"Football-plus.az" xəbər verir ki, sarışın gözəlçə ''Aston Villa''nın və İsveçrə yığmasının şərəfini qoruyur. Bu ilin yanvarında o, ''Aston Villa''nın kişilərdən ibarət komandasında top qovan braziliyalı sevgilisi Duqlas Luisdən ayrılmışdı. 24 yaşlı Lemann tanınmış bir şəxsin ona əxlaqsız təklif irəli sürdüyünü bildirib:
''Bir müddət öncə populyar şəxslərdən birindən əxlaqsız təklif aldım. 100 min İsveçrə frankı qarşılığında gecəni onunla keçirməyimi istəyirdi. Qəbul etmədim. Sübutlar hələ də əlimdədi. Adını açıqlamayacam. Amma beynəlxaq aləmdə kifayət qədər tanınmış simadı''.
ƏLİ




