqoyla böyük futbola qayıdılmır. Coi Barton, Mario Balotelli, Kərim Benzema və digər ulduzların naduristliklərindən cuşa gəlmisənsə, deməli, baltanı daşa vurmusan. Onların qeyri-etik, yekəxana davranış fonunda yüksək performansları, ulduz olmaları və minlərlə fanatların dəstəyi klunsuz-futbolsuz qalmağa qoymur. İncimə, ay Təmkin dadaş, sənin dikbaşlığını komuflyaj edən üstün tərəflərin yoxdu. Maksimum sürətli keçidin, standart vəziyyətdən yararlanman var ki, buna görə də hansısa komanda səni heyətinə qataraq qalmaqallar yaşamaq, tərləmək, biabır olmaq istəməz. "Qusar"ı saymırsansa, birdə çətin 2-ci liqadan sənə maraq ola. Çılğın Elvin Yunuszadə səhvlərindən dəsr aldı, Mirabdulla Abbasov, Fəhmin Muradbəyli və başqaları da islah olunmaqdadı. Amma bircə sən tərsliyinə salıbsan. Bu gedişlə minifutboldan məhlə futboluna da düşməsən, nəzir ver. Abbasqulu bəyin təbirincə desək, "papağını qarşına qoy, yaxşı-yaxşı düşün" deyərdim, amma yaşıl meydanın atributa papaq yox, futbolka, şortik, butsdi. Odu ki, bu vaxta kimi çıxış etdiyin klublardakı formaları qarşına qoy, səhvlərini götür-qoy et. Gör, hansı zirvələrdə olmaləydın, hansı enişə yuvarlanıbsan və bu proses dayanana oxşamır. Xülasə formandakı Təmkin Xəlilzadə ad-soyadına baxıb fərəhlənməkdənsə, təmkinli Təmkin olmaqla nöqsanlarını, səhvlərini aradan qaldırsan, yaxşı olar. Əks halda böyük futbola qayıdışın ancaq xəyallarda və yuxuda olacaq.

ABDULLA ISMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

4-02-2023, 17:0

"Hər iki futbolçu səhvlərindən nəticə çıxarmalıdı" - Arif Əsədov

Aktual / Ölkə futbolu

12-10-2023, 12:0

Təmkin Xəlilzadə böyük futbola qayıdacaqmı?

2-ci liqa / Manşet

12-10-2023, 14:0

Azərbaycan futbolu: qız evində toydu, oğlan evinin xəbəri yox!

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 175
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə